Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarında ağrı nəyin əlaməti ola bilər?
Qarında ağrı nəyin əlaməti ola bilər?
Göndərən: Wiyinka
Şərhlər: 14
Baxılıb: 2309
Səs ver:
Yadda saxlamaq lazımdır ki, ağrının olması heç də hər zaman pis əlamət hesab edilməli deyil.

Ağrı – bizim orqanizmin qoruyucu reaksiyası olub, bədəndə nəyinsə qaydada olmadığını və ona yardım göstərilməsi lazım gəldiyini göstərən əlamətdir.

Buna görə də ağrı hissiyyatlarını diqqətsiz qoymaq və "hər şey öz-özünə keçər” deyə düşünmək olmaz! Əgər siz bədənin hər hansı bir hissəsində tez-tez ağrı hiss edirsinizsə mütləq həkimə müraciət edin!

Qarın nahiyyəsində olan ağrılar, ağrıların ən çox təsadüf etdiyi təzahürlərdən biri olduğu üçün biz əksər hallarda ona kifayət qədər diqqət yetirmirik. Bu isə böyük səhv hesab edilir, çünki vaxtında müracit edilmədiyi təqdirdə bu, insanın nəinki sağlamlığı, hətta həyatı üçün də təhlükəli ola bilər. Qarında ağrılar olarkən həkim məsləhəti olmadan ağrıkəsici dərmanların qəbul edilməsi qəti şəkildə yolverilməzdir!

Qarın nahiyyəsində olan ağrılar müxtəlif səbəblərdən baş verə bilər. Sağlam insanlar da qarın nahiyyəsində ağrı hiss edə bilərlər – bu normadan artıq yemək yedikdə baş verə bilər. Belə ağrılar adətən 15-20 dəqiqədən sonra keçir. Bu zaman spazmolitik dərman (həkimin məsləhəti ilə) qəbul etmək və bir qədər uzanmaq lazımdır.

Əlbətdə ki, əksər hallarda qarında olan ağrıların səbəbi qarın boşluğu orqanlarının (mədə, 12-barmaq bağırsaq, qara ciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, dalaq, nazik və yöğun bağırsaqlar) xəstəlikləri, həmçinin qida zəhərlənmələri, kəskin bağırsaq infeksiyaları olur.

Qida zəhərlənmələri və kəskin bağırsaq infeksiyaların əlamətləri - qarında güclü kəsici ağrılar, hərarətin qalxması, güclü ishal, meteorizm (qarında yel). Bu halda mütləq həkimə müraciət edin!

Hepatit (qara ciyərin iltihabı) xəstəliyi zamanı qarının sağ tərəfində qabırğaların altında ağrılar hiss edilir, sarılıq meydana çıxır, sidiyin rəngi tünd, nəcisin açıq olur. Bu əlamətlər meydana çıxan kimi tez bir zamanda həkimə müraciət etmək lazımdır!

Qastrit, qastroduodenit, mədə xorası xəstəliyi zamanı ağrı qarının yuxarı hissəsində hiss olunur və adətən ac qaldıqdan, kəskin və turş qidə qəbul etdikdən və stresdən sonra meydana çıxır. Qastrit zamanı ağrı tez-tez ürək bulanması, qusma, qıcqırma ilə müşayiət oluna bilər. Bu kimi simptomlar meydana çıxarsa mütləq həkim-qastroenteroloqa müraciət edin!

Sadaladığımız xəstəliklərdən başqa, şəkərli diabet, tireotoksikoz (qanda qalxanvari vəzi hormonlarının yüksək olması), revmatizm, pnevmoniya, ürək və aortanın xəstəlikləri, sinir sisteminin bəzi xəstəlikləri, bəzi qan xəstəlikləri, onurğa sütunu və böyrək xəstəlikləri (böyrək iltihabı, böyrək daşı) və s. hallarda da qarın nahiyyəsində ağrılar ola bilər.

Bəzi hallarda, çox təhlükəli xəstəlik hesab edilən miokardın infarktı zamanı da, qarının yuxarı hissəsində ağrı hissi ola bilər. Bu halda qarında olan ağrılar adətən ürək ağrıları ilə də müşayət olunur.

Qadın və kişilərdə qarının aşağı hissəsində olan ağrılar sistit xəstəliyinin (sidik kisəsinin iltihabı) simptomu ola bilər. Ağrılar sidik ifrazatı zamanı daha güclənirlər.

Qadınlarda qarının aşağı hissəsində olan ağrılar uşaqlıq, yumurtalıqlar, uşaqlıq borularının iltihabi xəstəliklərində (endometrit, salpinqit, ooforit) də ola bilər. Bundan başqa təcili şəkildə cərrahi əməliyyat edilməsi tələb edilən (əks halda uşaqlıq borusunun dağılması, güclü uşaqlıq qanaxması və s. fəsadlar baş verə bilər) uşaqlıqdankənar hamiləlik zamanı da qarının aşağı hissəsində ağrı ola bilər!

Kişilərdə, qarının aşağı hissəsində olan ağrılar isə, onlarda prostat vəzinin müxtəlif problemləri və s. səbəblərlə əlaqədar ola bilər.

Qarın nahiyyəsində güclü ağrının olması (həkimlər bunu "kəskin qarın” adlandırır) – çox təhlükəli hal hesab edilir və bu zaman təcili şəkildə cərrahi əməliyyat edilməsi də tələb oluna bilər! Buna görə də əgər yaxınlarınızdan biri birdən-birə qarın nahiyyəsində "xəncər sancılması kimi ağrı” olmasından şikayət edərsə, həmçinin zəiflik, üşütmə hiss edərsə, uzanıb "embrion pozasını” (ayaqlarını qarnına sıxaraq burulmuş vəziyyət) alarsa, dərhal "təcili yardım” çağırmaq lazımdır!

Belə ağrını mədə və 12-barmaq bağırsaq xorasının deşilməsi, appendisit, periton qatının iltihabı – peritonit, bağırsaq keçməməzliyi, yırtığın boğulması və s. digər hallar törədə bilər. Belə halların hər birində vaxtında yardım göstərilmədiyi təqdirdə insan güclü şəkildə zərər çəkə bilər.

"Kəskin qarın” sindromu zamanı, "təcili yardım” gələnə qədər xəstəyə yeməyə və içməyə heç nə verməyin, ona hərəkət etməyə icazə verməyin, onun qarnının üstünə sellofana bükülmüş buz və ya soyuducunun buzxanasından çıxarılan məhsul qoyun. Heç bir halda buzu lüt bədənə qoymayın!

Qarında kəskin ağrılar zamanı
- heç bir halda xəstəyə ağrıkəsici, işlətmə dərmanları verməyin!
- imalə etməyin!
- qarının üzərinə isti qrelka qoymayın!


Şərhlər: 14
Baxılıb: 2309
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
amazing
Qarin aqrisi kimi bir sikayetim hele ki olmayib
25 aprel 2015 23:03
# 14
qanadli melek
Mendede qarnimin awagisinda cox vaxt agri olur
25 aprel 2015 17:41
# 13
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
tatyana
axirda yazilmis uc cumleye tam raziyam,adamlar varki agri olan kimi deyir ayy soyuq olub yeqin isti qrelka qoyaq ayaginin altina ve yaxud qarninin ustune
25 aprel 2015 17:26
# 12
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
aliceWOnDer
Bəzən olur və dozulməz vəziyyətdə olur
25 aprel 2015 16:56
# 11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Catwoman666
qarinda agrilar muxtelif ve bir cox sebeblerden olur mende ise bele problemler yoxdur
25 aprel 2015 15:52
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
emis
mendede en cox qarnimda agri mende tez tez urekkobeyim dusur bir onnan olur birde soyuqlamam var onnan olur tez tez agriyir sora istiye veren kimi kesir, mualicce eletmisem ama xeyri olmayib olmayib,ustunde berk durmaq lazimdir,tesekkur
25 aprel 2015 15:46
# 9
lelos
Aybasi vaxti olur mende
25 aprel 2015 14:54
# 8
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Fialka
Qarında yox mədədə ağrılarım olub o da həmişə bir günlük olub səbəbidə soyuqlamadandı bilirəm və heç bir dərman preparatından istifadə etmirəm keçib gedir öz özünə ancaq sadalanan xəstəliklər zamanı mütləq həkimə müraciət olunmalıdır.
25 aprel 2015 13:50
# 7
Nezka
Şükür belə problemim yoxdu
25 aprel 2015 13:48
# 6
İçimi görsən mənə aptek alarsan.
Tomris Müslümova
adi bas agrisida neyinde siqnalini verir hec yerimiz bos yerden agrimir
25 aprel 2015 13:47
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Mende ancaq menstruasiya vaxtlarinda agri olur
25 aprel 2015 13:13
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
ele bir prablemle rastlashmamisham heleki
25 aprel 2015 13:00
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aytil
arada mendede agriyir
25 aprel 2015 12:56
# 2
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Nur k-off
Arada bir mende de olur agri çekmek çox pis hissdir Allah heç kese göstermesin
25 aprel 2015 12:36
# 1
SVETA
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz