Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hipertrixoz - həddən artıq tüklənmə
Hipertrixoz - həddən artıq tüklənmə
Göndərən: Qlamurr
Şərhlər: 7
Baxılıb: 2132
Səs ver:
İnsan bədənində əllərin içi və ayaqların altından başqa bütün dəri örtüyü xırda və yumşaq tüklərlə örtülü olur.

Bu örtük irsi atavizm sayılır. Yetkin insan bədənində 300-500 min tük follikulu var. Bunlardan bəzilərindən sərt və qalın tüklər inkişaf etdiyi halda, bəzilərindən gözlə görünməyən, incə və nazik tüklər əmələ gəlir. Tükləri açıq rəngli olanların dərisində daha çox, tünd rənglilərin dərisində isə daha az tük follikulu var, çünki tünd tüklər digərləri ilə müqayisədə daha sərtdir.

Yetkin insan bədənində tüklərin inkişafı cinsi vəzlərin fəaliyyəti ilə birbaşa əlaqədardır. Tük follikullarının, yəni köklərinin fəaliyyətini kişi cinsi hormonu olan androgenlər təmin edir. Kişi cinsi hormonları tükün başda, üzdə və bədəndə inkişafını sürətləndirir. Qadın hormonları isə onların üzdə və bədəndə inkişafının qarşısını alır. Androgenlər qadınlarda az miqdarda yumurtalıqlarda və böyrəküstü vəzdə sintez edilir.

Hipertrixoz – tüklərin daha az piqmentasiyalı, yumşaq, nazik, zəif olduğu yerlərdə (üz, sinə nahiyəsi, ayaq və qollar) çoxalması, rənginin tündləşməsi və sərtləşməsi ilə xarakterizə olunan haldır. Lakin bu zaman yaş, cinsiyyət və etnik mənsubiyyət nəzərə alınmalıdır. Məsələn, yaşlı qadının üz və ayaqlarında tünd rəngli sərt tüklərin əmələ gəlməsi normal sayılsa da, 10 yaşlı qızda artıq patoloji vəziyyət hesab edilir. Yaxud Aralıq dənizi sahillərində yaşayan qadınların ayaqlarında tükün çox olması normal olduğu halda, Asiya qadınları üçün bu hal xarakterik deyil.

Hipertrixozun bir neçə növü var.

Heterogeniya zamanı qadınlarda və qızlarda qasıq nahiyəsində kişi tipli tüklənmə, saqqal və bığ inkişaf edir. Normal halda qasıq nahiyəsində tüklər kişilərdə romb şəklində, qadınlarda isə zirvəsi aşağı olan üçbucaq şəklində inkişaf edir. Heterogenik tüklənmə hormonal balansın ciddi dəyişikliyə məruz qaldığı cinsi yetişkənlik, hamiləlik və ya klimaks, yumurtalıqların polikistozu və qanda prolaktin hormonunun artıqlığı kimi hallarda baş verir. Normadan çox sintez edilən androgenlərin yatan tük follikularını qıcıqlandırması və onların fəaliyyətini artırması özünü tükün normada az və nazik olan yerlərdə çoxalması və sərtləşməsi ilə göstərir. Bəzən tük follikullarının androgenlərə qarşı həssaslığının artması nəticəsində az miqdarda olan kişi hormonları da tüklənməyə səbəb ola bilir. Androgenlərlə əlaqədar inkişaf edən tüklənməyə hirsutizm deyilir.

Heteroxroniya zamanı uşaq yaşlarında qasıq nahiyəsində tüklənmə, bığ, saqqal kimi ikincili cinsi əlamətlər inkişaf edir. Onu yumurtalıqlar, xayalar, böyrəküstü vəz, qalxanabənzər vəz, hipofiz kimi daxili sekresiya vəzlərinin anomal inkişafı nəticəsində müşahidə etmək olar.

Heterotipiya tük inkişafının bel və kürək kimi qeyri-adi yerlərdə artması ilə xarakterizə edilir və belə tüklənmə hissəvi və ya bütün bədənə yayılmış şəkildə ola bilər.
Hipertrixozun səbəbləri olduqca müxtəlifdir.

Anadangəlmə yumşaq tüklü hipertrixoz zamanı rüşeym tükləri tökülmür, uzanaraq 10 sm və daha böyük ölçüyə çatır və hər hansı bir genetik sindromun əlaməti olaraq üzə çıxır.

Qazanılmış yumşaq tüklü hipertrixoz zamanı isə tüklərə başlanğıc verən tük follikullarından rüşeym tükləri əmələ gəlməyə başlaması bədxassəli prosesin xəbərçisi ola bilir və həmin xəstələrin 98 faizində bədxassəli şişlərə rast gəlinir. Bəzən həmin tipli tüklənmə şiş xəstəliyindən bir neçə il əvvəl müşahidə oluna bilər.

Dərman hipertrixozu kortikosteroid, siklosporin, streptomisin, pensillamin kimi bəzi preparatların qəbulundan sonra yaranır.

Simptomatik hipertrixoza porfiriya, bulloz epidermoliz, kəllə-beyin travmaları, fetal alkoqol sindromu, dermatomiozit, üzülmə və psixi anoreksiya zamanı rast gəlinir.

Tarvmatik hipertrixoz travma, çapıq, dərinin daim qıcıqlanan və təraş olunan nahiyələrində müşahidə oluna bilər.

Bəzən qadınların tüklərlə mübarizə üçün mütəmadi istifadə elədikləri bəzi vasitələr  – krem-depilyator, sap, mum və təraş müəyyən nahiyələrdə tüklərin daha çox sərtləşməsinə və çoxalmasına səbəb olaraq tüklənməni artıra bilər.

Hipertrixozun müalicəsi əsasən tüklənməyə səbəb olan amilin aşkar olunaraq aradan qaldırılmasına yönəlməlidir. Qanda hormonların səviyyəsi yoxlanmalı, daxili orqanlar müayinə edilməlidir. Müalicədə  ən çox istifadə edilən tərkibində qadın cinsi hormonları, yəni estrogenlər olan preparatlardır. Həmin  preparatlardakı estrogenlər qaraciyərdə androgenlərlə birləşərək onların təsirini azaldır.

İstifadə olunan bəzi hormonal preparatlar tüklənməyə səbəb olursa, həmin preparatları onların başqa analoqu ilə əvəz etmək lazımdır. Bəzən preparatı kəsmək və ya dəyişmək mümkün olmur ki, bu zaman epilyasiya kimi simptomatik üsullar tətbiq edilir.

RESEPTLƏR
Qadınlarda qanda androgenlərin miqdarını azaldan və estrogenləri artıran dəmləmələr:

- 2 xörək qaşığı quru nanə 200 ml qaynar suda dəmlənərək gündə 2-3 dəfə acqarına içilir. Təzə nanə yeyilməsi də məsləhətdir.

- 2 xörək qaşığı quru və ya təzə gicitkən yarpaqları 1 stəkan qaynar suda dəmlənir, gündə 3 dəfə daxilə qəbul edilir.

- 1 xörək qaşığı adaçayı yarpaqları 1 stəkan suda dəmlənib içilir.

Qanda prolaktin hormonunu azaldan vasitələr:
- Gündə 3 dəfə 2 kapsul Nat-Ərküdə kapsulu qəbul edilir.

- 1 xörək qaşığı ərküdə meyvəsi 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənir, gündə 3 dəfə, hər dəfə 1 stəkan qəbul edilir.

Ev şəraitində tüklərdən azad olmağın yolları:
- Yetişməmiş bir neçə qoz ortadan kəsilərək problemli nahiyələrə sürtülür. Proseduru bir neçə dəfə təkrarlamaqla yaxşı nəticə almaq olar.

- 150 qram dəlibəng kökləri üzərinə 1 litr su əlavə edilir, emallı qabda 15-20 dəqiqə qaynadılır, soyudulur və süzülür. Alınan tünd dəmləmə ehtiyatla problemli nahiyələrə çəkilir.

- 50 qram barium-sulfat, hərəsindən 20 qram sink oksidi və nişasta qarışdırılır, alınan qarışığa bir qədər su əlavə edib qatı kütlə hazırlanır. Problemli nahiyəyə çəkilir, 4 dəqiqədən 10 dəqiqəyə qədər saxlanır və yuyulur.

- Yarım limonun suyu sıxılır, üzərinə 1 stəkan su və 3 xörək qaşığı şəkər tozu əlavə edilir, zəif ocaqda qatılaşana qədər qaynadılır. Bir qədər soyuduqdan sonra alınan kütlə problemli nahiyəyə çəkilir və sürətlə qoparılır. Bu prosedur vasitəsilə tüklərdən 3-4 həftə müddətində azad olmaq mümkündür.


Şərhlər: 7
Baxılıb: 2132
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
En nifret etdiyim seydi xosagelmez tukler esasende qadinlarda, xesteliyi olanlari qinamiram ama xesteliyi olmayanlar niye ozlerine fikir vermirler goren yoxsa xoslarinami gelir? artiq tuklenme kimi prablemim yoxdu bu cur hallar qadinlarda cox vaxt lazer epilyasindan sonra emele gelir 1 defe eletdirirler yarimciq qoyurlar deyirler kecdi 1 defeyle yarimciq qalanda tuklenme evvelkinden daha cox olur ve xesteliye cevrilir ona gore de en cox lazer epilyasiyasina gederken diqqetli olmaq lazimdir eyer sona qeder eletdireceksinizse gedin.
24 avqust 2015 23:24
# 7
Ela
Allah heckıme gıstermesın
6 avqust 2015 11:50
# 6
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
Narın Yağış
Hal-hazırda çox yayılmış xəstəliklərdəndir... Allah köməy olsun..

Bunun üçün xüsusi qadın çayı var 100 faiz yox edir..
5 avqust 2015 20:08
# 5
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Catwoman666
Çox pis xəstəlikdir girl_impossible Allah şəfa vversin xəstələrə.

...666...
5 avqust 2015 19:21
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
Bezı ınsanlarda var ele problemler
5 avqust 2015 14:19
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ALESSANDRA
Allah uzaq etsin...
xesdelerede sefa versin
Amin
5 avqust 2015 11:41
# 2
Don't trust anyone ∆
BARBI
Hal hazirda cox yayilmis problemlerdendir. Tuklenme problemi hormonal pozgunlugu olan insanlarda bas verir
5 avqust 2015 08:45
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz