Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bahar infeksiyalarına təslim olmayın
Bahar infeksiyalarına təslim olmayın
Göndərən: zayka15
Şərhlər: 4
Baxılıb: 720
Səs ver:
Günəşin yavaş-yavaş özünü  göstərdiyi bahar aylarında infeksion xəstəlikləri artır. Baharın gəlişi ilə baş qaldıran xəstəliklər müxtəlif problemlərə yol açmaqla insanların özlərini narahat hiss etməsinə yol açır. Gecələrin qısalması və günlərin uzanması, saatların dəyişməsi kimi faktorlar bədənin hormon tarazlığını dəyişdirərək yuxu nizamına təsir edir. Yuxu nizamında baş verən dəyişikliklər isə orqanizmin yetərincə dincəlməməsinə, davamlı yorğunluğa, unutqanlığa və s. səbəb olur. Xüsusilə də ciddi iş rejimində çalışanlar stress, baş ağrısı ilə yanaşı kürək, boyun, çiyin əzələlərində və orqanizmin müxtəlif oynaqlarında ağrılar hiss edirlər.

Mövsüm dəyişikliyi dövründə qidalanma vərdişləri və həyat tərzindəki fərqlər immun sisteminə təsir edir. İstənilən havanın və ətraf mühit şərtlərinin təsiri ilə bəzi parazit və bakteriyaların çoxalması infeksiyaların inkişafına səbəb olur.

Bahar aylarında artan infeksion xəstəlikləri haqqında məlumatları təqdim edirik:

Payızda immun sistemi zəifləyir
Bahar ayları qrip infeksiyaları başda olmaqla bir çox infeksiyaların və allergik xəstəliklərin çoxaldığı dövrdür. Bu dövrdə insanın metabolizmində bəzi mənfi dəyişikliklər baş verir. Bu dəyişikliklər immun sistemini müdafiəsiz qoyur. İsinən hava və ətraf mühit bəzi parazit və bakteriyaların çoxalmasına səbəb olur, həm də infeksiya riskini artırır. İnfeksion xəstəliklərlə yanaşı, havanın isinməsi ilə birlikdə halsızlıq, yorğunluq, oynaq ağrıları kimi şikayətlər özünü göstərir.

Günəşə aldanmayın
Yazda havalar çox dəyişkən olduğu üçün isinib-soyuyan havalar geyim məsələsində problem yaradır, bədən müqavimətinə (dirəncinə) mənfi təsir göstərir. Qış aylarında orqanizm vitamin və müqaviməti artıran maddələri istifadə edir. Odur ki, bədən bahar mövsümünə bir qədər hazırlıqsız girir. Bu, infeksiyalar üçün münbit şərait yaradır. Qışda istilik hasil etməyə proqramlaşdıran bədən metabolizmi yavaşlayır, qidalar toplanaraq orqanizmdə yağ miqdarının artmasına yol açır. Havaların qızması ilə birlikdə metabolizm sürətlənə bilmədiyi üçün bədən kökəlməyə meyilli olur. Bu vəziyyətə qalib gəlmək və metabolizmi sürətləndirmək üçün sağlam qidalanma rejiminə əməl etməli və lazimi vitaminləri qəbul etmək lazımdır. Daha çox su içmək bədəndə maye azlığının qarşısını aldığı üçün bir çox xəstəliklərin qarşısını ala biləcək.

Hormonal dəyişikliklər xəstə edə bilər
Mövsüm keçidi dövrlərində insanlarda bir sıra hormonal dəyişikliklər də müşahidə olunur. Xüsusən böyrəküstü vəzində istehsal olunan bəzi hormonların azalması immun sistemini zəiflədir.

Bahar aylarında gecənin uzanması ilə gündüzün qısalmasının hormon ifrazına təsir göstərdiyi məlumdur. Yuxu zamanı ifraz olunan və hüceyrələri yeniləyən, immun sisteminin tənzimləyici hormonu kimi tanınan melatonin günlər qısaldığı üçün daha az ifraz olunmağa başlayır. Bədəndəki bu hormonal dəyişikliklər infeksiyalara yol açır. Bu mövsümdə yeni sistemə uyğunlaşmaq üçün 6-8 saat yatmaq əhəmiyyətlidir.

Yaşlılar və uşaqlar daha müdafiəsizdir
Mövsüm dəyişikliyində immun sisteminin zəifləməsi və infeksiyalara qarşı bədənin müdafiəsiz qalması xüsusilə yaşlılar, uşaqlar, hamilə və xroniki xəstəliyi olanlar  üçün daha risklidir. Bahar aylarında tənəffüs yolu xəstəlikləri ilə birlikdə allergik xəstəliklər, göz soyuqdəyməsi, sinusit, tonsillit, faringit, laringit, bronxit xəstəlikləri daha çox yayılır. Allergik xəstəliklərlə birlikdə orta qulaq iltihabı da bu mövsümdə tez-tez görülür. Bu cür xəstəliklərin yaz mövsümündə ictimai, o cümlədən avtobus və metro kimi insanların çox olduğu yerlədə yoluxma ehtimalı da çoxdur. Xüsusən kütləvi yaşayış və iş yerləri, uşaq bağçaları kimi yerlərdə allergiyalar kiçik epidemiya halında yayılır.

Hər şeyin çarəsi təzə meyvə və tərəvəzdədir
Bahar mövsümündə temperatur dəyişikliyi çox olduğu üçün hava proqnozunu yaxşı təqib edib ona uyğun olaraq geyinib evdən çıxmaq lazımdır. Havasız və qapalı yerlərdə uzun müddət qalmamaq, öpüşüb-görüşməmək, infeksiyaların çox olduğu ərazilərdə uzun müddət qalmamaq, bol təzə meyvə və tərəvəz istehlak etmək, lazım gəldikdə vitamin qəbul etmək infeksiyalara qarşı görülən tədbirlər arasındadır. Xüsusən də yüksək hərarət iki gündən çox davam edirsə, həkim müayinəsindən keçmək tövsiyə olunur.


Şərhlər: 4
Baxılıb: 720
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
baharda xesdelendikde gec saqalirsan
8 may 2015 15:22
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
bahar infeksiyalari mende yoxdur.
8 may 2015 12:16
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
Men çoxdan teslim olmuşam
8 may 2015 10:34
# 2
SVETA
Fialka
Bir çoxları bahar infeksiyalarından əziyyət çəkir, buna görə daha qısa müddətli çıxıram havaya birdə vitaminlə zəngin olan meyvə və tərəvəzlərdən çox istifadə edirəm, Allah xəstələrə şəfa versin.
8 may 2015 09:38
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz