Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vitaminlər...
Vitaminlər...
Göndərən: Qlamurr
Şərhlər: 7
Baxılıb: 772
Səs ver:
Artıq uzun zamandır ki, bütün dünya üzrə insanlarda vitamin kompleksləri, mineral əlavələr və ayrı ayrılıqda vitaminlərin qəbulu bir vərdişə çevrilmişdir.

Belə profilaktik tədbirlər, çoxlarının fikrinə görə onkoloji xəstəliklər,infarkt, insult kimi xəstəliklərdən qoruyub,  ümumiyyətlə sağlamlığın bərkidilməsi ni  təmin edir. Yalnız son araşdırmaların nəticələrinə görə vitamin və minerallar xərçəng və infarktdan qorumur.

Araşdırma üzərində işləyən Xopkins Edqar Miller bildiri ki, vitamin və qida əlavələrinin  gələcəkdə sizə xeyirli olmaması  ilə bərabər, bu növ profilaktik tədbirlər sizi ürək və damarlarda yaranan problemlərdən qoruya bilməz.  Mütəxəssislər belə  nəticəyə 500000 insanın iştirakı ilə keçirilən 27  müxtəlif araşdırma əsasında gəlmişlər. Belə maştablı araşdırmalar əsasında mütəxəssislər kifayər qədər sərt adı olan məruzə hazırlamışlar: " Yetər: Bəsdir artıq vitamin və mineral əlavələrə pul xərcləməyiniz"

Həmçinin mütəxəssislər bəzi hallarda hətta vitamin və mineral komplekslərin insan sağlamlığına zərərli olduğunu  da iddia edirlər. Daha öncə Kalifornia universitetinin mütəxəsissləri orqanizmdə  D vitaminin çatışmamazlığı  depressiyanın inkişafına gətirdiyini, indi isə E və C vitaminlərinin normadan artıq qəbulu həyat davamiyyətinin qısalmasına səbəb olduğunu deyirlər.

Təəssüflər olsun ki, insan orqanizmi vitamin C - nin  istehsal və əldə olunmasını  özü təmin edə bilmir. Orqanizmin qoruyucu  potensialının gücləndirilməsi məqsədi ilə insanlar bu vitamini həb formasında qəbul edir. Mütəxəssislər bu vitamin tərkibli həbləri araşdıraraq belə nəticəyə gəliblər ki, 1 həb-in tərkibində   gündəlik vitamin normasından qat -qat yüksək doza vardır.  Nəzərinizə çatdırırıq ki, insana gündəlik 40 ml/qr  C vitamini , hüceyrə quruluşuna kömək edən  A və E vitaminləri isə 3-4 ml/qr dozanı təşkil edir.

Orqanizmə normadan artıq dozanın necə  təsir edilməsini yoxlamaq üçün mütəxəssislər gəmiricilər üzərində tədqiqat apariblar. İki aylıq siçanlara gündəlik bu vitamin komplekslərini vermişlər. Sınaqlardan belə nəticəyə gəlinmişdir ki, təcrübədə iştirak edən siçanların həyat davamiyyəti  iştirak etməyənlərə nisbətdə aşağı düşmüşdür.  Bundan belə bəlli olub ki, həblərdə olan vitaminlərdə insan həyatı üçün təhlükəli dozada  xeyirli maddələr var. Mütəxəsislər orqanizminizi  vitaminlə təmin etmənin  ən optimal variantını  balanslaşdırılmış sağlam qıdada görürlər. Məsələn  E vitaminini yağ, qoz, yumurta, göyərti, süd, ət və  ciyər kimi qida məhsullarında, C vitaminin isə bir çox meyvə və tərəvəzlərdə, xüsusən də sitrus meyvələrində əldə edə bilərsiniz.

Sağlamlığınızın qeydinə qalın!


Şərhlər: 7
Baxılıb: 772
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Hər zaman vitaminli qidaların qəbuluna üstünlük verirəm.

...666...
7 avqust 2015 19:47
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
WiRiN BaLaM
hər bir şeyi normasında qəbul etməkdə fayda var hər şeyin fazlası ziyanlıdır əlbətdəki.
7 avqust 2015 16:20
# 6
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
ALESSANDRA
vitaminleri sevirem ve qebulda edirem
her biri faydalıdır...
7 avqust 2015 15:16
# 5
Don't trust anyone ∆
Fialka
Qidaların hər biri vitaminlə zəngindir sadəcə gündəlik tələb olunan miqdarda qəbul etmək lazımdır. Çünki həddən artıq qəbul etmək və ya yaranan vitamin çatışmamazlığı orqanizmdə bir sıra fəsadlar yarada bilər, təşəkkürlər faydalı xəbərdi)
7 avqust 2015 15:13
# 4
vipbetul
vitaminleri qidalarlada ala bilerik
7 avqust 2015 13:47
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Tesekkur melumat ucun, mendede vitamin catismazligi var, her sey yemirem, vitaminli seylerden uzaq dusmusem.
7 avqust 2015 12:31
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Orqanizmde vitamin catismazligi bir sira problemlere sebeb ola biler ona gore her meyveden her qidadan mueyyen miqdarda qebul edilmelidir
7 avqust 2015 10:13
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz