Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yaraların gec sağalması
Yaraların gec sağalması
Göndərən: cinqosh
Şərhlər: 10
Baxılıb: 3690
Səs ver:
Zaman-zaman bədənimizin müxtəlif yerlərində, xüsusilə əl, ayaq,sinə, üz hissələrində bəzi yaralar əmələ gəlir. Yaraların yaranma səbəbi, dərinliyi ilə əlaqədar olaraq onların sağalma müddətləri də fərqli olur. Əlbəttə ki, hər birimiz bu yaraların tez sağalıb dərimizin əvvəlki kimi yaxşı görünməsini istəyirik. Bəs yara nədir, necə sağalır, yaranın tez sağalmasına maneçilik törədən səbəblər nələrdir?
Qadınlar.Biz təqdim edir.

YARALARIN GEC SAĞALMASINA ƏHƏMİYYƏTSİZ YANAŞMAYIN!!!
Yara bədənin hər hansı bir yerinə alınan zədə və  qəzalar nəticəsində meydana gələn dəri pozulmalarıdır. Əlavə olaraq, yaralar bədəndəki başqa bir yüngül, ya da ciddi bir narahatlığın xəbərçisi də ola bilər. Bu mövzunun ən yaxşı qiymətləndirməsini sizlər özünüz də edə bilərsiniz.

YARALAR NECƏ SAĞALIR?
Yara sağalması bədənin öz avtomatik mexanizmi ilə olar. Yara meydana gələn hissədəki hüceyrə bütünlüyü pozulur. Qeyd edək ki, hüceyrə bütünlüyündə hüceyrələr arası maddə adı verilən maye yara sağalmasını başladan ilk faktordur və çox əhəmiyyətli vəzifələri vardır. Yara meydana gəldiyində əvvəlcə qanın dayandırılmasına istiqamətli qan laxtalanması dövrəyə girər. Hüceyrələr arası maddə isə bu laxta ətrafı toxumalara tutdurmağı təmin edər. Hüceyrələr arası maddənin digər bir vəzifəsi isə yara ətrafındakı hüceyrələrin bölünməsini xəbərdar etməkdir. Bu xəbərdarlıq nəticəsindəhüceyrələr sürətlə bölünərək yaranı bağlayarlar.

Digər tərəfdən qanda fibroblast adı verilən hüceyrələr vardır ki, onlar hüceyrələr arası maddənin sekresiyalanmasını xəbərdar etdiyi böyümə maddələrinin varlığında sürətlə çoxalarlar. Sürətli çoxalma isə yara toxumasının iki cəphəsi arasında körpü qurulmasını təmin edər. Bu körpülər də yara bağlanmasına dəstək verər. Bu müddət davamlılıq ifadə edərək təqribən 7-10 gün arasında yaraları bağlamaqdadır.

YARA SAĞALMASI NİYƏ GECİKİR?
Yara heç də həmişə 7-10 gün arasında sağalmır. Həftələr, hətta aylarla davam edə bilər. Bu gec sağalma orqanizmdə bir çox xəstəliklərdən xəbər verə bilər. Sağalmayan yaralarda rəng dəyişmələri, qaralmalar,qaşıntılar və bu kimi sizi narahat edən vəziyyətlərdə mütləq həkimə müraciət etmək lazımdır. Unutmayın ki, hər bir xəstəlikdə erkən təyin çox vacibdir. Hətta bəzi xəstəliklərdə həyat qurtarıcıdır.

ZÜLALDAN MƏHRUM PƏHRİZ
Yara sağalmasında zülallar sıx müraciət edilən qaynaqlardır. Əgər  zülal baxımından məhrum qidalanırsınızsa, yaralarınızın gec sağalması baş verə bilər. Bununla yanaşı C vitamini məhdudluğu, irəli dərəcədə su itkisi və anemiyayaranır.

ŞƏKƏR XƏSTƏLİYİNƏ DİQQƏT!!
Şəkər xəstəliyi ilə əlaqədar bilinən ən əhəmiyyətli mənfiliklərdən biri yaraların gec sağalmasıdır. Çünki şəkər xəstəliyi damar bütünlüyü və qan axışının düzlüyünü pozur. Kifayət qədər qanla təmin olunmayan yara isə gec sağalır. Şəkər yaraları ümumiyyətlə ayaqlarda olan və üç həftədən çox müddət yaxşılaşmayan yaralardır.

Qeyd edək ki, kortizon növlü ağır dərmanlar da yara sağalma sürətini zəiflədə bilər. Siqarət çəkən insanlarda da yaraların gec sağalması təsdiq olunmuşdur. Bəzi keçici xəstəliklər, dərinin damar quruluşunun pozulmasına səbəb olan daxili orqan xəstəlikləri, uzun müddət davam edən allergik vəziyyətlər, günəş həssaslığı ilə əlaqədar bəzi xəstəliklər özünü sağalmayan yaralarda göstərə bilər.

HANSI TİP YARALAR ÇOX TƏHLÜKƏLİDİR?
Bəzi yaralar dəri xərçəngi kimi çox ciddi xəstəliklərə işarədir. Ortası çuxur və kənarları qabarmış yaralar və ya açıq rəngli qırmızı qabıqlı yaralar ciddi risk faktoru meydana gətirir.

Bədəndəki bağlı sahələr, eləcə də nevüs üstündən diqqətə çarpan yaralar da digər risk qrupunu meydana gətirir. Bu  "melanom" deyə bilinən dəri xəstəliyi ola bilər. Bu baxımdan öz bədəninizə tez-tez aynada nəzarət edin.

YARALARIN SAĞALMASINI SÜRƏTLƏNDİRMƏK ÜÇÜN NƏ EDƏ BİLƏRƏM?
Əvvəlcə bir narahatlığınız varsa bunu müalicə etdirməlisiniz. Əgər bir xəstəliyiniz yoxdursa, bu vəziyyət, böyük ehtimalla, sağlıqsız qidalanma və digər şərtlərlə əlaqədardır.

SAĞLIQLI VƏ NİZAMLI QİDALANIN!
Ümumi bədən sağlamlığı baxımından sağlıqlı və nizamlı qidalanma çox əhəmiyyətlidir. Xüsusilə günümüzün fast-food tərzi, hazır, ayaqda qidalanma bir çox xəstəliklərə zəmin hazırlayır.

Buna görə də gündəlik qida rasionunuza hər gün tərəvəz və meyvə əlavə etməlisiniz. Bunun ardınca yara sağalmasında əhəmiyyətli rolu olan qidaların qəbulunu artırmalısınız. Sink, selen, C və B qrupu vitaminləri baxımından zəngin qidalar qəbul edin.. Bunlar yara sağalmasını sürətləndirir.


Şərhlər: 10
Baxılıb: 3690
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
saglamligima cox deyer verirem
15 mart 2015 22:37
# 10
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
emis
mendede cox olub yaralar ama ne fec nede tez sagalir birazciik sakarim
14 mart 2015 19:53
# 9
leyla_258
beli mende gec sagaldi,ama mendeki, cox sukur bele yara deyildiiiii.
14 mart 2015 19:00
# 8
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
vipbetul
seker xesteleri esaseen ehtiyatli olmalidi yara olarda illerle ceke bilir
14 mart 2015 15:04
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Yaralarla bağlı çox diqqətli olmaq lazımdır əks halda infeksiya nəticəsində ağırlaşa bilər
14 mart 2015 15:02
# 6
tek umidim sen
Yaralarim cox da gec sagalmir. Normal
14 mart 2015 13:09
# 5
Kadın derin ama adam yüzme bilmiyor...
qanadli melek
yaralansamda tez sagaliram
14 mart 2015 13:08
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Qlamurr
Yaralara dırnağarası baxmaq olmaz,çünki vaxtında müdaxilə olunmazsa,boş buraxılarsa infeksiya keçə bilər.
14 mart 2015 12:58
# 3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Menim yaralarim cox gec sagalir bu ciddi problemdir
14 mart 2015 12:41
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
eger o yara gec sagalirsa bos buraxmaq lazim deyil...
14 mart 2015 12:32
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz