Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qrip haqqında doğru bildiyimiz səhvlər
Qrip haqqında doğru bildiyimiz səhvlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2297
Səs ver:
Hər il milyonlarla insan qripə yoluxur. Qrip soyuqdəymə nəticəsində yayılan virusdur. Sağlamlığımızda ciddi problemlərə yol açan bu xəstəlik haqqında təəssüflər olsun ki, çox şeyi səhv bilirik.

Dünyada hər il yüz milyonlarla insan qrip olur, hətta bəziləri qripdən dünyasını dəyişir. Xəstəliklə birlikdə qrip dünya iqtisadiyyatına da böyük zərər verir.

Qripin əlamətləri (qızdırma, öskürək, boğaz ağrısı, əzələ və baş ağrısı, halsızlıq) taqətimizi kəsərkən, bəziləri 2 günə, bəziləri isə 2 həftə ərzində sağalır. Qripə yoluxanlarda susuzluq və bədəndə mikroblar yarana bilər. Qrip bədəni zəiflətdiyi üçün xəstəni ölümcül olan digər xəstəliklərə qarşı müdafiəsiz hala sala bilər.

Mövsümi qriplə əlaqədar yaranan ölümlərin çoxu adam qripə tutulduqdan bir neçə həftə sonra baş verir. Bu kəslərdə bakteriyal sətəlcəm kimi ikinci bir bakteriyal infeksiya inkişaf edər. Qrip ürək çatışmazlığı, xroniki ağciyər xəstəliyi və sətəlcəm kimi mövcud xəstəliyi daha da pisləşdirər. Astma xəstələri üçün qrip ölümcül risk daşıyır. Soyuqdəymə isə daha yüngül keçir.
 
Dekabra qədər qripə yoluxmadınızsa, qripdən xilas oldunuz deməkdir! Bu da səhv fikirdir. Qripin nə vaxt gəldiyini müəyyən etmək mümkün deyil. Lakin araşdırmalara görə qrip ən çox ferval ayında rast gəlinir. Yanvar və mart ayında da qripə çox rast gəlinir.
 
Bəzi insanların illərdir ki, ürək bulantısından əziyyət çəkdiklərini və qusmağın qarşısını ala bilmədiklərini eşitmişiniz. Çünki bu insanların problemi mədə qripi deyilən mədə xəstəliyidir. Qrip əsasən uşaqlarda ürək bulanmasına səbəb olsa da, qripin əsas əlamətləri deyil. Bunlar başqa səbəblərdən qaynaqlanır. Mədə qripinə viruslar, bakteriyal infeksiyalar və hətta parazitlər səbəb ola bilər.
 
Uşaqlarara vurulan qrip əleyhinə peyvənd otizmə səbəb ola bilməz. Əvvəllər peyvəndlərlə otizm arasında əlaqə olduğu deyilirdi. Sonradan aparılan araşdırmalar isə bunun səhv fikir olduğunu təsdiqləyir.
 
Antibiotiklər qriplə mübarizə aparmağa kömək edir. Qripinin müalicəsində antibiotiklərin rolu yoxdur. Utah Universitetinin həkimləri müəyyən edib ki, antibiotiklər ancaq bakteriyalara təsir etdiyini, viruslara heç bir təsiri olmadığını söyləyib. Bir xəstəyə saxta dərman və ya antibiotik versəniz, ikisinin də eyni dərəcədə sağaldığını müşahidə edərsiniz.
 
Antibiitiklərdən həddən artıq istifadə boğaz və burundakı bakteriyalar dərmana qarşı müqavimət göstərə bilmir. Beləcə antibiotiklər öz təsirini itirir.
 
Qrip peyvəndinin heç bir təsiri olmur: Qrip peyvəndləri heç də həmişə kömək etmir. Araşdırmalarda məlum olub ki, peyvənd xəstəliyin qarşısını ancaq 60 faiz ala bilir. Bu yaşa və sağlamlıq vəziyyətinə görə dəyişir.
 
Qrip əleyhinə vurulan peyvəndlər qrip edə bilər: İnsanlar çoxu xəstəlikdən deyil, qrip əleyhinə vurulan peyvənddən qorxur. Vurulan peyvənd aktiv deyil. Uşaqlara vurulan burun spreyi zəiflədilmiş canlı virus ehtiva edir. Lakin bu peyvəndin içindəki mikrob soyuğa uyumludur.
 
Qrip peyvəndlərinin bəzən mənfi təsirləri ola bilər: iynə yerində qızartı, şiş, başağrısı və yüngül qızdırma bunlardandır. Bəzi insanlar həkim məsləhəti olmadan peyvənd vurdurmamalıdır.
 
Mövsüm girəndə qrip peyvəndi vurdursanız, qrip olmarsınız: Bəzi sağlamlıq mütəxəsissləri mövsüm girəndə qripə qarşı peyvənd vurdurmağı tövsiyə edir. Lakin peyvəndin təsiri hamıda uzun müddət qala bilməz.
 
Keçən il qripə qarşı peyvənd vurdurmuşam, bu il ehtiyac yoxdur: Bu fikir də səhvdir. Qrip peyvəndi sizi sonsuza qədər qoruya bilməz. Aparılan araşdırmalarda məlum olub ki, vücudun immunitet sistemi zamanla zəifləyir.


Şərhlər:
Baxılıb: 2297
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz