Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əllərimiz hansi xəstəliklərdən xəbər verir
Əllərimiz hansi xəstəliklərdən xəbər verir
Göndərən: Nazlı_qız
Şərhlər:
Baxılıb: 2070
Səs ver:
Falçılar insanın əllərinin içinə baxıb onun keçmişini və gələcəyini "görə bilirlər". Təbii ki, bu cəfəngiyatdır və buna yalnız çox sadəlövh insan inana bilər.
Lakin insanın səhhətində olan bəzi pozulmaları və xəstəlikləri məhz onun əllərinə baxıb təyin etmək mümkündür.

Belə ki, əgər insanın əlləri hətta isti havada soyuq olur, soyuq havada isə ağarır və keyiyirsə, bu insanda olan periferik qan dövranı pozulmasından xəbər verə bilər.

İnsanın əlləri daim nəm olduqda, bu ürək xəstəlikləri və qalxanvari vəzidə olan pozulmalardan (qalxanvari vəzi hiperfunksiyası) xəbər verə bilər.

Daim nəm və isti əllər qalxanvari vəzi funksiyasının artması (hormonlar lazım olandan artıq miqdarda ifraz olunur), daim quru və soyuq əllər isə qalxanvari vəzi funksiyasının azalmasının (hormonlar lazım olandan az miqdarda ifraz olunur) əlaməti ola bilər.

Əgər insan səhər yuxudan oyandıqdan və ya uzun müddət ərzində oturaq vəziyyətdə (məsələn, kitab oxuduqda və s.) olduqdan sonra barmaqlarında keyimə hiss edirsə, bu boyun osteoxondrozun əlaməti ola bilər.

Bilək nahiyəsində olan ağrılar və keyimə tez-tez kompüterdə işləyən insanlarda müşahidə olunur.

İnsanın ovucları qeyri-təbii qırmızı rəngdə olduqda, bu qara ciyərin toksiki zədələnməsinin (hepatit, hepatoz) əlaməti ola bilər.

Ovucların dərisi sarımtıl olduqda, bu öd kisəsi və qara ciyərdə olan pozulmaların (hepatit, öd daşı xəstəliyi, xolesistit və s.) əlaməti ola bilər.

İnsanın çeçələ barmağı tez-tez keyidikdə, bu ürəkdə olan problemlərin əlaməti ola bilər.

Əgər əl barmaqları ödemləşir və şişirsə, bu poliartrit xəstəliyin əlaməti ola bilər. Revmatoloqa müraciət edin.

Əllərin dərisi çox ağ olduqda, bu anemiya (qanazlığı), hipotoniya (arterizl təzyiqin aşağı olması), sinir sistemi pozulmalarının əlaməti ola bilər.

Əllərin dərisi qabıq verirsə, bu vitaminlərin (xüsusilə A və D vitaminlərin) çatışmazlığından xəbər verə bilər. Bəzən isə bu göbələk infeksiyasının əlamətidir.

Əllərin tez-tez əsməsi hipertireoz (qalxanvari vəzi funksiyasının artması) və ya şəkərli diabet (şəkərin səviyyəsi normadan aşağı olduqda) zamanı müşahidə oluna bilər. Bundan əlavə bu sinir sistemi pozulmaların (nevroz və s.) əlaməti ola bilər.


Şərhlər:
Baxılıb: 2070
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz