loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tualet yoxsa mobil telefon. Hansında mikrob daha çoxdur?
Tualet yoxsa mobil telefon. Hansında mikrob daha çoxdur?
Göndərən: Miss_Oxatan
Şərhlər: 20
Baxılıb: 1295
Səs ver:
Yəqin ki, başlığı oxuyub təəcüblənəcəksiniz. Yazını sona qədər oxusanız təəcübünüz bir az da artacaq. Bəlkə heç ağlınıza gəlməyib ki, hər dəqiqə ünsiyyətdə olduğunuz, həyatınızı onsuz təsəvvür etmədiyiniz telefonda mikrobların sayı tualetdə olan mikrobların sayından qat-qat çoxdur.

Mütəxəssislərin tədqiqatları nəticəsində məlum olub ki, mobil telefonların üz səthində olan mikrobların sayı ayaqyolunda istifadə olunan unitazların oturacaqlarında olan mikrobların sayından 5 dəfə çoxdur.

Məlum məsələdir ki, tualetlər hər istifadədən sonra yuyulur, müntəzəm olaraq dezinfeksiya aparılır və bununla da xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya mənbəyi məhv edilir.

Bəs telefonlarda necə? Ən yaxşı halda telefonun üz səthini yalnız barmaq ləkələrindən təmizləmək naminə quru dəsmaldan istifadə olunur. Beləliklə də, telefonun korpusunda mikroblar üçün həmişə münbit şərait hökm sürür.

Belə ki, araşdırmalar zamanı telefonun səthində herpes, kandidoz, ekzema və digər xoşagəlməz xəstəliklərin fəal "yaradıcıları" aşkar edilib.

Hətta insanların sevimli əşyası olan mobil telefonlarda qızılı stafilokokk bakteriyası da aşkarlanıb. Qızılı stafilakokk orqanizmdə gizlənərək əlverişli şəraiti - immun sisteminin zəifləməsini gözləyir. Bu zaman o həyat üçün təhlükəli ağciyər sətəlcəmi, endokardit, toksiki şok sindromu və sepsis kimi hallara səbəb ola bilir. Xüsusən də bu bakteriyalar antibiotiklərə qarşı güclü müqavimət əldə etdikdən sonra daha təhlükəli olurlar.

Mobil telefonlarda yaşayan çoxsaylı mikrob və bakteriyalarla bağlı mütəxəssislər qeyd ediblər ki, insan telefonla o qədər sıx ünsiyyətdədir ki, həmin mikroorqanizmlər demək olar ki, elə insanın dərisində yaşayırlar.

Telefonlarda mikroorqanizmlərin inkişafının qarşısını almaq üçün mütəxəssislər məsləhət görürlər ki, ən azı həftədə bir neçə dəfə, daha yaxşı olar ki, hər gün telefonlar xüsusi salfetlərlə, dezinfeksiya vasitələri təmizlənməlidir. Əgər siz də, sevimli telefonunuzdan sevdiklərinizin səsini sağlam ruhla eşitmək istəyirsinizsə, vaxtlı-vaxtında profilaktik tədbirlər həyata keçirməklə özünüzü bu mikrob mənbəyindən sığortalayın.

Şərhlər: 20
Baxılıb: 1295
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Miss_Oxatan
xeberi redakt edene tewekkurler.umumiyetle el atda olan butun ewyalarimizi dezinfaksiya vasiteleri ile vaxtawiri temizlemek lazimdir.
26 mart 2015 16:47
# 20
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Tomris Müslümova
vay vayyy mikrob menbeyi
26 mart 2015 13:46
# 19
Mən bilirəm səndən necə qisas alacağımı!
Sənə ərə gələcəm çürüdəcəm səni! 08
tatyana
mence her ikisinde
26 mart 2015 12:15
# 18
ALLAHIM CANIMI COKK YAKDILAR,HEMDE YAKMAZ,YIKMAZ DEDIYIM INSANLAR,PARAMPARCA OLDU QELBIM........KIME GUVENIMKI ARTIQ...
ece uslu
nem salfetle telfonu gunde bir defe silirem
26 mart 2015 11:02
# 17
Tonya
Men her defe telefonu sipirtle silirem, ama bu qadarda bilmezdim
26 mart 2015 08:20
# 16
tonya
efsane..
hec bilmirdim ama ki men yemek yeyende mutleq elimi yuyub sonra yeyirem gerek telefonuda tez tez temizleyem
26 mart 2015 07:10
# 15
Gultekin.A
vayyyy bilmedoyimiz ne cox weyler varmis
26 mart 2015 01:45
# 14
AĞ GÜLÜN QARA KÖLGƏSİ VAR
Rama
qorxdum duzu.butun gunu telim elimdedi.gerek emel eliyim.bu derecede mikrob dasidigini bilmirdim.tesekkurler
26 mart 2015 00:58
# 13
Bir gulusu var..deyil varimi yoxumu...dunyani sataram...
emis
bilmirdim bu qederini ama mencede telefon daha cox bakteryalidi ama ta onuda tualet kimi istediymiz temizleyici vasitelernen yuyasi deyilik
26 mart 2015 00:19
# 12
aziz a
Bu derecedede bilmirdim.
Ne pis oldu.
26 mart 2015 00:16
# 11
Böyük Rebbim sen özün kömek ol hamıya....
Şəbnəm Vüsal
mən telefona o qədər də baglı deyiləm.sadə,ucuz telim var.o daki yadıma düşəndə axtarıb tapıramki görək haralardadı....
26 mart 2015 00:16
# 10
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
FISTIK
Bunu bilirdim men tez tez biraz nem kimi desmala silem hele arada spirtli pambiqlada silem coxda spirlide olmaz suya biraz spirt qatin desmali azcana nem edib sile bilersiz gunde bir defe veya iki gunen bir.
25 mart 2015 23:57
# 9
SENSİZ
bu qederini bilmirdim gerek mende emel edem
25 mart 2015 23:50
# 8
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Fialka
Əslində təəccüblü deyil telefonlara nisbətən digərini dezinfeksiya edərək təmizləyirik bəs telefon əlbəttə onda daha çoxdu ...(gedim telefonumu ace domestosda falan saxlayım bəlkə mikrobları ölə))..
25 mart 2015 23:24
# 7
Qlamurr
Düzü telefonla çox təmasda olmuram,ancaq zəng gələndə əlimə alıram,mütamadi olmasada hərdən nəm salfetlə silirəm.
25 mart 2015 23:22
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
vipbetul
men telefonumuda qabliqinida her zaman nem xususi deriyle silirem
25 mart 2015 23:15
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
butun gun telefon elimdedi. sonra elimi tele vurub agzimiza vururq ve s.... xestelik menbeyidi hamisi cn nc nc
25 mart 2015 23:09
# 4
Viking
BARBI
Telefon en cox mikrob menbeyi olan esyadir calisdiqca qaydalara emel edirem
25 mart 2015 23:06
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aliceWOnDer
Hər seydə mikrob var sozsuz ki
25 mart 2015 23:05
# 2
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
lelos
hm çalişaram emel edim
25 mart 2015 23:04
# 1
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz