Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dərinin dəhşətli xəstəliyi: onun qarşısını necə almalı?
Dərinin dəhşətli xəstəliyi: onun qarşısını necə almalı?
Göndərən: ruzgargulum
Şərhlər: 8
Baxılıb: 1189
Səs ver:
Ala xəstəliyinin müalicəsi mümkündürmü?
Dəri insana Allah tərəfindən bəxş edilmiş gözəlliyin ilkidir. Amma bu gözəllik dərinin hamarlığı və sağlamlığı gedənə kimi olur. Bəzən orqanizmdəki hər hansı problemdən dəridə xəstəliklər yaranır və qısa müalicə ilə həll olunur. Yaranması və inkişafının səbəbi bəlli olmayan xəstəliklər də var ki, bu cür xəstəliklərin müalicəsi mübahisələrə səbəb olur. Belə xəstəliklərdən biri də vitiliqodur.

Azərbaycanda da geniş yayılan bu xəstəlik el arasında "ala xəstəliyi" adı ilə tanınır. Əldə, üzdə, boyunda dərinin normal rəngindən bir ton açıq olması və ala-bəzək görünməsi, təbii ki, insanları narahat edir. Yaranmasının səbəbi bəlli olmayan və müalicəsinin də tam tanınmadığı bir xəstəlik insanlara ən az xərçəng qədər ürküdücü olur.

Dermatoloq həkim Sahib Rəhimovun sözlərinə görə, vitiliqo xəstəliyinin müalicəsi yoxdur: "Bu elə bir xəstəlikdir ki, nə yaranma səbəbi bəllidir, nə də çarəsi. İnsanlar birdəfəlik başa düşməlidirlər ki, bu xəstəliyin çarəsi yoxdur. Düzdür, buna qarşı müalicə mərkəzləri var, amma bu o demək deyil ki, vitiliqo tamamilə sağalır".

S.Rəhimov bildirir ki, müəyyən metodlarla xəstəliyi bir müddət gecikdirmək mümkündür: "Başa düşürük ki, bu, böyük estetik problemdir, insanların buna görə necə narahat olduğunu da bilirik. Lakin unutmayaq ki, elə Azərbaycanın özündə vitiliqodan əziyyət çəkən məşhurlar da var. Belə insanlar daha çox estetikaya fikir verirlər. Çünki xalq onları gözəl görmək istəyir. Vitiliqo zamanla müalicələrlə az-çox düzələ bilər, amma birdəfəlik sağalmır".

Vitiliqo xəstəliyində yaşın əhəmiyyəti yoxdur. Uşaqlarda da, böyüklərdə də ola bilir. Lakin 50 faiz hallarda 10-30 yaş arasında şəxslərdə rast gəlinir. Yaşlı adamlarda nadir hallarda olur. Əhalinin 1 faizində bu dəri xəstəliyinə rast gəlinir. Xəstəliyin əmələ gəlməsində genetik, nəsil faktorunun rolu var. Yəni validaynlərdə bu problem varsa, onların uşaqlarında vitiliqoya tutulma ehtimalı 30 faiz artır. Stress və həyəcan da bu xəstəliyə səbəb ola bilər.

Paytaxtda fəaliyyət göstərən özəl klinikalardan birinin dermatonevroloqu Hikmət Abbasov isə vitiliqo ilə mübarizənin Azərbaycanda mümkün olduğunu bildirərək, qeyd etdi ki, bu xəstəlik çətin də olsa, müalicə olunandır: "Vitiliqo zamanı dəriyə rəng verən piqmentlər itir. Səbəbləri stres, mübadilə pozğunluğu, immun sisteminin nasazlığı göstərilir. Dəqiq etimologiyası məlum deyil. Müalicəsi bir az çətin məsələdir, problemlidir. Hazırda vitiliqonun da ən yaxşı müalicəsi məhz PUVA terapiyadır. Azərbaycanda çox insan bu üsulla müalicə olunmaq üçün müraciət edir. Müalicə olunan hissədə yenidən dəriyə alanın qayıtması mümkün deyil".

Həkim bildirir ki, bu xəstəliyin qaraciyər çatışmazlığı ilə heç bir əlaqəsi yoxdur və xəstəliyə səbəb kimi bunu göstərmək düzgün deyil: "Vitiliqoya tutulmamaq üçün hər hansı bir tədbir görmək lazım deyil. Zob xəstəliyi də vitiliqonu stimullaşdırır. Belə xəstələr çalışmalıdırlar ki, dərini gün şüasından qorusunlar".

Vitiliginoz ləkələr və ocaqlar dəri örtüyünün istənilən sahələrində - əllərin arxasında, biləklərdə, bazu, üz, boyun, cinsiyyət orqanları nahiyəsində - yerləşir. Praktik olaraq birtərəfli və bütün dəri örtüyünün yoluxması hadisələrinə rast gəlir.

Psixoloq Nailə Axundovanın sözlərinə görə, bu xəstəlik insanlarda xof yaradır: "Bu xəstəlik keçici deyil. Amma insanlarda qəribə bir xof var. "Əl vursam, mənə də keçər" düşüncəsi ilə belə ala xəstəliyi olan insanlara qarşı ehtiyatlı davranırlar. Gənclərdə bu hal psixoloji sarsıntıya səbəb olur. Dəfələrlə müşahidə etmişəm ki, metroda vitiliqo ləkəsi olan bir insanın tutduğu qapıdan, ya tutacaqdan digər şəxslər tutmağa ehtiyat edirlər".


Şərhlər: 8
Baxılıb: 1189
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
ALLAH uzaq eləsin
17 iyun 2015 19:43
# 8
Don't trust anyone ∆
Catwoman666
h bele bir xesteliye etrafdaki insanlarda rast gelmisem, pis xesrtelikdi. hetta Michael Jakson da bu xesteliye tutulmusdu deye derisinin rengini ag edir butunlukde
17 iyun 2015 16:50
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
Allah uzaq elesin,yaxsi bir sey deyil
17 iyun 2015 15:38
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
Ciddi xestelikdir,Allah kimseye gostermesin...
17 iyun 2015 14:25
# 5
Kadın derin ama adam yüzme bilmiyor...
Tomris Müslümova
en qorxdugum seydi ne vaxtsa deri problemi ile qarsilasmaq xususende ala xesteliyi.allah uzaq elesin
17 iyun 2015 10:29
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Dəridə olan bu problem haqqında məlumatım var. Həmin insanlarda və ətrafında bu psixoloji təsir göstərir. Allah əziyyət çəkən hər kəsə şəfa versin inşAllah.
17 iyun 2015 09:24
# 3
BARBI
Mende taniyiram bele insanlar bu xestelik ciddi probledir. Her seyden evvel insanin psixologiyasina tesir edir
17 iyun 2015 08:30
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Allah uzaq elesin.bu xesteliyin caresi yoxdu bizim qonwuda var getmediyi yerler qalmadi ama hec ferq elemedi
17 iyun 2015 06:46
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz