Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qaraciyərin böyümə səbəbləri
Qaraciyərin böyümə səbəbləri
Göndərən: Antikvar
Şərhlər: 12
Baxılıb: 2945
Səs ver:
Tibbi dildə qaraciyərin böyüməsi "hepatomeqaliya" adlandırılır.

Bu patoloji vəziyyət tək qaraciyər pozulmaların simptomu deyil. Bəzi digər orqan və sistemlərin pozulmaları və xəstəlikləri zamanı qara ciyərin böyüməsi müşahidə olunur.

Qaraciyərin böyüməsinin səbəbləri müxtəlif ola bilər. Bu səbəblərin arasında:
- virus infeksiyaları (A,B,C,D,E hepatitləri);

- qaraciyər hüceyrələrinin autoimmun zədələnmələri. Bu zaman qara ciyərin hüceyrələri özləri özlərini məhv etməyə başlayır.

- qaraciyərin parazitar xəstəlikləri (exinokokkoz). Qurd (exinokokk) insanın orqanizminə düşdükdən sonra qara ciyərdə "yaşamağa" başlayır. Qurd böyüydükcə qaraciyərin ölçüsü (bir payı) böyüyür, qara ciyərin damarları sıxılır və bu qaraciyərin fəaliyyətinin pozulmasına səbəb olur. Exinokokkozun müalicəsi yalnız cərrahiyə üsulu ilə həyata keçirilir.

- qaraciyərin şişləri və kistaları;

- qaraciyər damarların patologiyaları;

- spirtli içkilərin qəbulu nəticəsində inkişaf edən qaraciyər iltihabları;

- mübadilə proseslərin pozulması. Bu pozulmaların nəticəsində qaraciyərdə parçalanmamış vəziyyətdə müxtəlif maddələr (dəmir, piy, qlikoqen) yığıla bilər ki, bu da öz növbəsində qaraciyərin böyüməsinə səbəb olur.

- ürək-damar sistemi bir çox patologiyaları zamanı qaraciyərin böyüməsi müşahidə olunur.

İlk mərhələlərdə hepatomeqaliya özünü heç bir simptomla büruzə verməyə bilər. Qaraciyərin ağrı reseptorları yoxdur. Lakin qaraciyərin üzərində olan kapsul (pərdə) dartınmır və bu kapsulda çoxlu ağrı reseptorları var. Böyümüş qaraciyər kapsula təzyiq etdikdə insanda sağ qabırğa altı nahiyəsində diskomfort, ağırlıq hissi yaranır. Daha sonra isə bu nahiyədə ağrı hiss olunmağa başlayır və qaraciyər çatışmazlığı simptomları inkişaf edir. Bu simptomları arasında:

- həzm proseslərin pozulması,

- dəri örtüklərin və selikli qişaların saralması,

- qarının böyüməsi,

- dəridə səpgilər,

- tez-tez baş verən qanaxmalar (burun qanaxmaları, qadınlarda uşaqlıq qanaxmaları və s.),

- assit (qarın boşluğunda mayenin yığılması), ödemlər və s.

Qaraciyərin böyüməsi adi qarının ön divarının manual müayinəsi zamanı (əllə müayinə)  və ya USM zamanı təyin oluna bilər.

Normada manual müayinəsi zamanı qaraciyər sağ qabırğa qövsdən aşağıda təyin olunmamalıdır. Əgər təyin olunursa, bu o deməkdir ki, qaraciyər böyüyüb.

Qaraciyər bütövlükdə böyüyə bilər və ya onun hər hansı payı böyüyə bilər (bu halda şişdən, kistadan və ya exinokokkozdan şübhələnmək olur).

Əgər sizdə qaraciyərin böyüməsi təyin olunubsa, ilk növbədə hepatoloqa müraciət edin. Hepatomeqaliyanın səbəbini təyin etmək üçün həkim sizi əlavə müayinə və analizlərə göndərə bilər:
- qanın ümumi və biokimyəvi analizləri;

- qaraciyər sınaqları (bilirubin, ALT, AST)

- virus hepatitlərin markerlərinə görə analiz;

- USM (qarın boşluğu);

- KT və MRT;

- lazım olduqda qaraciyərin biopsiyası təyin olunur (USM nəzarəti altında qaraciyərin mikroskopik hissəsi analiz üçün götürülür);

- həkim xəstədə ürək-damar sistemi patologiyasında şübhələndikdə, xəstəyə EKQ və exo-kardioqrafiya təyin oluna bilər.
Hepatomeqaliyanın səbəbi aşkar olunduqda, həkim bu səbəbdən asılı olaraq xəstəyə müalicə təyin edir.


Şərhlər: 12
Baxılıb: 2945
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Allah uzaq elesin,qaraciyer xesteliyi son zamanlarda cox yayilib
9 mart 2015 01:22
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
gulunnn
Allah uzaq etsin her birimizden amin
8 yanvar 2015 23:48
# 11
FISTIK
Allah sefa versin bu xestelikden ezyet cekenlere.
2 yanvar 2015 18:29
# 10
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
ʚɞღ..Sultanım..ღʚɞ
Tesekkur xebere gore..ALLAH qorusun
1 yanvar 2015 21:49
# 9
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
Gulu-Qezi
ALLAH KOMEK OLSUN
1 yanvar 2015 21:30
# 8
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
ece uslu
allah qorusun her birimizi
1 yanvar 2015 19:18
# 7
my_angel
heç bilmirdim təşəkkürlər
1 yanvar 2015 16:42
# 6
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Aysel Tatli
ALLAH BIZI BELE DERDLERDEN QORUSUN AMIN
1 yanvar 2015 16:37
# 5
Fialka
Allah əziyyətcəkənlərə kömək olsun
1 yanvar 2015 13:11
# 4
BARBI
Ciddi problemdir mutleq hekime muraciet etmey lazimdir
1 yanvar 2015 13:04
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Little girl
Allah uzaq elesin.Bele xesteliyi olanlara da sefa dileyirem.
1 yanvar 2015 12:40
# 2
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
adsiz-a
Allah qorusun,Allah .efa versin
1 yanvar 2015 12:37
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz