Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağrı insanı qocaldır
Ağrı insanı qocaldır
Göndərən: emis
Şərhlər: 12
Baxılıb: 777
Səs ver:
Elə insan tapılmaz ki, nə vaxtsa bədəninin hər hansı bir hissəsində baş qaldıran ağrıdan əziyyət çəkməmiş olsun. Alimlər sübut etmişlər ki, ağrı çəkmək nəinki insanın həyatını dözülməz edir, hətta cavanlığını əlindən alır. Çox zaman insanlar həkimə belə müraciət edirlər: «ağrıdan ölürəm, daha qüvvəm qalmayıb». Ağrıların insanın ömrünə nə dərəcədə təsir etdiyini öyrənməyə çalışan Kaliforniya Universitetinin əməkdaşları 50 yaş və ondan yuxarı 18 541 insanı müayinə etmişlər. Onları maraqlandıran əsas məsələ xroniki ağrıların insanın vəziyyətinə və sağlamlığına necə təsir etdiyini öyrənmək idi. Aparılan müayinələrdən aydın olmuşdur ki, iştirakçılardan 50-59 yaşlarında olan və heç bir xroniki xəstəlikdən əziyyət çəkməyənlərin hər üçündən biri problemsiz olaraq 1,5 kilometr qaça bilmiş, hər biri  bir neçə kvartal piyada getməyin öhdəsindən gəlmişdir. Lakin xroniki xəstəliklərdən əziyyət çəkənlərdə bu göstəricilər çox aşağı səviyyədə olmuşdur. Bu nəticələr alimlərə deməyə əsas verir ki, xroniki ağrılar fiziki olaraq insanı 20-30 il qocaldır.

Amerikalı həkimlər düşünürlər ki,  xroniki xəstəliyi spesifik olaraq  və fiziki hərəkətlərin köməyi ilə müalicə etmək lazımdır. Rusiya həkimləri isə hesab edirlər ki, xroniki xəstəlik sərbəst patologiyadır  və insana nəinki fiziki, həmçinin ruhi sarsıntılar gətirir. Demək olar ki, bütün xəstələrdə müxtəlif dərəcədə depressiya inkişaf edir. Onlar qorxu ilə ağrının artdığını, baş verə biləcək fəsadları gözləyirlər və bəzən də sağalmaq ümidlərini itirirlər. Alimlər təsdiq edirlər ki, belə insanları hətta qamətindən, mimikasından, hərəkətlərindən təyin etmək mümükündür. Bəziləri isə ağrıkəsicilərlə birlikdə depressiya əleyhinə də dərmanlar qəbul etməli olurlar. Ən böyük səhvi isə əsas xəstəliyini bilməyərək, ağrıkəsici qəbul edib  həkimə müraciət etməyənlər edir...

Bəs, siz ağrıyanda nə edirsiniz?


Şərhlər: 12
Baxılıb: 777
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nezka
Bilmirdim
4 may 2015 21:48
# 12
İçimi görsən mənə aptek alarsan.
efsane..
agriyanda sadece dozurem yatmaga calisiram artiq dozulmez olanda dermanin dorde birini icirem onunlada yavas yavas kecir
3 may 2015 17:54
# 11
yarpaq33
Mende guclu baw agrilari olur (miqren) hec ne komey elemir hetta hekimler bele
3 may 2015 12:20
# 10
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Catwoman666
mende cox da agri olmur. olsa da esasen bas agrilari olur
2 may 2015 22:03
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
heyqetende adamda guclu aqrilar olduqda xestelendikde durub guzguye ozune nezer yetirdikde deyishik gorsenir simasi qocalir sanki
2 may 2015 16:45
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Marta
mende deymisem iki gundu qarin boslugu travmasindan yatiram cox pisdi:(
2 may 2015 16:23
# 7
Немного терпения, и у тебя все получится..
lelos
Insan aqriyanda gizune hecne gorsenmir mende vaxt ile cox aqrimisam .Allah hec kese aqri gostermesin aqriyanda mutleq hekime muraciet etmek lazimdi ki sonra fesadlari bouumesin
2 may 2015 14:48
# 6
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Nur k-off
mende artiq 7 aydir ki bawimdan cox pis agri cekirem ozumu cox pis hiss edirem taqetim daha qalmayib
2 may 2015 13:55
# 5
SVETA
yasemin
Ağrı həqiqətən adamı çox salır və pis olur.
Tşklər bacı
2 may 2015 13:55
# 4
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Fialka
Ağrı insana həm ruhən həm də fiziki olaraq ziyan vurur. Ağrıyan zaman ağrıkəsicilərin istifadəsinə qarşıyam, çünki dərmanlar ağrını müvəqqəti olaraq kəsir kökündən həll etmir sadəcə qaraciyərə ziyan vurur buna görədə vaxt itkisidir ağrı kəsici ən yaxşısı həkimə müraciət etməkdir.
2 may 2015 13:11
# 3
cinqosh
Ən böyük səhvi isə əsas xəstəliyini bilməyərək, ağrıkəsici qəbul edib həkimə müraciət etməyənlər edir...
Mən bunun cəzasını ağır ödəmişəm xərçəng xəstəsi olanda.Ağrıyırdım, ağrıkəsici atırdım, şiş də sən demə daxilimdə daha da böyüyürmüş.Bir də ayıldım ki meyiddən fərqim yoxdu...
Ağrıyanda mütləq həkimə gedin, mütləq.İnsan xətə olanda gözünə nə ev, nə maşın, nə də övlad görünür.
2 may 2015 12:41
# 2
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
BARBI
Offf agrinin her biri dozulmezdir. En pisi dis ve bas agrisidir. Men agriyanda agri kesicilerden istifade etmirem daha cox tebii vasitelere el atiram
2 may 2015 12:35
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz