Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qulaq iltihabının təbii müalicə üsulu
Qulaq iltihabının təbii müalicə üsulu
Göndərən: Menim balam
Şərhlər: 12
Baxılıb: 1305
Səs ver:
Qulağın müəyyən şöbəsinin iltihabi prosesi otit adlanır. Qulaq üç hissədən ibarətdir: xarici, orta və daxili qulaq. Xarici qulaq əsasən dəri ilə örtüldüyündən, dəriyə xas olan iltihabi proseslərə (sızanaq, furunkul və s.) burada da rast gəlmək mümkündür.
 
Qulağa birbaşa aid olan xəstəliklər daxili və orta otitlərdir. Daxili otitlərə az rast gəlinsə də, bu çox təhlükəli xəstəlikdir. Xəstəlik əsasən öz-özünə əmələ gəlmir, daha çox orta otitin və ümumi infeksion xəstəliklərin ağırlaşması hesab olunur. Çox zaman bir və ya hər iki qulaqda ifrazatın olması və ağrı məhz orta otitlə bağlı olur. Orta otitlər daha çox yayıldığına görə, "otit" termini işlənərkən də əksərən orta qulağın iltihabı nəzərdə tutulur.
 
Qulaq iltihabının əlamətləri bəzi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bu məsələdə doğru diaqnoz və erkən müalicə əhəmiyyətlidir. Əlamətlərin bir gündən çox çəkməsi şiddətli qulaq ağrısına səbəb olar. Qulaq ağrısı və ya qulaq axıntısı olan zaman dərhal həkimə müraciət etmək vacibdir.
 
Xəstələrin şikayətləri qulaqda və qulaq ətrafına yayılan ağrılar, qulağın tutulması, eşitmənin zəifləməsi, küy, temperatur və bəzən qulaq pərdəsinin deşilməsi ilə müşahidə olunan ifrazatın və irinin gəlməsindən olur. Lakin xəstədə bu göstərilən şikayətlərin hamısı eyni zamanda müşahidə olunmaya da bilər.
 
Uşaqlarda da geniş şəkildə müşahidə olunan simptomlara aşağıdakılar daxildir:
 
Yatarkən ortaya çıxan qulaq ağrısı
Qulaqda çəkilmə hissi
Yatmaqda çətinlik
Normaldan daha çox ağlama
Normaldan daha çox əsəb;
Duymaqda və səslərə reaksiya göstərməkdə çətinlik
Tarazlıq itkisi
Baş ağrısı
Qızdırma 38 dərəcə və yuxarı
Qulaqda axıntı
İştahsızlıq
Qusma
 
Qulaq iltihabında antiseptik məhlullar, antibiotik damcılar, ağrıkəsicilər və iltihab əleyhinə hormonlar istifadə olunur, qulağı isti saxlamaq və burun tənəffüsünü yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirilir. Ümumi şəkildə isə antibakterial terapiya, sulfanilamid preparatları və immunitetin yüksəlməsinə kömək edən vasitələrdən istifadə olunur.
 
Qulaq ağrısının təbii üsullarla müalicəsi
 
Sarımsaq: Soyuqdəymə nəticəsində baş verən qulaq ağrısını kəsmək üçün sarımsaq şirəsini zeytun yağı ilə qaynadıb ilıq halda qulağa damcılatmaq faydalıdır. Sarımsaq şirəsinin badam və çobanyastığı yağı ilə qaynadılmış qarışığı da buna yaxşı təsir edir.
 
Nar: Turş nar dənələrini əzib şirəsini qaynatdıqdan sonra, onu eyni miqdarda bal ilə qarışdırıb qulağa damcıladırlar. Şirin nar dənələrini şərabda qaynadıb, əzib sonra qulağa məlhəm şəkildə qoyanda təsiri yaxşı olur.
Yumurta: Yumurta sarısını qulağa damcıladanda ağrı sakitləşir. İltihablı ağrıları kəsmək üçün yumurtanın ağını və sarısını gül yağı ilə qarışdırıb, təpitmə kimi qulağa çəkmək çox xeyirlidir.


Şərhlər: 12
Baxılıb: 1305
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nezka
Şükür elə problemim yoxdu
19 aprel 2015 00:57
# 12
İçimi görsən mənə aptek alarsan.
vipbetul
bunlardansa hazir dermanlar qulaqcin satirlarda ou tokmek qulaqa daha yaxsidi
18 aprel 2015 18:27
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
_BELOSNEJKA_
Aydaaaa qulag sozunu mene deuende tukleriim biz biz olur Cox cekmisem qulag agrisi Allah heckime gostermesin esasda usaqlara her defe qrip olanda qulagim a griyir
18 aprel 2015 16:33
# 10
REBBİM TUTULAN ORUCLARİ QİLİNAN NAMAZLARİ QEBUL ETSİN İNSALLAH AMİN
emis
Mendede çox olub qulaq ağrısı həkimə getmişik vaxtında. Mən yekə ola ola dözə bilmurdim deyirəm uşaqlar nətər dözür. Heç kimin başına gelmesin ehtiyac olsa əməl edərik Təşəkkür edirəm.
18 aprel 2015 16:22
# 9
BARBI
Mende usaq vaxti olub dehsetli ve dozulmez agrilari olur. En yaxsisi hekime muraciet etmek ve qulagi soyuqdan qorumaq lazimdir
18 aprel 2015 14:53
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aytil
sagolun istifade ederem
18 aprel 2015 14:37
# 7
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
lili)
qulaq aqrisi dehset olur soqani bilirdimki antibyotik kimi tesir edir
18 aprel 2015 13:57
# 6
aliceWOnDer
Sarımsaq və nar hər şeyə faydalıdı
18 aprel 2015 13:36
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Tomris Müslümova
sarmisagin,narin faydasini bilmirdim
18 aprel 2015 13:30
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Luna-90
Qulagim qasinirdi qasiyandada agri verirdi fikirlesdim qulagimda eroziya sepki var hekime getdim dedi allergiyan var ondandi .derman yazdi eleyirem ancaq hele tam yaxsilasmiyib.
18 aprel 2015 13:08
# 3
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Nur k-off
qulaq agrisi cox pisdir mende dogulandan bu problem vvar
18 aprel 2015 12:59
# 2
SVETA
Fialka
Qulaq ağrısı çox dözülməz olur , uşaqlıqda çox başıma gəlib vaxtında həkimə müraciət olunsa yaxşı olar.
18 aprel 2015 12:35
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz