Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda uşaqlar arasında yayılan onkoloji xəstəliklər - Siyahı
Azərbaycanda uşaqlar arasında yayılan onkoloji xəstəliklər - Siyahı
Göndərən: Qlamurr
Şərhlər: 9
Baxılıb: 969
Səs ver:
Hazırda Azərbaycanda 338 uşaq onkoloji xəstəlikdən əziyyət çəkir. Təkcə 2014-cü ildə 109 uşaq onkoloji xəstə kimi qeydiyyata götürülüb".

Bu barədə trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib.

Onun sözlərinə görə, uşaqlarda onkoloji xəstəliklər tam sağalmaya meylli olur. Ancaq bunun üçün əsas məsələ xəstəliyin vaxtında aşkarlanmasıdır.

Buna görə də əsas işin sahə pediatrlarının üzərinə düşdüyünü deyən baş onkoloq qeyd edib ki, onlar uşaqlarda hər hansı şübhəli əlamətlər gördükdə daha geniş müayinələr aparmalı və xəstələri müvafiq ixtisas həkimlərinə yönəltməlidirlər.

Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasının şöbə müdiri Leyla Xələfova isə bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaqlar arasında ən çox rast gəlinən onkoloji xəstəlik leykozlardır. Uşaqlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərin sırasında ikinci yeri beyin şişləri, üçüncü yeri limfomalar (limfatik vəz sisteminin zədələnməsi nəticəsində əmələ gələn xəstəlik), dördüncü yeri sümük şişləri, beşinci yeri yumşaq toxuma sarkomaları tutur. Bu ardıcıllığa əsasən, adları çəkilən xəstəliklərdən sonra uşaqlarda ən çox müşahidə edilən onkoloji xəstəliklər nefroblastoma (böyrək şişləri) və neyroblastomalardır (simpatik qanqliyalardan çıxan şişlər) ki, onların da rast gəlmə tezliyi eynidir. Uşaqlarda nadir şişlərə - dəri şişləri, gözdaxili şişlərə (retinoblastoma) də rast gəlinir.

L.Xələfova deyib ki, uşaqlarda yaranan onkoloji xəstəliklərlə onların yaşları arasında da müəyyən əlaqə özünü göstərir.

Onun sözlərinə görə, uşaqlarda nefroblastoma və neyroblastomalar daha çox 6 yaşına, göz xəstəliyi 1 yaşına kimi, sümük şişləri 12-14 yaşa, limfomalar 6-8 yaşa, beyin şişləri isə 7-9 yaşa kimi özünü büruzə verir.

L.Xələfova qeyd edib ki, uşaqlarla bağlı klinikaya əsasən ağırlaşmış vəziyyətdə - şişlər yayıldıqdan sonra müraciət edirlər: "Problem ondadır ki, uşaqlarda şişlər müxtəlif "maskalar” altında olur. Ona görə də pediatrlar çox zaman bunları başa düşə bilmirlər, simptomları ümumi simptomlar kimi qiymətləndirirlər. Məsələn, uşağın qarnında ağrı, köp, şişkinlik olur, ishal baş verir. Ancaq heç düşünmürlər ki, bu, onkoloji problemlə də bağlı ola bilər. Hər bir onkoloji xəstəliyin öz simptomları olur. Ona görə də pediatrlar diqqətlərini həmin simptomlara cəlb etməli, simptomları gördükdə düşünməlidirlər ki, bu uşaqda onkoloji xəstəlik ola bilər”.

Həkim deyib ki, son vaxtlar bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstəliklər yayıldığından sahə pediatrları daha diqqətli olmalıdırlar: "Hər şeyin başında stress amili dayanır. Normal qidalana bilməmək, yaşayış səviyyəsinin aşağı olması, ailələrin düzgün qurulmaması da bu məsələdə rol oynaya bilər. Anaların çoxu onlarda qan azlığı, sinir sistemi pozğunluğunun olduğunu deyir. Çox vaxt qadınlar dərman müalicəsi ilə hamilə qalırlar, hamiləliyin normal keçdiyini görmək bu halda çox çətindir. Buna görə də problemlər artıq oradan başlayır”.

L.Xələfova deyib ki, uşaqlarda 70-80 faiz halda şişlər anadangəlmə olur: "Məsələn, nefroblastoma və neyroblastomaların təməli artıq ana bəntində qoyulur. Biz çox zaman valideynlərdən soruşuruq ki, sizdə ana, yaxud ata tərəfdə genetik xəstəliklər var? Deyirlər ki, bəli. Elə düşünürəm ki, hamiləliklər dövründə keçirilən müxtəlif xəstəliklər - anemiya, yaxud cürbəcür infeksiyalar, eləcə də stress özü buna səbəb olur”.

Onun sözlərinə görə, retinoblastoma da uşaqlarda ana bətnində olur. Uşaq yeni doğularkən onun gözləri parıldamağa başlayır ki, bu da retinoblastomanin birinci simptomudur.


Şərhlər: 9
Baxılıb: 969
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli melumatdi Allah qorusun
26 iyul 2015 15:53
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
VIP
Allah bütün körpələrə kömək olsun Allah özü körpələrimizi qorusunn
26 iyul 2015 00:50
# 8
Başımın üstündə Allah,yanımda ailəm olsun.
qanadli melek
Allah komek olsun hamisina
25 iyul 2015 14:45
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Onkoloji xəstəliklər çox ağır, müalicəsidə bir o qədər ağrılı , ağır prossesdir. Savadlı onkoloqların sayəsində yeni yaranan şişləri sağaltmaq mümkündür ancaq bu xaricdə daha effektlidir..Allah hər bir xəstəyə kömək olsun heç kəsə yaşatmasın ağrı acı..
25 iyul 2015 14:30
# 6
snok
Allah uzaq elesin
25 iyul 2015 13:54
# 5
Her zaman dua edek ki,Allah bizi esitsin.
Menim balam
Allah heç kime göstermesın , oğlumun 1 yaşi var idi, ağlayanda qaralıb özünden gedırdı. Bu hadıse bır neçe ay oldu başi Mrt eledırdik başinda su yığıntısı çıxdı, şiş kimi idi. onu 1 il 9 ay müalice eledik şükür Allaha sağaldı. Şiş ne mikrıbdan nede ki soyuqlamadan emele gelir. Üstüne vaxtında düşende ötür keçir. Gerek yaxşi savadlı hekime müraciet edesen ki, gelecekde daha da ağır fesad yaratmasın. Bacım 23 yaşinda döşünden mastit deyiler ona qarşi müalice aldı indı şükür Allaha sağalıb. Ama qohumuzda 2 qadın bed xestelikden eziyyet çekır, bırı dünyası deyişdı . Allah uzaq elesın bu beladan her kesı.
25 iyul 2015 13:12
# 4
Dosta_inam
Allah korpelerimizi qorusun, her hansi bir xestelikden eziyyet cekenlere Allah sefa versin, Amin Insaallah.
25 iyul 2015 13:02
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Allah balalarimizi qorusun. Usaqlari en azi 6 ayda bir hekime aparmaq mutleqdir. Hal hazirda usaqlarda bu xestelikler cox yayliib. Evvelceden diaqnoz qoyulsa mualicesi asanlasir
25 iyul 2015 12:36
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Gul_Konul
ALLAH qorusun..
25 iyul 2015 12:34
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz