Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu xallar xərçəngin xəbərçisidir
Bu xallar xərçəngin xəbərçisidir
Göndərən: Nazlı_qız
Şərhlər: 17
Baxılıb: 2733
Səs ver:
Bədəninizdə olan xallara diqqətlə baxın.

Onların bəziləri sizi təhlükəli xəstəliklərdən xəbərdar edə bilərlər.

Belə ki, son illər aparılan araşdırmalar xalların dəri xərçənginin işarəti ola biləcəyini ortaya çıxarıb. Təbii ki, bu, bütün xallar üçün keçərli deyil.

Bəs hansı xalları təhküləli hesab etmək olar? Xərçəngin xəbərçisi hesab edilən xalların xarakterik xüsusiyyətlərini təqdim edirik:

Mütəxəssislər bildirirlər ki, uşağın bədənində doğuşdan bir neçə gün sonra görünən xallar o qədər də təhlükəli deyil. Ancaq xalın ölçüsünə diqqət etmək lazımdır. "Doğuş izi” adlandırılan iri və tünd rəngli xallar gələcəkdəki təhlükələrin ilk işarəti ola bilər. Belə xala sahib insanlar ildə bir dəfə həkim müayinəsindən keçməlidirlər.

Müəyyən yaş həddindən sonra yaranan xallar isə daha təhlükəlidir. Belə xallara hər gün nəzər yetirmək lazımdır. Əgər xalın rəngində və ya ölçüsündə dəyişiklik baş veribsə, dermatoloqa müraciət etmək lazımdır.

Həmçinin, simmetrik olmayan, xalın müxtəlif rənglərdə olması, 6 millimetrdən böyük olması da təhlükə siqnallarının çalınması deməkdir.

Dermatoloqlar bildirirlər ki, xalın əməliyyatla götürülməsinin zərərli olduğu ilə bağlı fikir tamamilə yanlışdır. Hətta bəzi xallar mütləq götürülməlidir.

Çünki problemli xal daha sonra xərçəngə çevrilə bilər.

Hansı xalları əməliyyatla götürmək lazımdır?

Analizlər zamanı xalda riskli dəyişikliklər müşahidə edilibsə;

Əgər xalın üzərində tüklər çıxıbsa;

Xal genital bölgə kimi xəstəni narahat edə biləcək yerlərdə yaranıbsa;

Rəngi gah qırmızı, gah da qəhvəyi olursa;

Ölçüsü çox böyükdürsə;

Bir sözlə, bədəninizə tez-tez göz gəzdirin və xallarınızda olan dəyişiklikləri nəzərdən qaçırmamağa çalışın.


Şərhlər: 17
Baxılıb: 2733
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aziz a
Xala bicaq deydise , ziyani daha cox olur.
26 mart 2015 23:11
# 17
Qelbim doludu !!!!
Catwoman666
Allah elemsin Allah hamini qorusun gerek vaxtinda hekime muraciet edesen
26 mart 2015 19:04
# 16
"All men must die, but we are not men"

Daenerys Targaryen
Mrs.Pianist
Menim emim qizi teze olanda çiynində qara yekə vardı həkim dediki uşaq böyüdükcə oda yekələcəy ona görə 3 aylıq olanda əməliyat olundu götürdülər indi yoxdu tikişin izi qalmışdı oda yavaş yavaş qız böyüdükcə gedir. 11 yaşı var indi
26 mart 2015 18:53
# 15
Acısı çox olan qizların guluşu gozel olur.!
Sucan
Bilmirdim xeber ucun sagol
26 mart 2015 17:14
# 14
ece uslu
xallarin bele tehluke yaradacagini hec ewitmemmiwdim ancaq xalin kesdirilmesinin tehlukeli oldugunu bilirem
26 mart 2015 16:48
# 13
lelos
Allah uzaq elesin
26 mart 2015 16:14
# 12
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
vipbetul
esasen kurek hissede yaranan xallar ciyer xesdeliyi ile xerceng olue
26 mart 2015 15:50
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Luna-90
Menim axir vaxtlar xallarim artib demeli men xercengem 122 oglum demis cok komik

Gozumun yaninda xirda etli xal cixmisdi uzumu yuyanda krana deydi uzum xalim qopdu qanadi heleki sagam yasayiram uje 2hefteden coxdu . 122
26 mart 2015 14:52
# 10
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
tek umidim sen
Allah uzaq elesin. Xeber lazimli xeberdi. Cox sagolun!...
26 mart 2015 14:40
# 9
Kadın derin ama adam yüzme bilmiyor...
BARBI
Bu xallar cox tehlukelidir el deymek kesdirmek qetiyyen olmaz
26 mart 2015 14:34
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
arzum-aysum
Allah uzaq elesin bu murdar xesteliye ducar etməsin hec kesi. amin
26 mart 2015 13:42
# 7
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
aliceWOnDer
Bu haqda məlumatım yox idi
26 mart 2015 13:39
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
emis
xallarin bu qeder riskli oldugunu bilirdim hemde xaldan qorxuram necesini taniyiram xaldn xestelik tapib mendede var xal ama uzumde 1-2 dene olar olmaz. bedenimde var oda xosuma gelir cunki cox xirdadi xosuma gelir bir deyim de var ki xali cox olanin guya ki dusmeni de cox olur demeli menim dusmenim coxdu. mende xallarin emeliyyatla goturulmesine pis baxiram eyer narahat etmirse niye goturdekk ki, durur dana allahin verdiyi bir``seydi oda. menim mamamda sinesinin yaninda var et xali tehlukelidir pis yerdede paltar geyinende narahatcciliq edir hele bir defede qanamisdi
26 mart 2015 13:30
# 5
Tomris Müslümova
hecne sebebsiz deyilmis ee
26 mart 2015 12:57
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
tatyana
xallar haqda hekim xeberdaligi esitmisem,xala nese etmek tehlukeli oldugunu bilirem
26 mart 2015 12:49
# 3
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Qlamurr
Mənim çənəmdə xal var,bir az iridi,ancaq ölçüsü heç dəyişmiyib,biricidən necədisə, elə də qalıb.Ancaq xalın əməliyyatla götürülməsinin riskli,təhlükəli olduğunu eşitmişəm.
26 mart 2015 12:39
# 2
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Bu haqda məlumatım var, şükür bu cür anadan gəlmə problemlər yoxdu, ümumiyyətlə xallı birisi deyiləm sadəcə əlimin içində var biri..
26 mart 2015 12:37
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz