Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bahar allergiyası
Bahar allergiyası
Göndərən: Bestoş
Şərhlər: 9
Baxılıb: 1804
Səs ver:
Nəhayət ki, bahar gəldi. Havanın istiləşməsi və çiçəklərin açması ilə təbiət canlanır. Bu aylarda çiçək tozları atmosferə yayılaraq ağız, burun, göz və ciyərlərimizə qədər çatır. Xüsusilə küləkli havalardan sonra polenler havaya daha çox dağıldığı üçün şikayətlər çoxalır. Bu da dayanmayan burun axıntısına, gözlərdə qızartıya, öskürək və üzdə qaşıntıya səbəb olur. Ən tipik bahar allergiyasının allergik rinit olduğu qeyd edilir. Türkiyəli professorlar Yonca Tabak və Əhməd Rasim allergiyadan necə xilas olmanın yollarını izah edir.

1. Polen allergiyası buruna daha çox təsir edərsə, allergik saman soyuqdəyməsi, ağciyər və bronxlara təsir edirsə, allergik astma bronxit ola bilər. Tozcuqların allergiyaya səbəb ola bilməsi üçün bir kubmetr havada ortalama 25-50 polen olmağı lazımdır.

2. Polen mövsümündə evə daxil olan havanı, mümkün qədər azaltmaq lazımdır. Çünki bu fəsildə havada həddindən çox tozcuq olur.

3. Ağac çox olan yerlərə getməkdənsə, bu dövrlərdə dəniz kənarına getmək daha yaxşı olar. Küçəyə papaq və eynəklə çıxmaqda belə təsirlənmələrə kömək edə bilər.

4. Evə gələn kimi əl və üzümüzü yumaq, geyimlərimizi dəyişdirmək də başlıca qorunma üsullarından biridir. Paltarları açıq havada qurutmaqdansa, ev şəraitində qurutmaq daha məqsədəuyğun olar. Çünki quruyan camaşırlara da polen yapışa bilər .

5. Əsasən günortadan sonra evin havasını dəyişmək daha yaxşı olar. Çünki səhər saatlarında tozcuqlar daha çox olur.

6. Bahar allergiyasına aid əlamətlər ortaya çıxan zaman ilk olaraq allergiya testi etdirsək, yaxşı olar. Müalicə əvvəlcə allergiya dərmanlarıyla başlasa da, bu, qəti həll deyil. Üç-beş il arasında vurulan peyvənd ilə allergiyanıza kömək ola bilərsiniz.

7. Uşaqlarda allergiya olmasının tez fərqinə varmaq çox vacibdir. Çünki uşaqlar ilk illərdə qida allergiyasına, ibtidai sinifdə ev tozu allergiyasına, yetkinlikdə isə tozcuq allergiyasına məruz qala bilərlər.

8. Üç yaşından etibarən tətbiq olunan dilaltı damla, peyvənd üsulu ilə  uşaqların immunitet sistemini gücləndirrmək olar. Çiy tərəvəz və meyvələrin yeyilməsi də allergiyadan uzaqlaşmağa kömək edir.

9. Allergiya ilə qaynaqlanan yuxu pozuqluğu və kafi nəfəs alamamaqla bağlı xroniki oksigensizlik və halsızlıq həyat keyfiyyətilərimizə mənfi təsir edir. Aprel ayında başlayan polen hərəkətliliyi iyuna qədər davam edir. Bəzəkli bağçalar, rəngarəng çiçəklər və quş səslərindən uzaq dayanmaq çətin olsa da, həyat keyfiyyətilərimizi qorumaq üçün bunlara əməl etməyin faydaları var.


Şərhlər: 9
Baxılıb: 1804
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Happy
Mende ele bir shey biruze vermir shukur Allaha
27 may 2015 17:30
# 9
Mrs.Pianist
Mamamda var allergiya, 1 ilden cox idi tutmurdu indi cicekler acir deye tutub. toza,iye qarwidi
27 may 2015 14:55
# 8
Acısı çox olan qizların guluşu gozel olur.!
vipbetul
bele problemle hec vaxt qarshilashmamisham
27 may 2015 14:42
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Şükür heç bir şeyə qarşı allergiyam yoxdur ancaq yaz aylarında bəzi insanlar allergiya olur bu zaman qrip kimi görsənir, gözlərin içi çox qızarır uşaqlarda isə müəyyən yaşdan sonra keçir bildiyim qədəriylə, qorunmaq üçünsə faydalı məsləhətlərdi , təşəkkür.
27 may 2015 14:23
# 6
ulduz
OGLUMDADA QIDA ALERGIYYASI VAR COX SEY VERE BILMIREM KOK PURESI ERIRDIM BASINI QASYIB ELE PIS GUNE QOYUBKI BILMEMISEMKI KOK ALERGIYYA VERIB
27 may 2015 12:54
# 5
Nur k-off
Mende de gozumle baslayir bu bahar allergiyasi
27 may 2015 12:17
# 4
SVETA
guler19
Məndə yox qqaynanamda olurdu belə aylarda səpirdi müalicə aldı şükür indi yoxdu
27 may 2015 11:21
# 3
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
BARBI
Mende nadir hallarda bas verir. Menim daha cox kosmetik ve qida allergiyam var
27 may 2015 09:18
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Maraqli faktlardi,ama menim ele bir allergiyam yoxdur.
27 may 2015 07:47
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz