Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
AZƏRBAYCANIN HEPATİT BƏLASI!
AZƏRBAYCANIN HEPATİT BƏLASI!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4189
Səs ver:
alt

Dünya Sakit: "İnsanlar özləri belə bəzən bu xəstəliyə yoluxduqlarını anlamırlar"

Bu gün Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi ilə «Ekspert» İqtisad Jurnalının birgə dəyirmi masası keçirildi. Tədbirin əsas mövzusu "Viruslu hepatitlərlə mübarizədə dünya təcrübəsi" idi.

Tədbiri giriş sözü ilə açan Zülfiyə Mustafayeva bütün dünya əhalisinin  hazırda hepatit vuruslarından əziyyət çəkdiyini bildirdi: «Azərbaycanda da bu sahədə  çox ciddi görülməli işlər  var. Biz də Hüquqi İnkişaf və Demokratiya  İctimai Birliyi və «Ekspert» iqtisad jurnalı  Açıq Cəmiyyt  İnstitutu Yardım Fondunun maliyyələşdirdiyi  «Azərbaycanda  virus hepatitlərinin aşkarlanması, diaqnostikası, profilaktikası və peyvəndi sahəsində  mövcud vəziyyətin qiymətləndirilməsi, bu sahədə dövlət siyasətinin  araşdırılması, təkliflərin  və siyasət sənədinin hazıvrlanması» adlı tədqiqat layihəsini həyata keçiririk. Layihənin məqsədi  Azərbaycanda virus hepatitləri ilə bağlı müayinə, diaqnostika və müalicə işlərinin  yaxşılaşdırılması və bu sahədə  dövlət siyasətinin  gücləndirilməsinə  ictimai dəstək göstərməkdir».

Zülfiyə xanım bundan sonra sözü «Ekspert» jurnalının redaktoru  Dünya Sakitə verdi. O da  layihə çərçivəsində Azərbaycanda  hepatitlərə yoluxma, aşkarlanma, diaqnostika və müailicə sahəsində  mövcud vəziyyəti öyrənmək üçün mütəxəssislərlə, bu qorxulu viruslara yoluxmuş şəxslərlə, yoluxma riski yüksək olan qrupların  nümayəndələriylə, bir sıra  özəl klinikaların  məsul şəxsləri ilə  görüşlər keçirildiyini və müvafiq qanunverici bazanın analiz edildiyini bildirdi. Layihənin bundan sonrakı hissəsində  araşdırmaların davam etdiyini, buna müvafiq dünya təcrübəsinin  öyrənildiyini  vurğuladı: «Dünya təcrübəsini öyrənərkən bir çox üsullardan istifadə etdik. Məlum oldu ki, hazırda AİDS-dən daha sürətlə yayılan bu xəstəlik bütün dünya ölkələrini narahat edir. Mövcud statistika  virus hepatitləri ilə  dünya əhalisinin 10 faizinin əziyyət çəkdiyini gösmtərir. Ekspertlər bu rəqəmin yaxın günlərdə daha yüksək olacağını hesab edir».

Dünya Sakit bundan sonra bu xəstəliyin dünyada yayılma statistikasını çatdırdı. Məlum oldu ki, keçmiş postsovet ölkələrində bu göstərici daha yüksəkdir: «Tibbin günü-gündən inkişaf etiməsinə  və geniş diaqnostika səviyyəsinə baxmayaraq statistika yenə də real vəziyyəti əks etdirmir. Bunun ən böyük səbəbi məlumatsızlıqdır. Belə ki, insanlar özləri bəzən bu xəstəliyə yoluxduğunu bilmirlər. Yüksək risqli əhali qrupu və həmçinin  geniş əhali arasında  maarifləndirmə və profilaktika işləri, həm də dövlət siyasəti  çərçivəsində görülən işlər  hələ də lazımi səviyyədə deyil».

Dünya xanım hepatit xəstəliyin iki mühüm fəsadı olduğunu bildirdi: «Birincisi xərçəng, ikincisi isə «qaraciyər serrozu»dur. Birinci halda bu xəstəliyi müalicə etmək hələ ki, mümkün olmasa da, ikinci halda qaraciyərin transplatasiyası sağalma üçün mühüm rol oynayır. Ancaq bu çox bahalı əməliyyatdı və hər kəsin imkanı çatmır. Ona görə də, profilaktik tədirlər aparmaq lazımdır ki, trasplatasiya mərhələsinə çatmasın. Ümumdünya SəhiyyəTəşkilatı bununla əlaqədar olaraq 2000-ci ildə bütün donor qanların hepati yoxlanılması haqqında təklif irəli sürüb».

Dünya Sakit Hepatit C-dən fərqli olaraq Hepatit B-yə qarşı peyvənd olduğunu bildirdi: «ÜST-ün təklifi ilə artıq bütün yeni doğulmuş körpələrə 12 saat müddətində bu peyvənd vurulur».

O, digər dövlətlərdən, o cümlədən Rusiyadan, Belorusiyada insanların dövlət hesabına müalicə olunduğunu dedi: «Xüsusilə Qazaxıstanda risq  qrupları başda olmaqla bütün əhali kütləvi şəkildə pulsuz peyvənd edilir. Hələlik Azərbaycanda hepatit xəstələrinin müalicəsi dövlət təminatına götürülməyib. Mən bu yöndə nə kimi tədbirlər keçirməyin mümkünlüyün yoxlamaq üçün bir çox əlaqədar qurumlara müraciət etdim. Lakin səhiyyə təşkilatları peyvəndin çox baha olduğunu bəhanə gətirərək, kütləvi tədbirlərin mümkünsüzlüyünü bildirdilər. Halbuki, özüm ən bahalı klinikadan bu peyvəndin qiymətini maraqlandıqda 30 manat olduğunu bildirdilər. Zənnimcə, bu elə də böyük məbləğ deyil».

Ekspert xəstəxanalarda interferon, revavarin və sair bu tip dərmanlarla deyil, keçmiş sovet dərmanları ilə müalicə etdiklərini də bildirdi: «Bu, çox təəssüfləndirici haldır».



Dünya xanım müalicənin bütün dünyada və Azərbaycanda qiymətlərinə də toxundu: «Ən aşağı məbləğ 6 aya 6 min manat nəzərdə tutulur. Qonşu dövlətlər arasında ən ucuz qiymət isə İrandadır. Çünki əksər dərmanları  öz ölkəsində istehsal edir. Və xüsusilə qeyd edim ki, çox kefiyyətli də dərmanlardır. Həmçinin onu da bildirim ki, bu qorxulu viruslara yoluxmuş şəxslərlə görüşümdə də onların əksəriyyəti dərmanı məhz İranda aldıqlarını bildirdilər».

O, bu sahədə mütəxəssis üçün bir neçə quruma müraciət etdiyini və hər yerdən yalnız bir həkimin – Murad Məmmədovun adının çəkildiyini  bildirdi: «Şəxsən mənim öz qohumum burda adını hepatoloq qoyan həkimdən 30 min məbləğində müalicə alıb, sonra Murad həkimə müraciət etdikdən isə məlum olub ki, heç belə dərmanlara ehtiyac yox imiş. Qohumum ona inanmayıb, xarici ölkəyə gedib. Orada da eyni sözü deyiblər. Əlbəttə, təəssüfləndirici haldır ki, 8 milyonluq xalqa cəmi bir layiqli, bilikli mütəxəssis tapılsın. Bu çox ciddi problemdir».

O, çıxışının sonunda 2011-ci il aprel ayında Milli Məclis tərəfindən  qəbul edilən «İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (HİV infeksiyasının) yayılmasının qarşısının alınması haqqında» qanun layihəsinin təqdirəlayiq hal olduğunu bildirdi.


Emilya



Şərhlər:
Baxılıb: 4189
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz