Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xalq təbabəti üsulları varikozla mübarizədə
Xalq təbabəti üsulları varikozla mübarizədə
Göndərən: emis
Şərhlər: 10
Baxılıb: 2549
Səs ver:
Varikoz xəstəliyi çox ağır fəsadlar verən pozulmadır.

Bu səbəbdən varikozun ilk əlamətləri meydana çıxdıqda, mütləq fleboloqa müraciət etmək və müalicəyə başlamaq lazımdır.

Varikozun ilk əlamətləri arasında: ayaqlarda ağırlıq hissi, şişkinlik, yorğunluq və keyləşmə, axşam saatlarında baldır əzələlərində qıcolmalar, ayaqlarda göy və ya qırmızı çalarlığı olan "tor şəkilli”, "ulduz şəkilli”, "hörümçək toru” formasında olan damar şəkillərinin olmasıdır.

Müalicə ilə yanaşı (!) xalq təbabəti üsullarından da istifadə etmək olar.

- Təbii alma sirkəsi damarları möhkəmləndirir və qanın tərkibini yaxşılaşdırır. Alma sirkəsini ayaqlara sürtmək və gündə 3 dəfə 1 stəkan qaynanmış suya 1 xörək qaşığını əlavə edib qəbul etmək lazımdır. Müalicə kursu - 1 ay. Sonra 1 ay fasilə verib müalicəni təkrar etmək olar.

- Kalanxoe bitkisi damarlara çox yaxşı iltihabəleyhinə təsir edir. Xırda doğranmış kalanxoe yarpaqlarını 1/2 l-lik bankaya yığın (banka yarsına kimi dolmalıdır) və üzərinə banka dolana kimi tibbi spirt əlavə edin. Məhlul 1 həftə ərzində qaranlıq yerdə saxlanılmalıdır. Daha sonra məhlulu yaxşı süzün və hər gün yüngül hərəkətlərlə pəncələrdən başlayaraq bud nahiyəsinə kimi ayaqlara sürtün ("düyünlərə" və yaralara sürtmək olmaz!). Müalicəni məhlul qurtarana kimi davam edə bilərsiniz.

- Soyuq su qan dövranı yaxşılaşdırır. Hər gün soyuq su ilə ayaqlarınızı yuyun. Bunun üçün duşdan istifadə edin. Su şırnağı pəncələrdən baldırlara kimi istiqamətləndirilməlidir. Belə proseduralar həm də masaj funksiyasını yerinə yetirir.

- Xırdalanmış palıq və söyüd ağacı qabığı (təxminən 3 ovuc) üzərinə 5 l qaynar su əlavə edin və 20 dəqiqə ərzində vam odda bağlı qabda qaynadın. Daha sonra soyudun, süzün, vedrəyə tökün və 20 dəqiqə ərzində ayaq vannanı edin (su isti yox, ilıq olmalıdır). Belə vannaları hər gün etmək lazımdır. Müalicə kursu - 12-15 vanna.

- Təbii balla olan kompreslər də yaxşı effekt verir. Bal pambıq parçanın üzərinə çəkilir, genişlənmiş damarın üzərinə qoyulur, üstünə sellofan plyonka qoyulur və qalın bintlə sarınır. Belə kompresləri ayaqlarda birinci gün 2 saat ərzində, 2-ci və 3-cü gün 4 saat ərzində saxlamaq lazımdır. Daha sonra isə kompresi axşamdan qoyub səhərə kimi ayaqda saxlamaq olar.

- Sarımsaq damarların elastikliyini artırır, onların divarlarını möhkəmləndirir. Varikoz xəstəliyi olan insan sarımsağı çiy vəziyyətdə yeməli, qidalara, salatlara əlavə etməlidir və s.

- Sarımsaq, zəncəfil, lavanda, nanə efir yağların 1-2 damcısını təxminən 10 ml istənilən masaj üçün uyğun gələn yağla qarışdırıb varikoz olan ayağa yüngül masaj hərəkətləri ilə sürtün. Müalicə kursu - 2 həftə. Daha sonra 2 həftə fasilə edin və müalicəni təkrar edin.

- Hirudoterapiya (zəli ilə müalicə) varikoz xəstəliyi ilə mübarizədə çox yaxşı müalicəvi effekt verir. Zəli təsiri nəticəsində qan dövranı yaxşılaşdırır, tromblar əriyir. Lakin onu də nəzərə alın ki, bu müalicə üsulu yalnız peşəkar həkim tərəfindən tətbiq olunmalıdır.

- Mumiye varikozun müalicəsində geniş istifadə olunur. Mumiye məhlul və kompres şəklində istifadə olunur. Təxminən 1 çay qaşığı ölçüsündə mumiye 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir və gün ərzində xırda qurtumlarla içilir və ya kompres  şəklində istifadə olunur.

Təbii ki, burada sadalanan üsullar yalnız varikozun başlanğıc formalarında yaxşı effekt verə bilər.

Hər bir vasitənin istifadəsindən əvvəl mütləq həkimlə məsləhətləşin.


Şərhlər: 10
Baxılıb: 2549
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
varikoz xesteliyinden uzagam..insallah hec bu xetselikle de qarsilasmaram. mence xesteliyin de dermani vaxtinda aparilan duzgun mualicedir
22 may 2015 16:40
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
cox insanlar bu xesdelikden eziyyet cekir,no tibde bunun mualigesi cox asandi
22 may 2015 14:56
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
cinqosh
duzun desem varikoz nedi bilmirdim.ayaqlarimda her sey normaldi cox sukur.faydali xebere gore cox sag ol.
22 may 2015 14:31
# 8
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
yarpaq33
Sitat: remse
bilərəm

Siz zeliden elede qorxmayin siz yazdiginiz adi zeli olub laxta qani sovuran aptecni zelidi onu tibbde lazimi qydada yetiwdirirler cox xeyirlidi
22 may 2015 11:41
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Nergız33
Allah bu xestelikden eziyyet cekenlere kömey olsun . Qeyd olunan tebii üsullarla yüngül forması kecer , amma ağırlaşmış formada mütleq hekime gedmey lazımdı . Mendede cox az var alma sirkesi yaxşıdı edecem . Soyuq su vursam vapşe ayaqağrısında ölerem.
22 may 2015 11:32
# 6
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
rəmsə
Mən də ikinci hamiləlikdən sonra yaranıb sağ dizimin arxasında,ama elə də narahat etmir,sadəcə çox gün ərzində çox ayaq üstə qalanda ağrı hiss olunur.Yazılan məsləhətlərin bəzisini əməl edə bilərəm.Ama zəli ilə olan müalicəni əsla125,həm iyrənirəm,həm qorxuram,həm də xeyri qədər ziyanı da ola bilər.Bəzən eşitmişəm ki,zəli kiminsə təmiz qanını sorub.
22 may 2015 09:43
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Fialka
Varikoz daha da inkişaf etmədən həkimə müraciət etmək lazımdır, qeyd olunan təbii vasitələrdə faydalı ola bilər , təşəkkür.
22 may 2015 09:28
# 4
Happy
Indi bilmirem hamilelikdendi ya nedi auaqlarim dehshet pis agriyir, damar ilishir addim ata bilmiren agridan. Geceleri narahat yatiram. Hamileliyimi basha vursuqdan sonrada rast gelsem bu agrilara mutleq reseptlerden istifade edecem. Lazimli melumat uchun teahekkurler
22 may 2015 08:20
# 3
BARBI
Cox agrili xestelikdir. Tebii usullarla mualice en effektiv usuldur
22 may 2015 08:08
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aziz a
Menimde mamamda var, cox qorxuram ona gore.cox riskli xestekikdi, birde gorursen qaralmalar olur...mu as lice etdirir indi...Allah ozu her kese komek olsun,amin.
22 may 2015 05:02
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz