Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əl tərləmələri ürəyin siqnalıdır?
Əl tərləmələri ürəyin siqnalıdır?
Şərhlər: 18
Baxılıb: 1137
Səs ver:
Tərləmək insan üçün normal haldır və tərləməyən insanlar toksinləri bədənlərində toplamış olur. Bu isə orqanizmin yüklənməsinə, dəri təravətinin itirilməsinə səbəb olur. Lakin elə hallar olur ki, məhz bu zaman tərləmək heç də sağlamlıq üçün göstərici olmur. Bəzən tər insan bədənində hər hansı bir problemin siqnalı kimi özünü göstərir. Belə olan halda, artıq tərlə mübarizə aparmaq deyil, onun səbəblərini axtarmaq lazımdır. Zob, köklük, böyrəküstü vəzlərin iltihabı, şəkər, infarkt, xərçəng, psixoloji narahatlıqlar, ürək qüsurları və bir sıra xəstəliklər zamanı artan tərləmə ilkin simptom olaraq insanı xəbərdar edir. Bu cür tərləmə normadan artıq və qarşısı alınmaz olduğu halda mütləq müayinə gərəkli olur. Sağlam orqanizmdə tərləmə miqdarı insanı narahat etməyəcək qədər olmalıdır. Əks təqdirdə, diqqətli olmaqda fayda var. Bu gün insanların əksəriyyətində əl tərləmələri var. Bu cür tərləmələr o halda normal hesab edilir ki, tər dərinin üst təbəqəsini sadəcə nəmləndirir. Toxunulan əşyalarda su damcılarının qalması, əli salfetlə sildikdə salfetin islanması, eləcə də tərin əlləri üşüdəcək qədər artması xəstəlik xəbərçisidir. Əllərin bu cür tərləməsi zamanı mütləq həkim müayinəsindən keçmək lazımdır. Dermatoloq Sahib Rzayevin sözlərinə görə, həddindən artıq tərləmək tər vəzilərinin normadan artıq işlək olmasının göstəricisidir. Bunun altında isə mütləq bir səbəb yatır:

"Tərləmə miqdarı insandan insana dəyişir. Elə bədən var ki, tam sağlamdır, lakin normadan çox tərləyir. Bu, artıq fizioloji haldır və şəxsin müalicə alıb-almaması öz seçimidir. Bu müalicə artıq xəstəlik qarşısı almaq üçün edilmir. Tər vəzilərinin işləklik funksiyasını azaltmaq üün prosedurlar həyata keçirilir". Həddindən artıq tərləmə olaraq bilinən hiperhidrozisin səbəbləri tam olaraq bilinməməklə yanaşı, ümumiyyətlə, genetik olduğu qəbul edilir. Hiperhidrozis bir növ tər vəzisinin həddindən artıq işindən və ya problemli olan bölgədə çoxlu miqdarda tapılmasından qaynaqlanır. Bu cür tər vəzləri bədəndə ən çox əl, ayaq və qoltuqaltında var. "Hiperhidrozisi olanlar çox tərləyirlər. Xüsusilə həddindən artıq stresli vəziyyətlərdə sinir sisteminin simpatik hissəsinin həddindən artıq işləməsi ilə tər ifrazatı artır. Hər 100 adamdan biri həddindən artıq tərləmədən əziyyət çəkir". Dermatoloq deyir ki, tərləmənin müalicəsinə başlanmadan əvvəl bunun səbəbi araşdırılmalıdır. Əks halda tərləmələr davam edəcək və zaman keçdikcə daha da artacaq. Bu isə şəxsin narahat olması ilə yanaşı kompleksin yaranması, psixoloji problemlərin də meydana gəlməsinə səbəb olacaq: "Hiperhidrozis elə bir haldır ki, müalicəsiz keçmir. Vəziyyətin daha da ağırlaşmaması üçün müalicələr erkən başlanmalıdır. Pnevmoniya, müxtəlif infeksiyalar, revmatizm, xərçəng xəstəliyi zamanı xəstə havanın temperaturundan asılı olmayaraq çox tərləyir. Ağ ciyər vərəmi zamanı xəstələr gecə saatlarında güclü tərləyirlər. Təbii ki, bu simptomla yanaşı insanda xəstəliyin digər simptomları da meydana çıxır. Bu səbəbdən tərləmənin nədən yarandığını bilib elə müalicə almaq daha faydalıdır". Bəzən heç bir ciddi xəstəliyi olmayan insanlarda da hiperhidroz müşahidə olunur. Əksər hallarda belə insanlarda üz, qoltuqaltı nahiyələr, əllər və ayaqlar güclü tərləyir. Bu, insanın sağlamlığına heç bir ciddi ziyan vurmasa da, psixoloji kompleksin yaranmasına səbəb olur, insanlarla ünsiyyətdə, işdə və ailədə problemlər yaradır. Tərləmədən qorxan insan daha güclü tərləməyə başlayır, utanır, paltarların seçimində əziyyət çəkir, başqaları ilə görüşməkdən çəkinir. Müasir antipersperantlar və dezodorantlar güclü tərləmə ilə mübarizədə yaxşı kömək edir. Lakin bu vasitələr, təbii ki, əllər və üz üçün uyğun gəlmir. Bundan əlavə, bəzi elmi müşahidələr sübut edir ki, bu vasitələrin tərkibində olan alüminium böyrəklərə mənfi təsir edir, qadınlarda süd vəzi xəstəliklərinə təkan verə bilər, hətta onkoloji xəstəliklərinin riskini artırır və s. Müasir tibb hiperhidrozla mübarizə üçün müxtəlif vasitələr təqdim edir - cərrahiyyə əməliyyatları, botoks preparatının inyeksiyaları. Bildiyimiz kimi, botoks preparatı qırışlarla mübarizə aparır.

Lakin bu preparat həmçinin hiperhidrozun müalicəsində dünyada "qızıl standart" sayılır. Psixoloq Emil Behrudi deyir ki, tərləmə insanda yarana biləcək ən təhlükəli komplekslərdən biridir. Çünki bu kompleks insanı vadar edir ki, cəmiyyətdən uzaqlaşsın, toplu insan olan məkanlardan çəkinsin, daim özünə nəzarət və inamsızlıq ilə həyat sürsün. Təbii ki, bu cür özünə diqqət və narahatlıq bir müddət sonra insanı mənən yorur və özünə qapanma halları baş qaldırır: "Tərləmə psixoloji amillərdən irəli gəlirsə, yoqa, meditasiya kim sakitləşdirici idman hərəkətləriylə hisslərinizi cilovlaya və tərləmənin azalmasına kömək edə bilərsiniz. Lakin tərləmə özü psixoloji pozuntu yaradırsa, artıq tərləmənin səbəblərini araşdırmaq lazımdır. Əgər heç bir səbəb yoxdursa, hazırda kosmetoloji salonlarda tərin qarşısını almaq üçün keçirilən prosedurlardan istifadə etmək mümkündür".


Şərhlər: 18
Baxılıb: 1137
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
ellerim cox az az terleyir. amma ele insanlar var ki ellerinin ici hemise terli olur
26 iyun 2015 22:57
# 18
"All men must die, but we are not men"

Daenerys Targaryen
Luna-90
Men biraz isti olan kimi tez terleyirem hele o boyda terlemenin qarsisinda cetin ariqliyiram .oglumda menim kimi tez terliyir.
26 iyun 2015 21:45
# 17
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
sadecə mən
Əllərim həyəcanlanan da tərliyir.tsklər
26 iyun 2015 20:14
# 16
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
ALESSANDRA
Əlim tərləmir...çox yumulu olanda belke terliye...
tşk
26 iyun 2015 20:06
# 15
Don't trust anyone ∆
vipbetul
lazimli faydali melumatdi,terleyen deyilem

lazimli faydali melumatdi,terleyen deyilem
26 iyun 2015 15:33
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Baharim ol
menimde ellerim ayaqlarim terleyir qis yay ferqi yoxdu.Deyirler esebdendi.Ama sakit olandada terleyir.
26 iyun 2015 15:00
# 13
Ama yenede
...AdaDunyam``
Sitat: lastoçka
TƏŞƏKKÜRLƏR FAYDALI MƏLUMATDIR...MƏNİM BİR RƏFİQƏM VAR ONDA HƏYƏCANLANANDA ƏLLƏRİNİN İÇİ SU AXIDIR...


eynisi mende de olur,cox yazi yazanda,heyecanlananda elimin ici cox terliyir
26 iyun 2015 14:56
# 12
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
hazal♡
Menimde elim terleyir xebere gore tsk
26 iyun 2015 13:52
# 11
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
efsane..
sadece ellerimde ter olur oda az miqdarda amma yenede narahat oldum yazini oxuyannan sonra
26 iyun 2015 12:50
# 10
aliceWOnDer
Ellerim her gun terli olur.
26 iyun 2015 12:36
# 9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Marta
Menimde elim ayagim su olur hetda barmaqlarimi asagi tutanda su damcisi dusur yere.bezen cox heyecanli olanda olur bu hal, bezende adi vaxtda..
26 iyun 2015 12:21
# 8
Немного терпения, и у тебя все получится..
tek umidim sen
Menim de ellerim terliyir arada...Sebebini bilirdim oyrenmisdim.
26 iyun 2015 11:59
# 7
Kadın derin ama adam yüzme bilmiyor...
tatyana
Hec vaxt terlemirem,elinin ici heyacanlanan zaman terliyen qohum var mutleq xeber edim ona hekime getsin
26 iyun 2015 10:50
# 6
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Fialka
Tərləmə insan orqanizmi üçün təbii haldır. Ancaq elə insanlar varki heç tərləmir, eləsidə var ki, həddən artıq tərləyir. Hər iki halda orqanizm üçün zərərlidir buna görə vaxtında fəsadlar yaranmadan həkimə müraciət olunmalıdır.
26 iyun 2015 09:15
# 5
BARBI
Bedenim hec vaxt terlemir ama elimde terleme olur o da cox heyecanlana zaman
26 iyun 2015 08:08
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Mende de,olur ara sıra ellerim terleyir,mende adi hal bilirdim,sen deme deyilmiş,teşekkür.
26 iyun 2015 08:02
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
qanadli melek
El terlemesine cox insanlar adi hal kimi baxirlar,ama herwey kimi bu terlemeninde sebebi varmiw
26 iyun 2015 07:37
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
emis
bu haqda esitmisdim mende ellerin terlemesi urek xesteliyinin elameti ola biler.hami el terlmesine normal baxir deyirler ki,ta yaxsi de saglamliqdi duzdu terlemek bedendeki artiq piylerin yigilan cirklerin xarice cixmasidi,ama heddinden artiq terlmeninde bir heddi var mutleq hekime muraciet etmek lazimdi.hami kimi mende de birden olur ama cox da yox.
26 iyun 2015 04:46
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz