Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Demodeks - dərialtı gənələr
Demodeks - dərialtı gənələr
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1276
Səs ver:
Demodekoz xəstəliyini insanların piy vəzilərində və saç follikullarında yaşayan mikroskopik demodeks gənələri törədir.
Bu xəstəlik özünü bu kimi simptomlarla büruzə verir: insanların üz dərisində məsamələr genişlənir, qırmızı ləkələr əmələ gəlir, dəri həddən artıq yağlanır, qaşınır, səthi nahamar (kələ-kötür) olur, burun ölçüləri böyüyür, rəngi dəyişilir (göyümtül-qırmızı, gavalıya bənzəyir). Kişilərdə üz dərisində gənə olan nahiyələrdə tüklər tökülür.
İnsanların bir çox hissəsi bu problemləri özləri aradan qaldırmağa çalışır və ya həkim-dermatoloqa yox, müxtəlif "kosmetoloqlara" müraciət edirlər. Bu isə yalnız vəziyyətin daha da ağırlaşmasına səbəb olur. Demodekoz kifayət qədər ciddi və təhlükəli xəstəlikdir və öz-özünə keçib getmir. Xəstəlik uzun müddət davam edərsə, gənələr sinə və kürək nahiyəsinə də yayıla bilər.
Xəstəliyin müalicəsi uzunmüddətlidir və kompleks şəklində aparılır. Bu səbəbdən dəridə hər hansı problemlər yarandıqda, ilk növbədə həkim-dermatoloqa müraciət etmək lazımdır. Bu "adi sızanaqlar" yox, daha ciddi dəri xəstəliyi ola bilər.
Demodekoz tək üz dərisində deyil, başin tüklü nahiyəsində, kirpiklərdə və qaşlarda da ola bilər. Bu zaman saçlar, kipriklər və qaşlar tökülür, dəri qızarır, qaşınır. Gözlərdə yorğunluq, qıcıqlanma, gözə "tökülən qum” hissiyatı əmələ gəlir.
Demodeks gənələrinin sevdiyi nahiyələr – göz qapağı və dərisi, qaşüstü qövs nahiyəsi, alın, burun-dodaq büküşləri, çənə və xarici qulaq keçəcəyidir.
Demodeks gənələri geniş yayılmış parazitlərdir. Onlar orqanizmdən kənarda uzun müddət yaşaya bilir. Demodekoz xəstəliyi təmas yolu ilə bir insandan digərinə yayılır. Məhz bu səbəbdər digər insanlara məxsus olan daraqlardan, dəsmallardan, kosmetik və dəriyə qulluq vasitələrdən və s. fərdi əşyalardan istifadə etmək olmaz. Gənələr uzun müddət ərzində kosmetik kremlərdə və digər kosmetik vasitələrdə yaşaya bilir.
Yaz-yay aylarında demodekoz xəstəliyinə daha tez-tez rast gəlinir.
Onu da nəzərinizə çatdıraq ki, sağlam insanların bir hissəsinin dərisində bu gənələri tapmaq olur. Lakin bu heç də o demək deyil ki, bu insanlarda demodekoz mütləq inkişaf edəcək. Xəstəlik daha çox immun sistemi zəifləmiş, maddələr mübadiləsi pozulmuş, xroniki mədə-bağırsaq xəstəlikləri olan insanlarda rast gəlinir. Güclü emosional streslər, solyariy və günün altında qaralma ilə süi-istifadə demodekozun yaranmasına səbəb ola bilər.
 
 
Demodekoz xəstələri üçün məsləhətlər:
Demodeks gənələri suyu çox sevdiyindən həftədə iki dəfə yuyunmaq lazımdır.
Üz dərisi aloye və kələm şirəsində isladılmış salfetlərlə maska edilir.
İmmun sistemi möhkəmləndirmək, müqaviməti artırmaq üçün İMMUNOTEA çayı və ŞƏFA vitamini içilməsi məsləhətdir.
Üz dərisi gündə 3-4 dəfə səpgilər üçün FİTOLOSYON vasitəsiylə silinir.
Tük balışlardan imtina edilir və mütəmadi olaraq yataq dəsti yuyulur, ütülənir və təzələnir.
Dəri günəş şüaları, külək və şaxtadan qorunmalıdır.
Qida rasionundan kəskin ədviyyatlı, şirin, yağlı qidalar və alkoqol çıxarılmalıdır.
Daha çox meyvə və tərəvəzlərdən istifadə edilməlidir.


Şərhlər:
Baxılıb: 1276
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz