Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tübaj orqanizmi təmizləyir
Tübaj orqanizmi təmizləyir
Göndərən: Qlamurr
Şərhlər: 13
Baxılıb: 1173
Səs ver:
Tübaj (öd kisəsinin yuyulması) çox effektli və xeyirli müalicəvi və profilaktik üsuldur.

Tübaj həzmi yaxşılaşdırır, öd kisəsində olan durğunluqla mübarizə aparır. Ən əsası isə odur ki, tübaj öd daşlarının əmələ gəlməsinin qarşısını alır.

Tübaj aşağıdakı xəstəliklər və hallar zamanı çox yaxşı nəticə verir:

- xroniki qəbizlik (həddən artıq dolmuş bağırsaq ödün durğunluğuna gətirib çıxarır);

- öd kisəsi hipokineziyası (öd kisəsinin hərəkətliliyinin azalması),

- doğuşdan sonra. Məsələ bundadır ki, hamiləlik zamanı öd kisəsində sıxılma və hamiləlik hormonlarının təsiri nəticəsində durğunluq yaranır və bu da daşların əmələ gəlməsinə səbəb ola bilər.

- öd kisəsi cərrahi yolla xaric olunduqda. Bu zaman öd müntəzəm olaraq xaric olunmalıdır ki, daşlar öd axarlarında əmələ gəlməsin.

- piylənmə və həddən artıq qida qəbul olunduqdan sonra.

Tübajı ev şəraitində etdirmək olar. Lakin yaxşı effekt almaq üçün tübajın necə həyata keçirilməsini, tübaja olan əks göstərişlərini və s. bilmək lazımdır.

İlk növbədə nəzərinizə çatdıraq ki, tübajı etməyə qərar verən insan əmin olmalıdır ki, onun öd kisəsində daşlar yoxdur. Əks halda hətta çox kiçik "lal" daş (ağrı verməyən) tübajın təsiri nəticəsində öz yerini dəyişib öd axarını qapaya bilər. Nəticədə isə təcili cərrahi əməliyyata ehtiyac yaranacaq. Beləliklə, tübajdan əvvəl insan mütləq USM-dən keçməli və həkimlə məsləhətləşməlidir. Kəskin xolesistit, mədə və onikibarmaq bağırsaqları xora xəstəliyi də tübaj üçün əks göstəriş sayılır.

Əgər sizdə yuxarıda sadalanan xəstəliklər yoxdursa tübajdan istifadə edə bilərsiniz. Tübaj bu qayda ilə həyata keçirilir.

1. Axşamdan 500 ml mineral su (Borjomi, Narzan, Smirnovskaya) hazırlayın. Suyu açıq qaba töküb səhərə kimi saxlayın ki, qazlar çıxsın.

2. Tübajı sübh tezdən acqarına etmək lazımdır.

3. Mineral suyu 40-45 C qədər qızdırın.

4. 2-3 qurtum ilıq su içib bel və ya sağ böyür üstə 3-5 dəqiqə ərzində uzanın. Sağ böyürün qabırqaaltı nahiyyəsinə isti su ilə "qrelka" (rezin qovuq) qoyun. "Qrelkanı" dəsmala bükün ki, dərinizdə yanıq əmələ gəlməsin. Sonra ayağa qalxın və ya oturun, yenə 2-3 qurtum su için və uzanın.

Bu qayda ilə təxminən 30 dəqiqə ərzində 0,5 l su için və yenə 15-20 dəqiqə ərzində uzanın.

Tübaj nəticəsində ödün qatılığı azalır, öd kisəsinin hərəkətliliyi artır. Hətta ilk tübajdan sonra ağızda acılıq, gəyirmə, sağ qabırğaaltı nahiyyədə ağırlıq hissi keçir və insan özünü daha yaxşı hiss etməyə başlayır.

10 gündən sonra tübaj təkrar olunmalıdır. İkinci dəfə tübaj zamanı mineral suya həkimin məsləhəti ilə ödqovucu vasitələrdən birini əlavə etmək olar.


Şərhlər: 13
Baxılıb: 1173
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
tubajmi birinci defedi esidirem ...
ehtiyacim yok ama
27 iyun 2015 21:21
# 13
Don't trust anyone ∆
Catwoman666
tubaj adi ile ilk defedir rastlasiram men de. od kisesinin yuyulmasi lazimlidir
27 iyun 2015 21:21
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
lazimli meslehetdi kiminse ehtiyaci olsa demek olar

lazimli meslehetdi kiminse ehtiyaci olsa demek olar
27 iyun 2015 18:45
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
wenikmurik
ilk defedirki ewidirem
27 iyun 2015 15:38
# 10
Bugunume wukr!
rəmsə
Mənə olmaz 125 ,çünki ödümdə xırda lal daşlar varuzulenLal kar qalıblar ödümdə,bunu edərəm sonra lal daşlar dilə gəlib məni əməliyyatlıq edərlər birdən xeste .
27 iyun 2015 15:22
# 9
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
ayka95
ilk defedi ki, esidirem
27 iyun 2015 15:08
# 8
Dosta_inam
Doğrusu ilk defe eşidirem,teşekkür melumat üçün.
27 iyun 2015 14:12
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Mende elmi adla ilk defedir esitdim. Evde steril olmaz hekim muayinesiyle olunsa daha yaxsidir
27 iyun 2015 14:10
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Aydan Habili
Məlumatı ilk dəfədir esidirem
.Təşəkkür
27 iyun 2015 14:01
# 5
yarpaq33
Bu haqda bilmirdim
27 iyun 2015 13:59
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Fialka
Öd kisəsinin yuyulmasını və buna tübaj deyildiyini bilmirdim. Və nələrə xeyirli olmağını da bilmək maraqlı oldu, təşəkkürlər.
27 iyun 2015 13:15
# 3
aziz a
Esitmemisdim..tesekkur.
27 iyun 2015 13:01
# 2
Qelbim doludu !!!!
tatyana
Bu haqda birinci defedir rast gelirem,etmekde asanmis,secilmisde saxliyim lazim olar.
27 iyun 2015 12:40
# 1
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz