Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bədənini döydürən qadınlar....
Bədənini döydürən qadınlar....
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4855
Səs ver:
İnsanlar hər zaman geyimləri, saç düzümləri, aksessuarları ilə bir-birindən fərqlənmək istəyində olublar. Əsasən qadınlar əks cinsin nümayəndələrinin diqqətini cəlb etmək üçün əllərindən gələni etməyə çalışıblar. Hələ qədim zamanlarda insanlar bir-birindən fərqlənmək, bir-birinin diqqətini cəlb etmək üçün bədənləri və üzlərini müxtəlif rənglərə boyayıblar. Zaman keçdikcə inkişaf edən bu boyanma sənəti bu günlərə tatuaj mədəniyyəti kimi yansıyıb.

Azərbaycanda da qaşlarına, bədəninin müxtəlif yerlərinə tatuaj vuran insanlar var. Kosmetoloq İlhamə Mırtıyevanın
sözlərinə görə, Azərbaycanda tatuaj XX əsrin əvvələrində dəbə minib. "Bizimkilər tatuajı Hindistana baxaraq, mənimsəyiblər. Hindistanda qadınlar xına ilə bədənlərinin müxtəlif yerlərinə rəsmlər çəkərək, bunu "tatuaj" adlandırırlar".

Ölkənin bir çox gözəllik salonlarında dodaqlar, gözlər və qaşlara 3-5 il müddətində tatuaj vurulur. Kosmetoloqun sözlərinə görə, tatuajın müxtəlif növləri var. Daimi tatuaj vurulduğu gündən həyatın sonuna kimi insanın bədənində qalır. Müvəqqəti tatuaj isə 2-4 həftə və ya 3-5 illiyinə vurulur. Tatuaj zamanı müxtəlif boyalar iynə vasitəsilə dərinin altına vurulur. Bu çox ağrılı bir prosesdir. Amma onu da deyək ki, Azərbaycanda "gözəllik qurban tələb edir" deyib tatuaj vurduranlar da az deyil.

Həmsöhbətim bildirir ki, hazırda xanımlar daha çox dodaqlarının kənarına kontur xətləri çəkdirməyi sevirlər. Bundan əlavə, hörümçək, ürək, pişik, kərtənkələ rəsmlərinə üstünlük verən xanımlarımız da var. Qeyd edək ki, tatuaj vurdurulmasının qiyməti müxtəlifidr. Məsələn, qaşlara 6 aylıq tatuaj 50-60 manata başa gəlir. "Bəzən xanımlar tatuajla bədənlərinə öz və ya sevdikləri insanların adlarının baş hərflərini döydürürlər. Bədənə portret çəkmək tatuajın ən çətin formasıdır. Bu ağrılı olmaqla yanaşı, zaman alan və çox xırda bir işdir. Tatuaj xüsusi iynəli tatu maşını ilə vurulur".

İ.Mırtıyevanın dediyinə görə, bəzən ani bir həvəslə tatuaj vurdurub, sonra onu sildirməyə qərar verən insanlar da olur. Artıq müasir kosmetologiya tatuajın silinməsi prosesini də həyata keçirir ki, bu da tatuajın vurulması qədər ağır bir prosesdir. Kosmetoloqun sözlərinə görə, tatuaj orqanizmə zərəri olmayan müxtəlif boyalarla vurulur.

Bəs həkimlər bu barədə nə düşünür? Həkim terapetv Bəsti Əlməmmədovanın sözlərinə görə, tatuaj zərərsiz boyalarla vurulursa, təbii ki, bunun insan orqanizminə zərəri ola blməz. Amma tatuaj vurulan iynələr mütləq strelizə edilməlidir. "Özünüz də bilirsiniz ki, son zamanlar yoluxucu xəstəliklər durmadan artır. Bunun qarşısını bütün yollarla almağa çalışmaq lazımdır. Tatuaj etdirən zaman da iynələrin strelizə etdirilməsi tələb olunmalıdır. Əks halda, tatuaj etdirən hepatit, AİDS və siflis kimi müxtəlif xəstəliklərə yoluxa bilər".

Həkim əsəb sistemində problemi olan xanımların tatuaj etdirməməsini məsləhət bilir. "Çünki tatuajın verdiyi ağrı güclü olduğu üçün bu ağrı həmin şəxsdə kəskin böhrana səbəb ola bilər".
Siz tatuaj vurdurmaq istəsəniz bədəninizdə hansı döymə şəklini istərdiniz?


Şərhlər:
Baxılıb: 4855
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz