Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yazda bu xəstəliklər artır - Əhaliyə xəbərdarlıq
Yazda bu xəstəliklər artır - Əhaliyə xəbərdarlıq
Göndərən: Nazlı_qız
Şərhlər: 6
Baxılıb: 812
Səs ver:
Yazda insanlarda olan əksər xroniki xəstəliklər kəskinləşir. Bu səbəbdən istənilən xroniki xəstəliyi olan insan buna hazır olmalı, əvvəlcədən müalicə həkiminin müayinəsindən keçməli, lazım olduqda müəyyən müalicə kursu almalıdır.

Bundan əlavə yaxşı qidalanın, tez-tez açıq havada olun, idman və bədən tərbiyyəsi ilə məşğul olun, həddən artıq yorulmayın, streslərdən uzaq olun, vaxtında yatın. Bu sadə tədbirlər sizə yazı keçirməyə kömək edəcək.

Yazda hətta sağlam insanların əksər hissəsi avitaminozdan əziyyət çəkir. Yazda bizim orqanizmimiz zəif olur, ona vitamin və mikroelementlər çatışmır. Məhz bu səbəbdən biz tez yoruluruq, əsəbi, halsız oluruq. Bir çox insanlarda dərisinin, saçların, dırnaqların vəziyyəti pisləşir. Üz dərisi solğun, quru olur, qabıq verir, ağızın qıraqlarında çatlar əmələ gələ bilər. Saçlar kövrək olur, tökülür, dırnaqlar laylanır, qırılır, damaqlar qanamağa başlaya bilər.

Bu halda vitamin-mineral komplekslərin qəbulu sizə çox yaxşı kömək edə bilər. Lakin bu kompleksləri yalnız həkim məsləhəti ilə qəbul etmək olar. Bundan əlavə qidalanmanıza da fikir verin. Yarmalar, meyvə-tərəvəz, göyərti, balıq, ət, süd məhsulları sizin qidalanmanızda daim olmalıdır.

Yazda soyuqdəymə xəstəliklərin, virus infeksiyaların, nəfəsalma sistemi xəstəliklərin sayı kəskin artır.Bunun səbəbi immunitetin zəifləməsidir. Zəifləmiş immunitet insanı virus və bakteriyaların hücumundan qoruya bilmir.

Bu halda yenə də vitamin-mineral komplekslərin qəbulu, yaxşı qidalanma, havaya uyğun paltar əsas profilaktik tədbirlərdir. Çöldən evə qayıtdıqda əllərinizi yaxşı yuyun, boğazınızı çobanyastığı və ya sürvə kimi otların dəmləmələri ilə yaxalayın, burnunuzu dəniz suyu (və ya adi duzlu su ilə) yuyun. Tez-tez açıq havada olun, immun sisteminizi möhkəmləndirin (bal, limon, otlar dəmləmələri və s.).

Yazda allergik xəstəliklər də kəskinləşir. Əgər sizdə bu xəstəliklər varsa, əvvəlcədən həkimlə məsləhətləşin və lazım olan müalicə alın.

Xroniki mədə-bağırsaq sistemi xəstəlikləri də yazda kəskinləşir. Xüsusilə bu qastrit və 12 barmaq bağırsağı xorası xəstəliyi kimi xəstəliklərə aiddir.

Pəhrizə daha ciddi riayət edin, gün ərzində daha tez-tez (5-6 dəfə) və daha az miqdarlarda qida qəbul edin; yağlı, duzlu, qızardılmış qidalardan, ədviyyatlardan, spirtli içkilərdən və qazlı sulardan imtina edin.

Yazda insanlar sidik ifrazı sistemi xəstəliklərinə daha tez-tez tutulur.

Havaya uyğun geyinin, ayaqlarınızı və bel hissəsini istidə saxlayın, duzlu və ədviyyatlı qidalardan imtina edin, sidik kisəsinin tez-tez boşaldın (sidiyi saxlamayın - bu çox ziyanlıdır), qəbizliklərə yol verməyin.

Yazda həmçinin ürək xəstəlikləri, hipertoniya, oynaqlar xəstəlikləri, psixiki xəstəliklər də kəskinləşə bilər.


Şərhlər: 6
Baxılıb: 812
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Havalar isinməyə başlayanda xəsstəliklər də artır. əsas da yazda diqqətli olmaq lazımdır.

...666...
30 iyul 2015 18:04
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
yaz payiz aylarinda xesdelikelr canlanir ona gorede gerek bu fesillerde xesdeliklere fikir verilsun

yaz payiz aylarinda xesdelikelr canlanir ona gorede gerek bu fesillerde xesdeliklere fikir verilsun
29 iyul 2015 19:14
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Meleknur
Mende bele weyler olmur bu cur xestelikler
29 iyul 2015 11:27
# 4
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
ALESSANDRA
Yazda bu kimi xesdeliklere tutulmuram...
tesekkürler...
29 iyul 2015 10:07
# 3
Don't trust anyone ∆
BARBI
Mende en cox olan problem allergiya problemidir. Havadan tozdan parfumnnen allergiya oluram.
29 iyul 2015 08:01
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Faydali meslehetdir, ancaq ta yay qurtarir, yazda elede bir problemim olmadi, tesekkur.
29 iyul 2015 04:34
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz