Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Meningiti vaxtında müalicə edin
Meningiti vaxtında müalicə edin
Göndərən: Miss_Azerbaijan
Şərhlər: 7
Baxılıb: 1349
Səs ver:
İnsan başının ağır bəlalarından biri də meningitdir. Özü də bu yoluxucu bəla ilk növbədə kiçikyaşlı uşaqları və yeniyetmələri hədəfə alır. Yaşlı adamlar da bu azara az məruz qalmırlar.

Meningitin kəskinləşməsi uşaqlarda karlığa, epilepsiyaya, zehni inkişafın dayanmasına səbəb ola bilər. Xəstəlik vaxtında müalicə edilməzsə, ölümə aparır, özü də bir neçə saat ərzində...

Meningit beyin qişalarının iltihabı xəstəliyidir. Xəstəliyi əsasən müxtəlif mikroblar və viruslar törədir: infeksiyanın giriş qapısı yuxarı tənəffüs yolları, əsasən burun-udlaqdır. Törədici mikrobun daxil olduğu yerdə iltihabi proses inkişaf edir: selikli qişa şişir (ödem), selik əmələgətirmə yüksəlir, badamcıqlar və yuxarı tənəffüs yollarının selikli qişasındakı limfatik düyünlər çox böyüyür.

Bakteriya virusdan daha təhlükəlidir
Meningitə bakterial və ya virus infeksiyaları səbəb olur. Viruslu meningit daha yüngül keçir və ağır simptomlarla müşayiət olunmur.

Bakterial meningit çox təhlükəli xəstəlikdir, beynin zədələnməsinə apara bilər. Xəstəliyi daha çox meninqokokk (Neisseria meningitidis) və ya pnevmokokk (Streptococcus pneumoniae) törədir. Meningitə hemofil çöpləri (Haemophilus influenzae), stafilokokklar, salmonellər və s. bakteriyalar da səbəb olur.

Simptomları
Bir çox adam təhlükəli mikroorqanizmlərin simptomsuz daşıyıcılarıdır. Meningitlər müxtəlif formalarında adətən aşağıdakı simptomlarla təzahür edir:

1. Ənsə əzələlərinin gərginliyi - xəstə başının daim dala dartınmasını hiss edir;

2. Baldırın bükücü əzələlərinin reflektor gərginliyi;

3. Başı bükdükdə ayaqlar da dala bükülür, qarına dartılır;

4. Bir ayağı bükdükdə o biri də qeyri-iradi bükülür.

Azarın inkubasiya dövrü 5-7 gündür. Şiddətli başağrıları meningitin daim davam edən və ilk simptomudur. Alın-təpə nahiyəsində başağrısı ilə yanaşı, boğazda ağrı və acışma, quru öskürək, burun tutulması, az hallarda burundan selikli-irinli ifrazatın axması xəstələrin səciyyəvi daimi şikayətləri sayılır.

Bu simptomlarla bərabər, əksər təsadüflərdə xəstənin ümumi əhvalının pisləşməsi: kefsizlik, süstlük, zəiflik, iştahanın azalması, yuxunun pozulması müşahidə olunur. Xəstələrin çoxunda bədən temperaturu, adətən, subfebril rəqəmlərə qədər yüksəlir. Lakin bəzən orta dərəcədə və hətta yüksək (39 C-dən yuxarı) qızdırma baş verir. Qızdırma 1-3 gündən artıq olmur. Dəri örtükləri solğun olur: konyunktiva və skleranın damarları infeksiyalaşır. Burunun selikli qişası hiperemiyalaşmış, şişmiş olur.

Onurğa beyni mayesi dəyişilir, başağrısı, qusma, psixikanın pozulması və s. müşahidə edilir. Xəstələr səs-küyü, ucadan danışığı, işığı sevmirlər.

Meningitdə başağrısı son dərəcə şiddətli, əziyyətli, çox vaxt lokallaşdığı yer müəyyən edilməmiş diffuz şəkildə olur. Axşamlar xüsusən intensiv olur, bədən vəziyyətini dəyişərkən, çox bərk səs, parlaq işıq təsirindən güclənir. Çox vaxt xəstələr başağrısından inildəyirlər. Meningitdə qusma ürəkbulanmasız, qida ilə əlaqədar olmadan qəflətən baş verir, xəstəyə rahatlıq vermir və bəzən başağrısının şiddətləndiyi vaxt meydana çıxır.

İrinli azar
Xəstəliyin epidemik serebrospinal forması irinli meningit sayılır. Damcı infeksiyası və kontakt yolu ilə yayılır. Meninqokokklar selikli qişa və burun-udlaq yolundan orqanizmə daxil olur. Meninqokokklar kəllə içərisinə limfatik, yaxud hematogen yolla sirayət edir. Mərkəzi sinir sisteminə daxil olduqdan sonra, ilk növbədə, mədəciklərin ependim hüceyrələri və damar kələflərinə təsir edir, oradan beyin-onurğa beyin mayesi vasitəsilə beyin qişalarına keçir. Venalar boyunca irin toplanır. Onurğa beynin qişaları da irinləyir. Şiddətli başağrısı, qusma, arxa boyun əzələlərinin gərginliyi müşahidə edilir.

Meningitin çox iti cərəyan edən forması olduqca kəskin başlayır. Xəstə huşunu itirib yıxılır. Temperatur kəskin sürətdə yüksəlir, taxikardiya tənəffüs pozulur. Xəstəlik o qədər sürətlə inkişaf edir ki, meningeal əlamətlər və beyin-onurğa beyin mayesi tərkibinin dəyişməsi özünü biruzə verə bilmir. Temperatur 38-39 dərəcəyə qədər yüksəlir. Dəridə qırmızı rəngli səpkilər olur, taxikardiya baş verir, arterial qan təzyiqi enir, qanda leykositoz yüksəlir. Bəzən oynaqlarda iltihabi prosesin başlanması xəstəliyi poliartiritə bənzədir. Həddən artıq kəskin şəkildə başlamış meninqokikksemiya çox sürətlə inkişaf edib, malyariyada olduğu kimi titrətmə-qızdırma verir, dəri avazıyır, taxikardiya və tənəffüs pozğunluğu meydana çıxır. Xəstə huşunu itirir.

Kəskin seroz meningiti orqanizmə tənəffüz yolu ilə daxil olur. Yumşaq qışanın serozlu iltihabı ilə cərəyan edən bu xəstəlik birincili və ikincili olur. Ən çox, poliomnelit, qızılca, epodemik parotit və vərəm çöpləri ilə yayılır. Xəstəliyin törədici amili süzülən virusdur. O, orqanizmə tənəffüs yolu ilə daxil olur. Xəstəlik qəflətən kəskin surətdə yüksək temperatur və şiddətli başağrılarıyla başlayır. Xəstə tez-tez qusur, göz almalarında ağrılar olur. Ümumi beyin əlamətləri daha da kəskinləşir. Beyin sinirlərinin pozğunluğu müşahidə olunur.

Müalicəsi
Meningitin demək olar ki, bütün formaları müalicəyə tabe olur. Ancaq gərək vaxtında həkim tərəfindən xəstənin meningitin hansı formasından əziyyət çəkdiyi müəyyən edilsin və dəqiq diaqnoz qoyulduqdan sonra müalicə prosesinə başlanılsın.

Müalicədə əsasən antibiotiklər (levomisetin, tetrasiklin, eritromisin və s.) təyin edilir. Müalicə müddəti 3-5 gündür.

Bütün xəstələrə udlaqlarını antiseptiklərlə (0,02 %-li furasilin məhlulu, 2 %-li bor turşusu məhlulu, 0,05 - 0,1 kalium-permanqanat məhlulu) yaxalamaq məsləhət görülür. İntoksikasiya zamanı çoxlu ilıq maye içmək lazımdır.

Penisillinlə müalicənin adətən, 5-8 gün müddətində aparılması vacib və kifayətdir. Ağır təsadüflərdə ampisillinin bir hissəsini venaya yeridir, sutkalıq dozanı isə 400 mq/kq qədər artırırlar. Oksasillin və metisillin sutkada 300 mq/kq dozada, inyeksiyalar arasında 3 saat fasilə olmaqla işlədirlər.


Şərhlər: 7
Baxılıb: 1349
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
arzum-aysum
Allah uzaq elesin, xalamin yoldasi hele o vaxtlar cavan yaşında bu xəstəlikdən ölüb. vaxtinda ustune dusulse mualicesi olan xestelikdi,
31 mart 2015 23:42
# 7
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Mrs.Pianist
Allah uzaq etsin.Adin esitmisdim.
31 mart 2015 17:49
# 6
Acısı çox olan qizların guluşu gozel olur.!
emis
Miss_Azerbaycan
tesekkur edirem xebere gore cox sagol
ciyy texmin elemisdim bu elametlerin yaridan coxu mende var her gun basim agriyit ayaqlarim agriyir ve s.
31 mart 2015 15:59
# 5
vipbetul
Allah gosdermesin cetin xesdelikdi bu xesdelikin mualiceside cetin olur esasende geciksen
31 mart 2015 15:11
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
allah uzaq elesin...meningit den qohunmuz rehmete getdi
31 mart 2015 15:03
# 3
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Meningit elə bir xəstəlikdir ki, müalicə gecikərsə və ya olunmassa çox ağır fəsadları ola bilər, buna görədə vaxtında həkimə müraciət olunmalıdır.
31 mart 2015 13:12
# 2
BARBI
Meningit cox agir xestelikdi mualice olunmassa olumle neticelene biler
31 mart 2015 12:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz