Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu, ən təhlükəli xəstəliklərdən biridir
Bu, ən təhlükəli xəstəliklərdən biridir
Göndərən: Menim balam
Şərhlər: 7
Baxılıb: 1397
Səs ver:
Meningit ən təhlükəli xəstəliklərdən biri sayılır. Meningit beyin qişalarının iltihabıdır.
Bu iltihabın səbəbi infeksiyadır. Məlumdur ki, skarlatın xəstəliyi streptokokk, vərəmi - Kox çöpü, salmonelyozu - salmonella törədir və s. Lakin bu və bir çox digər xəstəliklərdən fərqli olaraq meningitin səbəbi istənilən (!) infeksiya ola bilər - virus, bakteriya, göbələk, hətta birhüceyrəlilər (məsələn, amyob). Məhz bu səbəbdən meningitlər də müxtəlif olur - gedişatı, inkişafı, fəsadları ilə fərqlənir. Ən əsası isə odur ki, meningiti törədən infeksiyadan asılı olaraq bu xəstəliyin müalicə üsulları da müxtəlifdir.
Meningit istənilən yaşda inkişaf edə bilər, bu xəstəlikdən heç kim sığortalanmayıb. Uşaqlarda meningitə daha tez-tez rast gəlinir.
, bütün meningitləri iki amil birləşdirir - insanın həyatı üçün real təhlükə və ağır fəsadların böyük ehtimalı.
 
Meningitin inkişafı üçün törədici (mikrob, virus və s.) kəllənin daxilinə düşməli və burada beyin qişalarında iltihab yaratmalıdır. Bəzən bu, hər hansı infeksiya ocağın beyinə yaxın yerdə yerləşdikdə (məsələn, irinli otit, haymorit) mümkün olur. Kəllə-beyin travması da meningitin inkişafına səbəb ola bilər. Əksər hallarda isə mikroblar bura qan axını ilə düşür. Lakin bir çox insanların qanında mikroblar olur. Meningit isə nadir xəstəlik sayılır. Burada böyük rolu immun sisteminin vəziyyəti oynayır. Bəzi immun sisteminin anadangəlmə defektləri bu xəstəliyin inkişafı üçün "əlverişli" şərait yaradır. Məhz bu səbəbdən ailələr var ki, orada meningitə çox tez-tez təsadüf edilir.
 
Maraqlıdır ki, oğlanlarda bu xəstəliyə 2-4 dəfə çox təsadüf olunur. Bunun səbəbi tibdə məlum deyil.
 
Meningit suçiçəyi, qızılca, məxmərək, epidemik parotit kimi uşaq infeksion xəstəliklərinin fonunda inkişaf edə bilər. Həmçinin meningit qrip infeksiyasının fəsadı ola bilər. Xəstəlikdən zəifləmiş insanlarda, yaşlılarda, körpə uşaqlarda meningitin səbəbi göbələk ola bilər. Bütün bu vəziyyətlərdə məhz immunitetin zəifləməsi meningitin inkişafına səbəb olur.
Orqanizmdə olan istənilən irinli ocaq (pnevmoniya, infeksiyalaşmış yanıq, müxtəlif abseslər və s.) meningitin inkişafına təkan verə bilər. Bu halda meningiti stafilokokklar, streptokokklar və s. mikroblar törədir.
 
Ən təhlükəli meningit vərəm meningiti sayılır.
 
Lakin bir mikrob var ki, bu mikrob meningitin 60-70% hallarda törədicisi ola bilər. Bu mikrobun adı meninqokokkdır. Bu mikroba insan hava-damcı yolu ilə yoluxa bilər. Meninqokokk burun-udlağın selikli qişasına düşür və əvvəl yüngül zökəmə və boğazın qızarmasına səbəb olur. Əksər hallarda meninqokokk burada immun sistemi tərəfindən zərərsizləşdirilir və daha sonra heç yerə yayılmır. Lakin nadir hallarda olsa da, meninqokokk qan axını ilə orqanizmə yayılaraq müxtəlif orqanlara düşür (gözlər, qulaqlar, oynaqlar, ağ ciyərlər, böyrək üstü vəziləri, beyin qişaları) və burada çox təhlükəli iltihaba səbəb olur.
Beyin qişalarına düşən meninqokokk meningitə səbəb olur.
 
Meningitə vaxtında diaqnoz qoyulduqda və müalicə dərhal başladıqda xəstəlik tam müalicə olunur. Əks halda isə xəstədə korluq, karlıq, beyin fəaliyyətinin ağır pozulmaları, iflic, koma kimi ağır fəsadlar inkişaf edə bilər, hətta xəstə həlak ola bilər. Bu səbəbdən həkimdə meningitə şübhə yarandıqda, xəstəni dərhal infeksion xəstəxanaya çatdırmaq lazımdır.
 
Meningitə bu kimi simptomlar işarə edə bilər:
 
1. İstənilən infeksion xəstəliyin fonunda (suçiçəyi, qızılca, məxmərək, epidemik parotit, kəskin respirator infeksiya, herpes infeksiyası və s.) ürəkbulanmsı və qusma ilə müşayiət olunan güclü baş ağrıları.
2. Yüksək hərarətin fonunda boyun və bel nahiyəsində ağrılar.
3. Yuxululuq, ürəkbulanması, qusma.
4. Qıcolmalar.
5. 1 yaşına kimi olan uşaqlarda - qızdırma + monoton ağlama + əmgəyin qabarması.
6. Yüksək hərarətin fonunda istənilən formada və ölçüdə səpgilərin olması (xüsusilə səpgilər kiçik qansızmalara oxşadıqda və sürətlə əmələ gəldikdə).
 
Meningitin dəqiq diaqnozu likvorun (baş və ya onurğa beynində olan maye) müayinəsi zamanı qoyulur. Likvorun müayinəsi həmçinin meningitə səbəb olan törədicini təyin etməyə imkan verir. Bu isə müalicənin taktikasının seçimində əsas rol oynayır. Məsələn, əgər meningitin səbəbi bakteriya olarsa, antibiotiklər istifadə olunacaq. Bundan əlavə müalicə zamanı digər vasitələr də istifadə olunur (iltihabəleyhinə, beyin hüceyrələrin fəaliyyəti yaxşılaşdıran, kəllə daxili təzyiqi azaldan və s. preparatlar).
Meningit keçirilmiş insan bir neçə il ərzində nevropatoloqun nəzarəti altında olmalı və ildə bir neçə dəfə müayinədən keçməlidir. Əksər hallarda vaxtında müalicə olunmuş meningit izsiz olaraq keçir və insanın gələcək həyatına heç bir mənfi təsir etmir.


Şərhlər: 7
Baxılıb: 1397
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lelos
Allah gostermesin
16 may 2015 15:29
# 7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Fialka
Uşaq vaxtı yaranan bir neçə xəstəliklər zamanı yaxşı müalicə olunmasa meningit kimi fəsadları qala bilər eyni zamanda böyüklərdə çox diqqətli olmalıdır qrip zamanı yaxşı qulluq olmasa meningitdə yarana bilər, buna görədə vaxtında həkimə müraciət olunmalıdır. Əziyyət çəkən hər bir xəstəyə Allah şəfa versin.
16 may 2015 14:34
# 6
yarpaq33
Allah qorusun
16 may 2015 13:47
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Tomris Müslümova
xalamnan mamada olmusdu bele bir sey siddetli agrilari olur
16 may 2015 13:26
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Meningit basin soyuqlamasidir. Ona gore hec vaxt sacimi yuyub havaya cixmiram cunki basa soyuq deyir ve bu da meningit xeteliyini yaradir. Ve olumlede neticelene biler
16 may 2015 12:53
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aziz a
Allah uzaq elesin sagalsada insanda her hansisa bir fesadi qoyur..tam sagalmir demek olarki...
16 may 2015 12:45
# 2
Qelbim doludu !!!!
vipbetul
Miningit cox az hallarda saqala bilen xesdelikdi
16 may 2015 12:41
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz