Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pankreatit haqqında
Pankreatit haqqında
Göndərən: ismayilova ulker
Şərhlər: 14
Baxılıb: 1110
Səs ver:
Pankreatit- mədəaltı vəzin iltihabi xəstəliyi olub, ifraz etdiyi şirənin tərkibində olan fermentlərin aktivləşməsi ilə xarakterizə olunur. Normal halda bu fermentlər qeyri-aktiv halda olurlar, yalnız 12-barmaq bağırsağın şirəsi ilə qarışdıqda fəallaşırlar. Mədəaltı vəzin zədələnməsi (travma, iltihab və s.) zamanı isə fermentlər vəzinin daxilində aktiv hala keçə bilirlər.
Pankreatit yayılmış xəstəlikdir, adətən cavan və orta yaşlılarda daha çox müşahidə olunur. Müxtəlif kliniki formalarda (kəskin, xroniki, reaktiv) təsadüf oluna bilər. Kəskin forma qarnın yuxarı nahiyəsində kəskin ağrılarla müşayiət olunur. Xroniki pankreatitdə isə ağrılar yeməkdən 1-2 saat sonra başlayır. Reaktiv forma isə qidanın tərkibində olan yağların həzminin çətinləşməsi ilə bağlı yaranır.Əslində mədəaltı vəzi zülalları, karbohidratları və yağları parçalamaq üçün bir neçə ferment ifraz edir. Onlar içərisində yağların parçalanmasında iştirak edən lipaza fermenti xüsusilə əhəmiyyətlidir. Yağların həzmi üçün həmçinin öd vacib komponentdir. Buna görə də öd kisəsinin iltihabı, burada olan durğunluq, öd daşları mədəaltı vəzin fəaliyyətinə mənfi təsir göstərir.
Pankreatiti müalicəsədə əsasən nəyə diqqət yetirilməlidir?

Erkən mərhələlərdə və ağırlaşmalar olmadıqda xəstəliyi konservativ müalicə etmək mümkündür.
Xəstəliyə gətirib çıxaran patogenetik faktorların aradan qaldırılması, həmçinin alkoqollu içki qəbulundan imtina edilməsi, mədə-bağırsaq traktının funksiyalarının normallaşdırılması, pəhriz və eləcə də bitki müalicəsi mühüm əhəmiyyət daşıyaraq müalicəni asanlaşdırır.
Öd kisəsi-pankreas sisteminin sekretor və motor funksiyasını normallaşdırır və iltihab əleyhinə təsir göstərirlər: 10,0 cirə toxumları, 10,0 dəmrovotu, 10,0 qarğıdalı saçaqları, 10,0 zəncirotu kökü, 10,0 dazıotu, 10,0 üçrəngli bənövşə otundan ibarət dəmləmə hazırlanır, isti halda gündə 3 dəfə 1 stəkan yeməkdən 20-30 dəqiqə əvvəl qəbul edilir.
Mədəaltı vəzin fermentlərinin çatışmazlığını pankreatinlə təmin etmək olar. Tez-tez ishal olduqda hər dəf yeməkdən əvvəl qəbul edilməsi məsləhət görülür. Preparatı qələvi su ilə qəbul etmək effektlidir. Dozası isə mədə-bağırsağın fəaliyyəti normallaşana kimi artırılır. Bunu panzinorm-forte ilə də əvəz etmək olar. Bu preparat gündə 3 dəfə 1-2 həb yemək zamanı qəbul edilir.
Xəstəliyin gedişinə tərkibində spazmolitik, ağrıkəsici, aşılayıcı, öd əmələ gətirən, öd qovucu, həmçinin antimikrob vasitələr olan bitki yığıntısı da müsbət təsir edir. Şüyüt tumları - 30,0; nanə yarpaqları – 30,0; yemişan – 20,0; solmazçiçək çiçəkləri – 20,0; çobanyastığı – 10,0 götürülərək qarışdırılır, gündə 3 dəfə 2\1 stəkan yeməkdən 1 saat sonra qəbul edilir.
Bundan əlavə, dazıotu, nanə, üçrəngli bənövşə, cökə yarpaqları, çobanyastığı çayı içmək məsləhət görülür. Onları ilıq halda yeməkdən əvvəl 2\1-1 stəkan içmək lazımdır.
Aşağıdakı dəmləmələrlə iltihabı aradan qaldırmaq olar:

1x.q solmaz çiçək bitkisi çiçəkləri üzərinə 1 stəkan su tökülür, qarışdırılaraq 30 dəqiqə qaynadılır. 2 saat saxlanılır, süzülür, gündə 3 dəfə 3\1, 2\1 stəkan yeməkdən əvvəl ilıq halda qəbul edilir. Kurs müalicə 2 aydır.
1 x.q acı yovşan otu üzərinə 1 stəkan su tökülür, 5 dəqiqə qaynadılır, 45 dəqiqə saxlanılır, süzülür, 3x.q yeməkdən 15 dəqiqə əvvəl qəbul edilir. Gündə 3 dəfə 2 ay ərzində içmək məsləhət görülür.
Murdarça qabıqları və gicitkan yarpaqları - hərəsindən 3x.q, 2x.q nanə yarpaqları, 1 x.q kəcəvər və pişikotu götürülür, 1x.q alınan qarışıqdan üzərinə 1 stəkan su tökülür, qaynadılır, 2 saat saxlanılır, süzülür, 2\1 stəkan səhər və axşam içilir. Müalicə kursu 3 həftədir.
Əgər kəskinləşmələr nadir hallarda olarsa, fitoyığıntı müalicəsi ildə 2 dəfə 1 aylıq kursla (oktyabrda və apreldə) aparılmalıdır. Xəstəliyin tutmaları tez-tez olduqda isə müalicənin 2 il müddətinə 2 aylıq kursla, 2 həftəlik fasilə olmaqla aparılması səmərə verir.
Xəstəlik zamanı hansı pəhriz məsləhət görülür?

Tutmalardan 3 gün sonra ac qalmaq lazımdır – yalnız mineral su, itburnu dəmləməsi və şəkərsiz açıq çay içmək olar. Aclıq edəndən sonra yalnız buxarda bişmiş və ya qaynadılmış qidalar (ət kotleti, sufle), sıyıqlar (yulaf, qarabaşaq), zülal omleti, təzə kəsmik, bişmiş alma, yarmalı şorbalar, suxarı yemək məsləhətdir. Sonralar boyat buğda çörəyi, mayasız peçenye, qaynadılmış yağsız ət, turş olmayan kəsmik və kefir, yağsız pendir növləri də əlavə oluna bilər. Tədricən səhər yeməyinə süzgəcdən keçirilmiş tərəvəzlər (kartof, kök, balqabaq, çuğundur) daxil edin; kərə yağı (sutkada 30 qramdan çox olmamaq şərti ilə), bitki yağı (15 qramdan çox olmamaq şərti ilə). Daha yaxşı olar ki, hazır xörəyə əlavə edilsin. Gün ərzində qida qəbulunu azı 5 dəfəyə bölüşdürün.

Yadda saxlayın:
Hər zaman, xüsusilə müalicə dövründə, tutmadan 1 ay sonra aşağıdakılar qadağandır:
İstənilən yağlı yeməklər, bulyonlar (ət, göbələk, balıq), ətin və balığın yağlı növləri (qoyun əti, qaz, ördək, nərə, qızıl balıq, karp), hisə verilmiş balıq və balıq kürüsü, istənilən formada göbələk, turşuyyat, ədviyyat, şokolad, tünd çay, kofe, çiy tərəvəzlər (ağbaş kələm, turşəng, şomu, kahı, turp, noxud, lobya), meyvələrdən – xurma, ananas, sitrus bitkiləri, alkoqollu içkilər, qazlı sular, çovdar çörəyi, mayalı un və qənnadı məmulatları.

Xroniki pankreatitin ağırlaşması zamanı dietoloqların təklif etdiyi təxmini menyu:
1-ci səhər yeməyi – zülal omleti, şəkərsiz düyü sıyığı, çay;
2-ci səhər yeməyi – təzə hazırlanmış kəsmik, kefir, qabığı soyulmuş təzə alma;
Nahar – 2\1 boşqab tərəvəz şorbası, buxarda bişmiş ət kotleti, yerkökü püresi, meyvə şirəsindən kisel;
2-ci nahar yeməyi – itburnu dəmləməsi, suxarı və ya buğda çörəyi;
Şam yeməyi – yağsız qaynadılmış balıq və kartof, yaxud şəkərsiz südlü yulaf sıyığı, çay.


Şərhlər: 14
Baxılıb: 1110
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
o qeder xestelkler varki
9 mart 2015 21:35
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ismayilova ulker
Düzdü bacı məndə o mənada dedim yəni qorumasan ağırlaşa bilər. Allah şəfa versin bacım. Mənim mamamdada var. Allah hər kəsi xəstəliklərdən qorusun Amin.
Sitat: tatyana
Sitat: ismayilova ulker
Qizlar bu xesteliklerden agiri sayilir. Yazmadim sizi qorxudum)) sadece bilmenizi istedim. Ozunuzu qoruyun deya ramizda bele xesteiyi olanlar az deyilki. Maariflenmek yaxsi haldi. Baxin ixudunuz haqqinda melumatiniz oldu. Men ne bilim esebleseceksiniz.

Xeberi hazirlayandan yayima qoyandan redakte edandan Allah razi olsun.

Agiri sayilir dedikde beledirki ozunu qorumasan butun xestelikler agirlasir getdikce,mende var xroniki pankreatit nece ildi,keskinlesen zaman mualice aliram bir hefte stem qoyurlar gunde uc defe.gerek her zaman yediklerine fikir veresen.(elede qorxulu deyil)
20 yanvar 2015 01:20
# 13
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
ece uslu
wukur bele problemim yoxdu
19 yanvar 2015 23:36
# 12
emis
bildiyimiz yaxsi sagol baji melumatlandirdigin ucun
19 yanvar 2015 13:18
# 11
tatyana
Sitat: ismayilova ulker
Qizlar bu xesteliklerden agiri sayilir. Yazmadim sizi qorxudum)) sadece bilmenizi istedim. Ozunuzu qoruyun deya ramizda bele xesteiyi olanlar az deyilki. Maariflenmek yaxsi haldi. Baxin ixudunuz haqqinda melumatiniz oldu. Men ne bilim esebleseceksiniz.

Xeberi hazirlayandan yayima qoyandan redakte edandan Allah razi olsun.

Agiri sayilir dedikde beledirki ozunu qorumasan butun xestelikler agirlasir getdikce,mende var xroniki pankreatit nece ildi,keskinlesen zaman mualice aliram bir hefte stem qoyurlar gunde uc defe.gerek her zaman yediklerine fikir veresen.(elede qorxulu deyil)
19 yanvar 2015 12:13
# 10
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
ismayilova ulker
Qizlar bu xesteliklerden agiri sayilir. Yazmadim sizi qorxudum)) sadece bilmenizi istedim. Ozunuzu qoruyun deya ramizda bele xesteiyi olanlar az deyilki. Maariflenmek yaxsi haldi. Baxin ixudunuz haqqinda melumatiniz oldu. Men ne bilim esebleseceksiniz.

Xeberi hazirlayandan yayima qoyandan redakte edandan Allah razi olsun.
19 yanvar 2015 11:26
# 9
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Fialka
Allah uzaq etsin və əziyyət çəkənlərə şəfa versin amin.
19 yanvar 2015 10:45
# 8
lili)
xesdeliklerden danisma baji canimiz xesdedi onsuzda
19 yanvar 2015 09:03
# 7
rəmsə
Allah uzaq eləsin.
19 yanvar 2015 08:20
# 6
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Miss_Oxatan
Allah korusun bir bu qalmiwdi.a bajiiii.xeber tapmadin?))))))
19 yanvar 2015 07:48
# 5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Sukur bu problem yoxdur bu xestelik cox agrili olur
19 yanvar 2015 03:54
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Wappuw
lazimli xeberdi
19 yanvar 2015 03:09
# 3
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Luna-90
Mende 100faiz narahatdi medemde agirliq agrilar olur hami hekimleri verdiyi gic gic dermanlardan medem xeste dusub
19 yanvar 2015 02:54
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
ayan97
Sorry 03 07
19 yanvar 2015 02:07
# 1
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz