Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İlk yardım göstərdikdə bu səhvlərə yol verməyin!
İlk yardım göstərdikdə bu səhvlərə yol verməyin!
Göndərən: Sabrina
Şərhlər: 11
Baxılıb: 1097
Səs ver:
Hər bir insan üçün ilk tibbi yardım göstərilməsinin əsas qaydalarını bilmək çox vacibdir.

Həkimlər gələnə qədər düzgün göstərilmiş ilk tibbi yardım bir çox hallarda zərərçəkənin  sağlamlığını və hətta həyatını xilas etməyə kömək edir. Lakin bəzən kömək etmək istəyən insanlar yalnış hərəkətləri ilə zərər çəkmiş insana ziyan vura bilər.

Bu səhvlərə yol verməyin:

1. Yol qəzası zamanı ilk növbədə "təcili tibbi yardım" çağırın, avtomobilin akkumulyatorunu söndürün. Əgər zərər çəkmiş insanda qanaxma varsa, onu dayandırmağa çalışın, onunla danışın. Zərərçəkəni avtomobildən çıxartmaq, dartmaq olmaz. Bununla siz bir çox hallarda nəinki kömək edə bilməyəcəksiniz, əksinə insana zərər verə bilərsiniz.

2. Əgər bayılma, epilepsiya tutması və s. zamanı insanın dili nəfəs yolunu tutarsa, dili zorla çıxartmaq, dartmaq, tutmaq olmaz. İnsanı sadəcə böyürü üstə qoyun və nəfəs yolu açılacaq.

3. Yanıq zamanı yanmış sahəni ilk növbədə soyuq suyun altında 15 dəqiqə ərzində saxlamaq lazımdır ki, istilik daha dərin getməsin. Yalnız bundan sonra yanmış sahəyə xüsusi krem (məsələn, "pantenol", "spasatel" və s.) çəkmək olar.

4. Əgər insanın hərarəti yüksəkdirsə, onu isti bürümək olmaz. Bu hərarətin daha da artmasına səbəb olacaq. Əksinə belə şərait yaratmaq lazımdır ki, artıq istilik ətraf mühitə çıxsın - ilıq vanna, açıq nəfəslik, yüngül paltar və yüngül ədyal.

5. Zəhərlənmə zamanı mədənin yuyulması tətbiq olunur. Bu halda 3-5 stəkan adi ilıq su istifadə edin. Marqan ("marqansovka") məhlulu bunun üçün istifadə etməyin. Marqan suda pis həll olunduqda onun kristalları mədəyə düşə bilər ki, nəticədə mədənin selikli qişasına ciddi ziyan dəyə bilər.

İnsan benzinlə, turşu və ya qələvi ilə zəhərlənmiş olarsa, heç bir halda qusma refleksi yaratmaq olmaz! Yenidən yemək borusuna qaytarılmış qusuntu kütlələri onu təkrarən yandıra bilərlər!

1 yaşına qədər olan uşaqlarda isə ümumiyyətlə, heç bir halda qusma refleksi yaratmaq olmaz – bu zaman onlar boğula bilərlər!

6. İnsanın boğazında qida qalıbsa, onun belinə vurmayın. İnsan 3-4 dəfə dərin nəfəs almalı və 3-4 dəfə tez nəfəs verməlidir - ilişmiş tikə özü-özündən düşəcək.

7. Açıq yaralara spirt, "zelyonka", yod və s. vasitələri sürtmək olmaz. Yaranı 3%-li hidrogen peroksid məhlulu ilə yumaq (olmadıqda qaynanmış və ya təmiz içməli su ilə), sonra isə ətrafına yod və ya "zelyonka” çəkərək yaraya təzyiqedici (sıxıcı) sarıq qoymaq lazımdır.

8. Ürək tutması zamanı insanın belini ovxalamaq, insanı tərpətmək və s. olmaz. Xəstəni  uzandırın, dilin altına nitroqliserin həbi qoyun, çeynəmək üçün aspirin verin və dərhal "təcili yardım" çağırın. Təcili yardım çağırdıqda vurğulayın ki, bu ürək tutmasıdır.


Şərhlər: 11
Baxılıb: 1097
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Zeynep_Fatih
faydali xeberdi
7 may 2015 23:17
# 11
emis
bu cur seylerden qorxuram.ele qorxuram deye cox basima gelib bir cox melumatimda var.atamin agrimasi urek tutumasi atam menim qollarimda ozunden getdi donmusdum heqiqeten.ama sukur ki bu gun ki gunu atam heyatdadi Allahim birde o gunler yasatmasin bize ltfen
7 may 2015 21:20
# 10
tatyana
yazilmisin hamisini artiqlamasiyla bilirem,heyat tecrubemdendi,heyatda hamisi yasamis oldugum,sahidi,istirakcisi oldugum hadiselerdi
7 may 2015 17:12
# 9
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
SEVGI DENIZIM
pesem oldugu ucun yaxsi bilirem twk
7 may 2015 16:46
# 8
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
vipbetul
lazimli faydali melumatlardi
7 may 2015 16:01
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Xeberim var yene de tesekkurler
7 may 2015 15:55
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
ILAHE_
Bezilerini bilirdim. Tewekkurler.
7 may 2015 15:48
# 5
Fialka
Faydalı məlumatlardı bəziləri bilirdim bəzi düz bildiklərim yanlışıymış məsələn çoxları boğazda nəsə qalanda belə vururlar daha sonra bayılma zamanı çoxları dili tutur bunlar hamsı yanlış tətbiq üdulları imiş təşəkkür.
7 may 2015 15:47
# 4
Nur k-off
hamsindan xeberdar idim
7 may 2015 14:12
# 3
SVETA
BARBI
Bele veziyetlerde en esasi soyuqqanli olmaqdir yoxsa hec bir komek gostermek olmaz
7 may 2015 14:08
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
men ozumu itirmirem bele olanda
7 may 2015 14:04
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz