Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Suçiçəyi - idarəolunmaz infeksiya
Suçiçəyi - idarəolunmaz infeksiya
Göndərən: Qlamurr
Şərhlər: 19
Baxılıb: 5653
Səs ver:
Yaz-yay ayları suçiçəyi, qızılca, məxmərək kimi yoluxucu xəstəliklərin intensiv yayılma dövrüdür. Son günlər uşaq bağçalarında, orta məktəblərdə suçiçəyinin yayılması ilə bağlı dərsə davamiyyətin aşağı düşdüyü bildirilir. Təkcə uşaqlar deyil, əhalinin nisbətən yaşlı təbəqəsi arasında da qızılcaya, xüsusən suçiçəyinə yoluxanlar barədə xəbərlər yayılır.

Yeri gəlmişkən, "Neftçi” futbol klubunun əsas hücumçusu Rauf Əliyev suçiçəyinə yoluxduğu üçün Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində oyundan kənarlaşdırılıb.

Vəziyyət kritik deyil, amma..

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva mövsümlə əlaqədar ölkədə suçiçəyi xəstəliyinin yayıldığını, lakin vəziyyətin kritik olmadığını deyir: "Bir neçə gün əvvəl aparılan monitorinq zamanı da suçiçəyinin yayıldığı müəyyən edilib, amma bu, o demək deyil ki, vəziyyət kritikdir. Əksinə, bu ilin ilk iki ayı ərzində xəstəlik ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Suçiçəyi bizim üçün idarə olunmayan xəstəlikdir. İmmunlaşdırma tədbirləri ilə bir çox xəstəliklərin kökünü kəsmək mümkün olsa da, suçiçəyi ilə bağlı peyvəndləmə apara bilmirik.  Bizdə hələlik suçiçəyinə görə vaksin tətbiq edilmir”.

Suçiçəyinə qarşı vaksin hazırlansa da, bu, uşaqlar üçün vacib sayılan peyvəndlər siyahısına salınmayıb.

Monitorinqlər davam edir

Hazırda Gigiyena və Epidemiologiya Mərkəzi vəziyyətlə bağlı monitorinqləri davam etdirir. Afaq Əliyeva deyir ki, yoxlama zamanı müayinə aparılmaqla yanaşı, əks-epidemik tədbirlər də həyata keçirilir.  Buna görə də xəstəlik ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Xəstəlik əsasən, məktəb yaşlı uşaqlar arasında yayılır. Bu da infeksiyanın hava-damcı yolu ilə keçməsi ilə əlaqədardır.

Direktor müavininin  sözlərinə görə, soyuq aylarda suçiçəyi xəstəliyi daha sürətlə yayılır. Səbəb soyuq hava şəraitində immun sisteminin zəifləməsidir: "Ümumilikdə bu il  xəstəliklər yüngül keçir. Yüksək temperatur və çoxlu səpkilər müşahidə edilmir”.

Xəstə uşaqları təcrid eləmək lazımdır

Paytaxt poliklinikalarına da infeksion xəstəliklərlə bağlı müraciətlərin sayı artıb. 20 saylı uşaq poliklinikasının infeksionisti Fəridə Haqverdiyeva deyir ki, fevral ayından başlayaraq tibb müəssisəsinə infeksion xəstəliklərilə bağlı müraciət edənlər sayca çoxalsa da, bu, kütləvi deyil.

Son günlər isə azyaşlılar, xüsusən məktəblilər arasında infeksion xəstəliklərin artdığını deyən müsahibimizin sözlərinə görə, səbəb ünsiyyətdir. Həkim məsləhət görür ki, valideynlər xəstəliklərin simptomlarını hiss edən kimi evdə müalicəyə üstünlük versin: "Əlamətləri hiss olunan kimi uşaqları təlim-tərbiyə mərkəzlərindən uzaq tutmaq lazımdır. Bu, yoluxmanın qarşısını almaqla, sağalmanı da sürətləndirir”.

Böyüklər xəstəliyi daha ağır keçirir

Xəstəliyin simptomları və müalicə üsulları barədə Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının baş laborantı, parazitoloq Vüqar Cavadzadədən məlumat aldıq.

Müsahibimizin sözlərinə görə, xəstəliyə daha çox uşaqlar yoluxsa da, böyüklərdə də rast gəlinir və ikincilər onu daha ağır keçirir: "İnfeksiyaya ilin bütün aylarında təsadüf edilir. Amma qış-yaz ayları yoluxma intensivləşir. Yaş artdıqca insanlar xəstəliyi daha ağır keçirir, ağırlaşmalar daha çox olur”.
Vüqar Cavadzadə xəstəliyin irsən ötürülməsi fikri ilə razılaşmır: "Suçiçəyinin törədicisi III tip herpes viruslarıdır. Virusla təmasda olan şəxslər xəstəliyə tutulur. Suçiçəyinin gizli dövrü 10-21 gün, orta hesabla 14 gündür. Gizli dövrdən sonra isə xəstələrdə ümumi əlamətlər özünü büruzə verir. Uşaqlarda ilkin olaraq qızdırma, narahatlıq, iştahanın və yuxunun pozulması kimi əlamətlər olur. 2-4 gün sonra üzdə, başın tüklü hissəsində gövdə və ətraflarda qaşınan səpkilər əmələ gəlir. Səpkilər keçənə qədər xəstələr yoluxucu sayılır. Axırıncı səpkidən 5 gün sonra isə artıq xəstənin yoluxuculuq qabiliyyəti itir”.

İnfeksionist deyir ki, suçiçəyi ağırlaşmalar olmadan da sağala bilir: "Xəstələrin müalicəsi evdə, ağırlaşmalar olduqda isə xəstəxanada aparılır. Ev şəraitində xəstələrə vitaminlər, xüsusən C vitamini, antihistamin preparatlar verilir, dəri səthində əmələ gələn suluqların tez quruması üçün brilyant yaşılının (zelyonka) 1 faizli spirt məhlulundan istifadə edilir.

İkincili infeksiyalar qoşulduqda isə xəstələrə antibiotiklər təyin olunur. Suçiçəyi xəstəliyində az hallarda ağırlaşmalar müşahidə edilir. Ağırlaşmalar əsasən, ikincili infeksiyanın qoşulması nəticəsində meydana çıxır. Laringit, otit, bronxit, pnevmoniya, hətta sepsis kimi ağırlaşmalara da rast gəlinir.  Bəzi hallarda virus mənşəli meninqoensefalitlərə də təsadüf olunur. Ağırlaşmalarsız 1-2 həftə ərzində xəstə sağalır".
İkinci dəfə də yoluxmaq mümkündür

Həkimin sözlərinə görə, xəstəlikdən sonra insanda immunitet yaranır. Nadir hallarda təkrar xəstələnmə də mümkün hesab olunur. Yəni bəzi şəxslər bu xəstəliyə nadir hallarda ikinci dəfə tutulur ki, bu da tez-tez infeksion xəstəliklərə yoluxanların immunitet zəifliyi səbəbindən baş verir.

Həkimlər xəstəliyə yoluxmuş şəxslərin iki vacib qaydaya əməl etmələrini məsləhət görür. Birincisi soyuqdan qorunmaq, ikincisi isə gigiyenik qaydalara diqqət etməkdir.

Xəstənin alt paltarlarını hər gün, yataq dəstlərini isə 2 gündən bir dəyişmək lazımdır. Dırnaqları qısa kəsmək, əlləri tez-tez yumaqla virusun çoxalmasının qarşısını almaq olar. Hər qida qəbulundan sonra ağız boşluğunu yaxşıca qarqara etmək, yataq otağının havasını tez-tez dəyişmək vacibdir.


Şərhlər: 19
Baxılıb: 5653
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Marta
Men suciceyini cox agir kecirtmisem Ozde en lazimsiz vaxtda emimin toyu gunu:) gozumun agina da cixmisdi:(
2 iyul 2015 03:30
# 19
Немного терпения, и у тебя все получится..
WiRiN BaLaM
məndə heç birinden çıxarmamışam
1 iyul 2015 22:28
# 18
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Luna-90
Biz hele ne suciceyi qizilca mexmerek hec birini kecirmemisik.
1 iyul 2015 22:04
# 17
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
ALESSANDRA
13 yasim var helede suçiçeyi olmamisam
bacimd olmiyib
hetda anamve atamda olmiyib

esitdiyime göre mezarda bele olsan bunu keçirmelisen

qıızlca deyirlere heç onuda keçirmemisem 05
1 iyul 2015 18:54
# 16
Don't trust anyone ∆
vipbetul
suciceyi tutan insanin yaxin qohumuda 21 gune qeder suciceyi tutdusa tutdu tutmasa tutmiyagey
1 iyul 2015 16:56
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
teri meri
nolar kaş mən də çıxaradım Allah bilir hansı lazımsız vaxtda çıxaracam 26 ya da birdəfəlik heç çıxartmıyım
1 iyul 2015 15:52
# 14
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
NeL
Su çiçeyi çixartmişam,adi gelende indide qáşiniram
1 iyul 2015 15:47
# 13
Mrs.Pianist
Qizilca olmusam pis olub ozuzde. SU ciceyin qardasim coxxx pis cixarib o cixaranda mende de 5-6 dene oldu. Day bilmirem su ciceyi idi yada ne.Amma onuda deyimki nece yasinizda olursuzsa olun cixartmamisizsa cixaracaqsiz. Yas az oladna daha rahat olur.
1 iyul 2015 14:58
# 12
Acısı çox olan qizların guluşu gozel olur.!
aliceWOnDer
Suciceyi de qizilca da olmusam, duzdu suciceyi cetin kecmedi, amma qizilca cetin idi..
1 iyul 2015 14:27
# 11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
ayka
men olmuüam balaca vaxti qaüisan izi qalir tehlukeliidi

qizilca olmamiüam qorxuram deyirler o agir kecir
1 iyul 2015 13:27
# 10
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Tomris Müslümova
Məndə olub keçib artıq yaman çətin idi qızılcada olmuşam
1 iyul 2015 11:45
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
FISTIK
Bu xesteliyi kecimemisem privifkasi vurulub mene amma onu biliremki rasiyada hekmlerin hamsi deyir suciceyi qizilca privifkasi vurulan adamlara kecimir eger privifka olmusunuzsa qorxusu yoxduki kecisin.
1 iyul 2015 11:35
# 8
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
qanadli melek
Uwaq vaxti qizilcada suciceyide olmuwam
1 iyul 2015 10:30
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Sadalanan heç bir xəstəliyə tutulmamışam inşAllah tutulmaramda . Allah əziyyət çəkənlərə şəfa versin.
1 iyul 2015 10:30
# 6
tatyana
Ikinci defe olmasi mumkunmus?men usaq vaxti kecirmisem qizilcada,suciceyide
1 iyul 2015 09:23
# 5
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
BARBI
Men su ciceyide qizilcada kecirmisem. Su ciceyi o qederde agir infeksiya deyil. Bu xestelikleri ne qeder erken yasda kecirse daha yaxsidir yas otdukce xesteliyin veziyyeti agirlasir
1 iyul 2015 06:31
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Catwoman666
Men suciceyi sugulu kampotciceyi122 ve s. Xesteliklere yoluxmamisam. Hec qizilca yasilca mavice sarilca ve s. Xesteliyi de tutmamisamihibundan sonra cox guman ki yoluxmayacam
1 iyul 2015 06:06
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Men su çiçeyi olmamışam,qızlarımda olmayıb,deyilene göre çetin keçir bu xestelik,Allahdan xeyirlisi.
1 iyul 2015 05:19
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
aziz a
Qizimda kecirmeyib ne su ciceyi, nede qizilca, Allah elesin birazda boyusun sonra olsun, agli kesin hec olmas..Allahdan xeyirlisi.
1 iyul 2015 04:43
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz