Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yayda üşümək xəstəlikdi?
Yayda üşümək xəstəlikdi?
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1269
Səs ver:
Bəzi insanlar hətta yayda belə üşüyürlər. Hamı istidən şikayətlənəndə o, jaketini əyninə geyinib susar. Davamlı üşüdüyünü hiss etmək tibb aləmində "soyuq intoleransı" adlanır. Ancaq bu, xəstəlik deyil. Nadir müşahidə edilən və problem yaratmayan bir haldır.

Bu problemdən narahat olanlar həyatlarında cüzi dəyişikliklər etməklə bunu həll etmiş olarlar. Nizamlı qidalanma, idman etmək bu stresdən xilas olmanın yollarını tapmaqda kömək edəcək.

İnsan üşümənin qarşısını almaq üçün fərqli yollardan istifadə edə bilər. Məsələn, heç hərəkət etmədən əzələlər bədən istiliyinin 25 faizini çıxara bilir. Buna görə də idman edən insanların əzələ indeksi daha çox olduğu üçün daha çox istilik istehsal edir. Bu istəksiz istilik dövrünə beyin tərəfindən nəzarət edilir. Beyində olan hipotalamus bir termostat funksiyası yerinə yetirir. Bədəniniz çox isti olduğunda dərinin səthinə yaxın bölgədə olan damarlar açılır və istilik çıxışı təmin edilir. Soyuq olan zaman isə titrəmə sayəsində əzələ hərəkəti artırılaraq, istilik istehsalı dəstəklənir.

Həkim terapevt Məlahət Abbasovanın sözlərinə görə, bəzi hallarda davamlı üşümə hissi mühüm xəstəliklərin əlaməti də ola bilər. Buna görə də davamlı üşüyən, titrəmə hiss edən şəxslər həkimlə məsləhətləşsələr, yaxşı olar. "Davamlı üşümə hissi ilə özünü büruzə verən xəsətıliklərdən biri Raynaud xəstəliyidir. Bu xəstəlik zamanı barmaqlar soyuq və romantik stressə bağlı olaraq davamlı üşüyür və göyərməyə başlayır. Bu vəziyyət bəzi hallarda ağrı və qıc olma - keyimə ilə müşahidə edilə bilər. Qan axınının normal halına dönməsi ilə qarışqalanma hiss edilə bilər".

Müsahibimiz bildirir ki, bu xəstəlik qadınlarda daha çox müşahidə edilir. Əgər belə problem yaşayırsınızsa və bu problem uzun zamandan bəri sizi narahat edirsə, həkimə müraciət edin. Çünki xəstəlik uzun zaman davam etdiyi təqdirdə oynaqlarda problemlər yarana bilər.

Davamlı üşümə hissi ilə müşahidə edilən xəstəliklərdən biri də hipotiroidizmdir. Bu xəstəlik tiroid vəzilərinin kafi hormon istehsal etmədiyi zaman yaranır. Hipotireidizm kökəlməyə, xroniki yorğunluq və ümumiyyətlə, üşümə hissinə səbəb ola bilər. Xəstəlik sadə bir qan analizi ilə müəyyən edilib, müalicə olunur.

Həkimin sözlərinə görə, davamlı üşüməyə sağlam olmayan qidalanma da səbəb ola bilər. Nizamsız və sağlam olmayan qidalanma vərdiş halını alıbsa, xroniki üşümə yarana bilər. Qida enerji qaynağı olduğundan hər qidalanma bədənimizdə müəyyən enerji yaradır və olan enerjini qorumağa çalışır. Əgər qidalanma rejimi düzgün deyilsə, bədəndə soyuğa qarşı dözümsüzlük yarana bilər. "Arıq insanlar da çox üşüyür. Əzələ kütləsi və yağ təbəqəsi bizi isti və rahat tutmağa kömək edir. Daha çox əzələ kütləsi tərləməyə səbəb olsa da, daha çox yağ təbəqəsi bədən istiliyini qoruyur. Buna görə də həddən artıq arıqlamış insanların soyuğa qarşı həssaslığı çox olur".

Həmsöhbətimizə görə, qan azlığı-anemiya da üşüməyə səbəb ola bilər. Anemiya bədəndə qırmızı qan hüceyrələrinin sayında azalma ilə təyin olunan bir xəstəlikdir. Bu qırmızı qan hüceyrələri toxumalara oksigen daşıma funksiyasını yerinə yetirir. Qan axınının artması bədənin isti qalmasına kömək edir. Anemiya qırmızı qan hüceyrələrinin kompensasiya edilə bilməyəcəkləri qədər sürətlə yox olması nəticəsində yaranır.

Əllər və ayaqlardakı qan dövranı mənfi təsirləndiyinə görə, anemiya olan şəxslər əl və ayaqlarına soyuq olduğundan şikayətlənərlər.

Hormonal balanssızlıq da soyuq havalarda artan həssaslığa gətirib çıxarır. Qadınlarda, ostrogen səviyyəsində dalğalanma böyük rol oynaya bilir. Klimaks dövründə olan qadınlar, hormonal dəyişikliklərlə əlaqədar olaraq istilik, tərləmə və ya tam əksi titrəmə və soyuqdan şikayətlənə bilərlər.

Bəzi insanlarda isə üşümə yaşlanma ilə əlaqədar ola bilər. Qaçılmaz yaşlanma dövrü bədəndə bir çox dəyişiklik meydana gətirir. Yaşlı insanların üşüməkdən şikayətlənmələrinə səbəb elə yaşlılıq ola bilər. "İnsan yaşa dolduqca immuniteti zəifləyir və bu da yaşlı insanın soyuğa qarşı həssaslığını artırır".

Həkim bildirir ki, davamlı üşümə çox zaman 20-40 yaşlı qadınlarda müşahidə olunur. Bunun qarşısını almaq mümkün deyil, amma bir qədər qalın geyinməklə problemləri həll etmək mümkündür. Ancaq hər bir halda üşümə uzun müddət davam edirsə, mütləq həkimə müraciət edin.


Şərhlər:
Baxılıb: 1269
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz