Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xora xəstəliyinin simptomları
Xora xəstəliyinin simptomları
Göndərən: Antikvar
Şərhlər: 7
Baxılıb: 1686
Səs ver:
Hal hazırda mədə və on iki barmaq bağırsağı xoraları çox yayılmış patologiya sayılır.

Bu xəstəlik zamanı mədə və ya (və) on iki barmaq bağırsağı divarında yaralar (xoralar) əmələ gəlir.

Xəstəliyin əsas simptomu davamlı ağrılardır. Xəstə onları uzun müddət ərzində (hətta bir neçə ay ərzində) hiss edə bilər. Ağrı döş sümüyü ilə qöbək arasında olan nahiyədə hiss olunur. Ağrılar xəstənin dözümündən və xoranın dərinliyindən asılı olaraq müxtəlif intensivliyində olur. Ağrı sızıldayan xarakter daşıyır və qida qəbulu ilə bağlı olur. Belə ki, mədə xorası zamanı ağrılar qida qəbulundan sonra əmələ gəlir, acqarına isə ağrılar sakitləşir. On iki barmaq bağırsağı xorası zamanı isə ağrılar əksinə acqarına və gecə saatlarında əmələ gəlir və qida qəbulundan sonra azalır və ya keçir, 2-3 saatdan sonra isə yenidən əmələ gəlir.

Mədə xorası zamanı ağrılarla yanaşı xəstədə qıcqırma, qusma kimi simptomlar ola bilər. Qusmadan sonra xəstənin vəziyyəti yüngülləşir.

Xora xəstəliyi olan insanlar adətən əsəbi, gərgin olur.

On iki barmaq bağırsağı xorası zamanı südün və ya hər hansı duru qidanın (sıyıq, kisel və s.) qəbulu ağrını çox tez aradan qaldırır. Bir çox xəstələrdə sodanın qəbulu ağrıları yox edir. Buna "soda sınağı" deyilir. Bıçağın ucunda soda götürülür, 1/2 stəkan qaynanmış suda həll olunur və xəstəyə verilir. Əgər bundan sonra ağrılar yox olursa, bu o deməkdir ki, bu xəstədə, çox güman ki, məhz xora xəstəliyi var.

Bir çox hallarda xora xəstəliyi yaz və payız aylarında kəskinləşir. Kəskinləşməyə bu kimi amillər təkan verə bilər: bir gün əvvəl duzlu, acı, qızarmış, çox yağlı qidaların qəbulu, havanın kəskin dəyişilməsi, stress, güclü emosiyalar (hətta yaxşı emosialar) və s.

Bəzi dərmanların (prednizalon və onun analoqları, ağrısızlaşdıran preparatlar, aspirin və s.) uzun müddət ərzində qəbulu ağrıların əmələ gəlməsinə təkan verə bilər.

Çox nadir hallarda olsa da xora xəstəliyi simptomsuz da keçə bilər.

Xora xəstəliyi mütləq müalicə olunmalıdır. Əks halda xəstəlik çox ciddi ağırlaşmalar verə bilər: xora yerində mədənin divarı deşilə bilər, qanaxma inkişaf edə bilər.

Ən təhlükəli ağrılaşma isə xərçəng xəstəliyidir.

Xora xəstəliyinin xərçəngə çevrilməsini bu kimi simptomlardan şübhələnmək olur:

- ağrıların qida qəbulu ilə əlaqəsinin pozulması,

- qidaya (xüsusilə ət qidalarına) nifrət hissin yaranması,

- səbəbsiz halsızlıq,

- hərarətin səbəbsiz olaraq cüzi yüksəlməsi və s.


Şərhlər: 7
Baxılıb: 1686
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
cinqosh
Məndə çox tez tez şiddətli mədə ağrıları olurdu, ürəyim bulanırdı, mədəm qıcqırırdı.yediyim heç nə həzmə getmirdi.yeək yeməkdən qorxurdum lap. xora xəstəliyindən şübhələnirdi həkimlər.Ama əlhəmdülillah heç nə çıxmadı.analizlərdən sonra bilindi ki, mədəmdə sadəcə turşuluq çoxdu.bir az müalicə aldım keçdi getdi.xəbərə görə təşəkkürlər.
5 may 2015 16:48
# 7
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
emis
ciddi xestelikdi xerceng xesteliyde yara bilermis..Allah uzaq elesin,bu kimi xesteler daimi ozlerini qorumalidrlar 3 gunluk hayat deyib kecmemelidirler vaxt itirmeden hekime getmeldirler.esasende pehriz saxlamaq mecbrudu.niye yaz payiz aylarinda agri pislesir onu anlamadim teki uzaq olsun hamidan .tesekkurler
5 may 2015 15:14
# 6
yarpaq33
Kim eziyyet cekirse Allah sefa versin
5 may 2015 14:05
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
cox aqrili xestelikdi gerek daima pehriz saxlayasan

cox aqrili xestelikdi gerek daima pehriz saxlayasan
5 may 2015 13:49
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nur k-off
Allah uzaq etsin
5 may 2015 13:37
# 3
SVETA
BARBI
Bu ciddi bir problemdir mutleq hekime muraciet etmek lazimdir. Helelik mede ve bagirsaqda bir problemim olmayib
5 may 2015 12:35
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Allah heç kəsə göstərməsin bu xəstəlik olan kəslər vəziyyət ağırlaşmadan həkimə getsələr sağalma ehtimalıda çox olar, həmdə gərək xüsusi pəhrizdə olsunlar, əziyyət çəkənlərə Allah şəfa versin.
5 may 2015 12:34
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz