Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Paradont xəstəliklərinin təsnifatı
Paradont xəstəliklərinin təsnifatı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1259
Səs ver:
Dişi əhatə edən toxumaların xəstəlikləri hələ qədim dövrlərdən aşkar edilib. İntibah dövründən başlayaraq sivilizasiyanın inkişafı ilə əlaqədar olaraq kariyes kimi parodont xəstəlikləri də sürətlə çoxalmağa başlamışdır.

Müasir dövrdə aparılmış epidemioloji müayinələr parodont xəstəliklərinin uşaqlar və böyüklər arasında geniş yayılmasını təsdiq etməklə yanaşı, həmçinin, bu xəstəliklərin daha erkən yaşlarda da müşahidə edildiyini söyləməyə imkan verir. Parodont xəstəliklərinin yaranmasına səbəb olan çoxlu faktorları, o cümlədən ağız boşluğunun gigiyenasının qənaətbəxş vəziyyətdə olmaması, yumşaq və bərk diş çöküntülərinin varlığı, diş-çənə anomaliyaları, okklüziya travmaları, ağız dəhlizi toxumalarının struktur pozğunluqları, ağız tənəffüsü, qəbul edilən dərman maddələrinin əlavə təsirləri, keçirilmiş və müşayiətedici xəstəliklər və s. göstərmək mümkündür.

A.İ.Qrudyanov və Q.M.Barer (1994) öz tədqiqat işlərində bu qənaətə gəlmişlər ki, müayinə olunanlar arasında yalnız 12% halda sağlam parodonta rast gəlmək mümkündür. İltihabın ilkin əlamətləri 53%, erkən destruktiv dəyişikliklər 23%, orta və ağır dərəcəli patologiyalar isə 12% hallarda müşahidə edilir. İlkin iltihabi və destruktiv dəyişikliklər əksərən (23-38%) 25-34 yaşlı şəxslər arasında müəyyən edilmişdir. 35-44, 45-54, 55 və daha yuxarı yaş qrupuna aid şəxslərdə parodont xəstəliklərinin erkən simptomlarının kəskin azalması (15-26%), eyni zamanda orta və ağır formalı patologiyaların çoxalması (75%-ə qədər) müşahidə edilmişdir.

Aparılmış çoxsaylı epidemioloji tədqiqat işlərinin sayəsində məlum olmuşdur ki, cavan yaşlı şəxslərdə parodont xəstəlikləri içərisində ən çox gingivitə, 30 yaşdan yuxarı şəxslərdə isə parodontun daha ağır patologiyalarına rast gəlmək olar.

ÜST-in elmi qrupunun verdiyi məlumata görə, 53 ölkə arasında aparılmış müayinələr həm 15-19 yaş qrupunda (55-99%), həm də 35-44 yaş qrupunda (65-98%) parodont xəstəliklərinin səviyyəsinin yüksək olduğunu göstərir.

ÜST-in parodont xəstəliklərinin epidemiologiyasına aid olan təlimatlarında bu xəstəliklərin yaranmasında aşağıdakı faktorlar həlledici hesab edilir: sosial faktorlar–o cümlədən yaş, cins, irq, sosial-iqtisadi vəziyyət; yerli amillər–diş ərpi, okklüzion travmalar, plomblamanın yatrogen qüsurları, protezləmə və ortodontik əməliyyatların düzgün aparılmaması; zərərli vərdişlər–ağız boşluğunun gigiyena qaydalarına düzgün əməl edilməməsi, siqaret çəkmə, sistem xəstəlikləri, cinsi yetkinlik zamanı yaranan dəyişikliklər, hamiləlik, menopauza, dərman preparatlarının təsiri (qidantoin, steroidlər), immunodepressantlar, ağır metalların duzları, mayalanma əleyhinə olan preparatların peroral yolla qəbulu (tsiklosporin) və s.

Müasir stomatologiyada parodont xəstəliklərinin onlarca təsnifatını sadalamaq olar. Həmin xəstəliklərin təsnifatının bu qədər zəngin olması bir tərəfdən parodont toxuması patologiyalarının çox olması ilə, digər tərəfdən isə zədələnmənin xarakterinə fərqli yanaşma tərzinin müxtəlifliyi ilə əlaqədardır.

Təsnifatın əsasında klinik simptomlar, patomorfologiya, etiologiya, patogenez və prosesin yayılma xarakteri dayanır və vahid sistemləşdirmə prinsiplərinin olmaması səbəbindən bu cür çoxsaylı təsnifat növləri meydana çıxır. Bundan başqa bu səbəblər içərisində parodont toxumasında baş verən ilkin dəyişikliklərin lokalizasiyasının müəyyən edilməməsi, habelə müxtəlif orqan və sistem xəstəliklərinin parodonta təsirinin aşkar edilməməsini də göstərmək olar. Stomatoloqlar parodont xəstəliklərini sis temləşdirmək üçün istifadə etdikləri əsas kateqoriyaları müəyyənləşdirməlidirlər. Belə kateqoriyalar patoloji prosesin xarakterini göstərməklə, parodont xəstəliklərinin klinik formalarını və ağırlıq dərəcəsini (gedişini) təyin etməkdən ibarətdir.


Şərhlər:
Baxılıb: 1259
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz