Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Boğaz ağrısını yumşaldan 6 tövsiyə
Boğaz ağrısını yumşaldan 6 tövsiyə
Göndərən: Gulu-Qezi
Şərhlər: 9
Baxılıb: 1967
Səs ver:
Qəfil soyuyan havalar xəstəlikləri də özü ilə gətirir. Xüsusən də, boğaz ağrısı və öskürək  adamın lap zəhləsini tökür. Öskürək başladımı, dayanmaq bilmir. Yolda, küçədə, ictimai nəqliyyatda, işdə istəsək də, istəməsək də, öskürək və asqıraqlarımızla insanların diqqətini çəkirik. "Sağlam ol” duası isə nə öskürəyi kəsir, nə də ki, sağalmağa kömək edir... Bəs, özümüzü xəstəliklərdən necə qoruya bilərik?
Boğaz ağrısını azaldan bitkilərin siyahısını təqdim edirik:

Bitki çayları: Adaçayı, zəncəfil, nanə kimi bitki çayları boğaz ağrısını yüngülləşdirir və quruyan boğazı yumşaldır. Bu çaylara bal əlavə etməklə, çayın təsirini gücləndirə bilərsiniz.
Siqaret: Boğazınız ağrıyarkən qətiyyən siqaret çəkməyin və siqaret çəkilən mühitdə olmayın. Oturduğunuz otağın havasını tez-tez dəyişin.

Cökə
Şübhəsiz ki, cökə, "qrip" dedikdə ağlımıza ilk gələn bitkilərdən biridir. Aparılan araşdırmalar cökə ağacının tərkibindəki komponentlərdən bəzilərinin (flavonoit) iltihablara qarşı müdafiə etdiyini və ağrı kəsici təsir göstərdiyini sübut dib. Bəzi komponentlərin (müsilaj) isə boğazı yumşaldaraq soyuqdəymə şikayətlərini azaltdığı bildirilir.

Adaçayı
Soyuq qış günlərində ən çox şikayət edilən xəstəliklər, əsasən, ağız və boğaz iltihablarıdır. Adaçayı yarpaqlarının tərkibindəki  uçucu komponentlər sayəsində ağız və boğaz iltihablarını (faringit, jinjivit kimi) aradan qaldırmaq olar. Bişirilmədən, çay şəklində hazırlanan adaçayı qarqara edilir. Bu boğaz xəstəliklərindən qorunmağı asanlaşdırır.

Mixək
Hər bir mətbəxin baş tacı olan mixək ağız və boğaz infeksiyalarına qarşı möcüzəli təsiri ilə tanınır. Tərkibində olan uçucu xassəli öjenol sayəsində boğaz yanmasının qarşısını alan mixək bakteriya və virusların səbəb olduğu üçün ağız, boğaz infeksiyalarında antiseptik və ağrı yumşaldıcı kimi istifadə edilir. Aparılan araşdırmalar mixək yağının istifadə edildiyi antibiotiklərin təsirinin daha güclü olduğunu göstərib. Alimlər belə qənaətə gəlib ki, mixək yağının uçucu xüsusiyyəti antibiotiklərin təsirini artırır. Mixəyin, xüsusilə, öjenol daşıyan Seylon darçını çubuğu ilə birlikdə çay kimi içilməsi, ya da çayının qarqara edilməsi təklif edilir.

İstiot
Dənəcik və toz növlərindən hazırlanan istiot çayını qarqara etdikdə boğaz infeksiyasının qarşısını almağa və yüngülləşdirməyə yardım edir. Aparılan araşdırmalar istiotun immunitet sistemini tənzimlədiyi, yanğı və spazmalara islahedici təsir göstərdiyini təsdiq edir.

Zəncəfil
Saysız-hesabsız faydaları olan zəncəfildən bir çox ölkədə müxtəlif məqsədlərlə istifadə edilir. Soyuqdəymə və öskürəyə qarşı təsirli olduğu sübut edilən bu bitki, həzm sistemi xəstəlikləri üçün də olduqca faydalıdır.

Ekinezya (koni çiçəyi)
Üst tənəffüs yolu xəstəliklərinə qarşı təsirli olan digər bitki isə ekinezyadır. Aparılan klinik araşdırmalar bu bitkinin immunitet sistemini möhkəmləndirdiyini və bədəni soyuqdəyməyə qarşı qoruduğunu sübut edib. Bu tədqiqatlar nəticəsində əldə edilən məlumatlara görə, tərkibində ekinezya olan məhsulların soyuqdəymə nəticəsində güclənən viruslara öldürücü təsiri var. Ekinezya eyni zamanda virusların güclənməsi nəticəsində  baş verən iltihabın (sitokinler) sonrakı fəsadlarına da nəzarət edir. Belə ki, boğaz və ağ ciyərlərdə yarana biləcək ağırlaşmaya mane olur


Şərhlər: 9
Baxılıb: 1967
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
boqazim aqridiqda chalishiramki derman qebul etmiyim
9 mart 2015 22:49
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lili)
birce defe aqrayib boqazim odaki dehsetli derecede
5 fevral 2015 09:52
# 8
ece uslu
hec birinden ice bilmirem
2 fevral 2015 23:17
# 7
emis
faydali meslehetdi faydasini gorururk tesekkurler
2 fevral 2015 16:58
# 6
ayan97
Tessekkurler bogazim Agrayanda isti cay icirenm.duzelir
2 fevral 2015 11:57
# 5
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
SEVGI DENIZIM
hecbirini sevmirem
2 fevral 2015 11:27
# 4
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Fialka
Hərdən bir qrip olanda ağrıyır faydalı məsləhətlərdi mixək və nanə çaylarından istifadə edəcəm

Hərdən bir qrip olanda ağrıyır faydalı məsləhətlərdi mixək və nanə çaylarından istifadə edəcəm
2 fevral 2015 09:54
# 3
BARBI
Hec vaxt bogaz agrim olmur
2 fevral 2015 09:36
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
sona
Hal hazirda bogazimin agrisinnan olurem. bu gun gulxetimi icdim. Sabah zencefil demliyib icecem tewekkur
2 fevral 2015 02:07
# 1
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz