Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allergiyanın olmasını necə bilmək olar?
Allergiyanın olmasını necə bilmək olar?
Göndərən: Wiyinka
Şərhlər: 17
Baxılıb: 2460
Səs ver:
Gündəlik həyatımızda bir çox halarda biz respirator allergiya ilə rastlaşırıq. Belə reaksiya toza, ətirlərə, bitki çiçəkləri tozcuqlarına və s. qarşı baş verir.

Respirator allergiyalar üçün, bizim bir çox hallarda soyuqdəymə adlandırdığımız əlamətlər xarakterik olur: asqırmaq, duru su şəklində ifrazat ilə müşayət olunan zökəm, öskürək, asqırmaq, bunrunda qaşınma hissiyyatı. Havada mövcud olan allergenlər, bundan başqa gözlərin yaşarması, gözlərdə ağrı, qızarma, şişkinlik, qaşınma kimi əlamətlərin yaranmasına da səbəb ola bilər.

İnsan özündə bu əlamətləri müşahidə etdikdə, adətən, onda kəskin respirator virus infeksiyasının (KRVİ) və ya qrip xəstəliyinin olduğunu düşünərək, bu xəstəliyin əlamətlərini aradan qaldırmaq üçün lazım olan dərman preparatlarından istifadə etməyə başlayır. Ancaq respirtor infeksion xəstəliklərdən fərqli olaraq, allergiya bu dərmanlarla müalicəyə tabe olmur. Bundan başqa, allergiya bədən hərarətinin yüksəlməməsi ilə müşayət olunmur. Allergiyanı KRVİ ilə eyniləşdirən – asqırmaq, burun yollarının tutulması, zökəm kimi əlamətlər də tam başqa xarakterdə olur. Məsələn, allergiya zamanı baş verən asqırma, çoxsaylı, tutmaşəkilli olur. Asqırma tutmaları heç bir aydın səbəb olmadan günlərlə davam edir.

Allergiya zamanı burundan xaric olan ifrazat adətən şəffaf və duru, soyuqdəymə vaxtı isə adətən qatı və sarımtıl olur. Bundan başqa, allergiya zamanı burundan ifrazatın gəlməsi hər hansı bir soyuqdəymə ilə müşayiət olunmur və günlərlə, bəzən isə həftələrlə də davam edə bilər.

Allergiya zamanı burun boşluğunun selikli qişası iltihablaşaraq və qalınlaşaraq (şişkinləşərək) burun yollarını qapayır. Bu isə burun seliyinin normal şəkildə xaric olmasını pozur və ya tamamilə mümkünsüz edir. Burunu təmizləmək cəhdləri heç bir nəticə vermir və əksinə - burun yollarının tutulmasını daha da artır.

Bir çox hallarda biz gözümüzə düşmüş müxtəlif tozları, kirpiyi, qum dənəsini və bu kimi digər yad cisimləri xaric etmək üçün gözlərimizi ovxalayırıq. Ancaq gözümüzün qıcıqlanmasına səbəb olan yad cismi xaric edəndən dərhal sonra biz gözlərimizi daha ovxalamırıq. Ancaq sizin gözünüzdə allergiya olduğu halda vəziyyət kəskin şəkildə fərqlənir: gözlərdə olan qaşınma heç bir xarici səbəb olmadan başlayır və heç bir müdaxilə onu azalda bilmir. Bu qaşınma həftələrlə davam edə bilər. Gözlərində allergik xəstəliyi olan xəstələrdə - gözlərində yad cismin olması, qaşınma, yandırma, gözlərin yaşarması kimi şikayətlər olur. Belə xəstələrin göz qapaqları adətən qızarmış və şişkinləşmiş olur.

Statistikaya əsasən, respirator allergiyadan sonra ikinci yerdə kontakt allergik reaksiyaları – dermatozlar durur. Bu dermatozlar kosmetikadan istifadə olunduqda, farmasevtik preparatlarla, məişət kimyası və bir çox digər maddələrlə (orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq) işləyərkən baş verir. Allerqodermatozların əlamətləri: dəridə səpgilərin, suluqların əmələ gəlməsi, onun qızarması, qaşınması, şişkinləşməsi, quruluq, qabıqvermə.

Qida məhsullarına və dərmanlara qarşı olan allergiyalar daha qorxulu hesab olunur. Orqanizmə mədə-bağırsaq traktı vasitəsi ilə daxil olan bu allergenlər, ürəkbulanma, qusma, dilin, qırtlağın şişkinləşməsi, diareya (ishal), qarında ağrılar kimi əlamətlərlə müşayiət olunurlar. Bəzi hallarda bir müddət sonra isə dəridə də allergik əlamətlər (səpkilər, şişkinlik) yarana bilər.

Allergik aktivliyi dərəcəsinə görə qida maddələri üç qrupa bölünür:

- Yüksək allergik aktivlik: inək südü, balıq, yumurta, sitrus meyvələri, qoz-findıq, bal, göbələklər, toyuq əti, çiyələk, moruq, ananas, yemiş, xurma, nar, qara qarağat, böyürtkən, şokolad, kofe, xardal, tomatlar, kök, çuğundur, kərəviz, buğda, çovdar, üzüm.

- Orta allergik aktivlik: şaftalı, ərik, qırmızı qarağat, quş üzümü, düyü, qarğıdalı, qarabaşaq, yaşıl bibər, kartof, noxud, donuz əti, hinduşka əti və dovşan əti.

- Zəif allergik aktivlik: yunan qabağı, patisson, turp, balqabaq (açıq rəngdə olanlar), turş-şirin almalar, banan, badam, ağ qarağat, motmotu ("krıjovnik”), qara gavalı, gavalı, qarpız, kahı, qoyun əti.

Bəzi hallarda allergiyanın səbəbi insanın qəbul etdiyi qida yox, onun tərkibində olan müxtəlif qida əlavələri olur (rəngvericilər, aromatizatorlar, emulqatorlar və ya konservləşdirmədə istifadə olunan müxtəlif maddələr).

Allergiyanın özünü büruzə verən ən ağır forması – anafilaktik şokdur. Bu, əksər hallarda orqanizmə dərman preparatlarının (xüsusən də damar daxilinə) yeridilməsinə, az-az hallarda isə həşaratların dişləməsinə cavab olaraq yaranır. Anafilaktik şokun əlamətlərini hər bir şəxs bilməlidir. Tənəffüsün çətinləşməsi, huşun itirilməsi, qıcolmalar, bədənin bütün dəri örtüyünün səpməsi, qeyri-iradi sidik və nəcis ifrazı, qusma - anafilaktik şokun əsas əlamətləri hesab olunur. Anafilaktik şokun ilk əlamətləri qeyd olunan kimi tez bir zamanda "təcili yardım” çağırmaq lazımdır.


Şərhlər: 17
Baxılıb: 2460
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
menimde allergiyam var sirin seylere..
5 avqust 2015 17:52
# 17
Don't trust anyone ∆
gulka azeri
qidaya qarwi yoxdu allergiyam ama yaz vaxti burnum gozum qasinir cox qrip kimi oluram ama cox wukur heftelerle davam etmir 1-2gune kecir oz ozune
22 may 2015 02:01
# 16
Marta
gunese birde toza qarsi var.

gunese birde toza qarsi var.

gunese birde toza qarsi var.

gunese birde toza qarsi var.

Gunese birde toza qarsi allergiyam var.

Gunese birde toza qarsi allergiyam var.
4 aprel 2015 18:33
# 15
Немного терпения, и у тебя все получится..
efsane..
mende de allergiya var toz , istiot , yumurtani cox yeye bilmirem
4 aprel 2015 17:27
# 14
aliceWOnDer
toza qarsi vay bir toz qalxsin asqirmaq imkan vermeyecek gozum cox pis olur
4 aprel 2015 15:43
# 13
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Mrs.Pianist
Menim mamamda var toza qarwi yayada yaziq pis gunde olur ne qeder asqırır..Məndə günə qarşıdı yəni günə çıxan kimi gözlərim çoxx pis qaşınır
4 aprel 2015 14:56
# 12
Acısı çox olan qizların guluşu gozel olur.!
vipbetul
aallergiya ne qeder sade xestelik kimi gorunsede eslinde cox aqrili olur dozmek olmur bazende
4 aprel 2015 14:54
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
məndə bildiyim qədərilə allergiya yoxdu. daha doğrusu mənim allergoiyam hansısaa meyvəyə, itə, pişiyə falan deyil. allergiyam elə olur ki hansısa sözə olur, hansısa insana qarşı və s. belə allergiyam ola bilər)
4 aprel 2015 14:46
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
emis
mendede var siqarete, tustuye, toza bunlara qarsi bigulma var ama mandalne qarsi allergiyam var qolum qasinir sepir bileyim pesmanam mandalin yemeyime
4 aprel 2015 14:11
# 9
qanadli melek
Mende yumurtaya qarwi alergiya var
4 aprel 2015 13:48
# 8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Qlamurr
Məndə allergiya var,çox duzlu yeməyə,birdən artıq yumurtaya,çox şirniyə,ona görə də qidalanmama diqqət edirəm.
4 aprel 2015 13:23
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
zayka15
Mende toza qarsi alergiyam var
4 aprel 2015 13:22
# 6
Birinin nece gulduyunden terbiyesini,neye gulduyunden ise seviyyesini anlaram
Zeynep_Fatih
Wukur menim hec bur weye allergiyam yoxdu))amma maraqli melumatdi
4 aprel 2015 13:01
# 5
Dosta_inam
çox şükür mende heç neye qarşi allergiya yoxdu.yenede teşekkür melumatim oldu.ne zaman allergiye olsa tez anlamaq olar.
4 aprel 2015 12:55
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fialka
Şükür heç bir şeyə qarşı allergiyam yoxdu ancaq toz halında olan qara istiotu nəyəsə vuranda iki üç dəfə asqırıram))..
4 aprel 2015 12:53
# 3
BARBI
Mende kiviye qarsil kosmetikaya qarsi sabuna qarsi parfume qarsi allergiya var. bezen gozlerim qizarir burnum qasinir bu da allergiyanin tesiridir
4 aprel 2015 12:48
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
aa ne maraqlidi.menim Antibiyotike qarsi siddetli allergiyam var
4 aprel 2015 12:41
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz