Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hepatit zamanı qida rejimi
Hepatit zamanı qida rejimi
Göndərən: emis
Şərhlər: 5
Baxılıb: 1081
Səs ver:
Qara ciyərin iltihabi xəstəliyi hepatit adlandırılır. Hepatit müxtəlif səbəblərə görə inkişaf edə bilər - viruslar, dərmanlar, toksik maddələr, zəhərlər və s.

Lakin  səbəbindən asılı olmayaraq bu xəstəliyin müalicəsi zamanı pəhriz əsas rollardan birini oynayır. Bu pəhrizin əsas vəzifəsi qara ciyərin bərpasına kömək etməkdən ibarətdir.

Qida tamdəyərli vitamin və mikroelementlərlə zəngin və eyni zamanda orqanizm tərəfindən asan mənimsənilən məhsullardan ibarət olmalıdır:

- Tərəvəzli suplar, bitki yağları.

- Bişmiş və ya buğda hazırlanmış yağsız ət növləri – mal əti, dana əti, dovşan əti.

- Yağsız balıq növləri (bişmiş şəkildə).

- Süd məhsulları (yağsız kəsmik, kefir, asidofilin və s.).

- Sıyıqlar -  qarabaşaq, düyü, yulaf yarması.

- Meyvə və tərəvəzlər (təzə, bişmiş) bu pəhrizin əsas "iştirakçıları” sayılır.

- Desert kimi şəkər, mürəbbə, bal.

Bütün qidalar yumşaq, yarıduru şəklində olmalıdır (blenderdə əzilmiş və ya sürtgəcdən keçirilmiş, ət – çəkilmiş vəziyyətdə). Qida gün ərzində 4-5 dəfə kiçik porsiyalarla qəbul olunmalıdır. Qida isti və ya soyuq olmamalıdır.

"Hepatit” diaqnozu qoyulduqdan dərhal sonra xəstənin pəhrizindən ədviyyatlar (istiot, xardal və s.), sirkə, sarımsaq, marinada qoyulmuş və hisə verilmiş qidalar, qəhvə, şokolad çıxarılmalı, duzun qəbulu kəskin azaldılmalıdır. Bundan əlavə yağlı bulyonlar, yağlı ət növləri (qoyun, ördək, qaz əti), yağlı balıq, duza qoyulmuş tərəvəzlər, yumurtanın sarısı, kolbasa məmulatları, qöbələklər, ət konservləri, konfetlər, tort və pirojnalar, bulkalar, pirojkilər də qadağandır.

Hepatit xəstəliyi olan insanda iştahasızlıq və ürəkbulanması tez-tez olur. Lakin belə xəstə heç bir halda qidadan imtina etməməlidir ki, bu xəstəliyin gedişatına çox mənfi təsir edir.

Hepatit xəstəliyi olan insanlar avitaminozlardan əziyyət çəkir. Bu səbəbdən belə xəstələr vitaminlərlə zəngin olan qidalara üstünlük verməlidir. C vitaminin ən yaxşı mənbələri: itburnu, qara qarağat, qırmızı bibər, gül kələmi, brussel kələmi və s. Vacibliyinə görə ikinci yeri B qrup vitaminləri tutur. Onlar mübadilə proseslərində iştirak edir, qara ciyərin fəaliyyətinə kömək edir, immun və sinir sistemlərini möhkəmləndirir. Bu vitamin yarmalarda, pomidorlarda, süd məhsullarında daha çoxdur.

Fol turşusu qara ciyərin fəaliyyətini yaxşılaşdırır. Cəfəri, ispnaq, soğan, kahı bu vitaminlə zəngindirlər.

A vitamini güclü antioksidant sayılır. Bu vitamin kökdə, bibərdə, şaftalıda, ərikdə, brokkolidə, itburnuda çoxdur.

Düzgün qidalanmadan əlavə hepatit zamanı düzgün maye qəbulu da çox vacibdir. Digər əks göstərişlər olmadığı halda (bəzi ürək və böyrək xəstəlikləri və s.) gün ərzində 2 litrdən az olmayaraq maye qəbul olunmalıdır – təbii meyvə şirələri (dükanlarda satılan şirələri qəbul etmək məsləhət deyil!), çay (tünd olmamalıdır!), kisel, itburnu dəmləməsi.


Şərhlər: 5
Baxılıb: 1081
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Happy
Allah butun xestelere shega versin. Qara ciyer siradan chixdiqdan sonra biruze veren orqandi. Heyat terzinde bele pehrizide saxlamaq lazimdir ki, sonradan eziyyet chekmiyek
13 may 2015 23:49
# 5
Catwoman666
hepatit tehulkeli xestelikdir. Amma vaxtinda mualice olunmaga baslanilsa sagalmaq olar
13 may 2015 18:09
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
Allah uzaq elesin
13 may 2015 15:41
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Hepatitli xəstələr həmişə həkim nəzarəti altında olsalar yaxşıdı çünki asan xəstəlik deyil gec sağalır, Allah bütün xəstələrə şəfa versin.
13 may 2015 14:22
# 2
BARBI
Hepatit en agir xesteliklerdendir. Teesufki neticesi olum olur. Tekce qidaya yox her seye diqqet yetirmek mutleqdir
13 may 2015 09:29
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz