Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sidik ve onun emele gelme sebebleri
Sidik ve onun emele gelme sebebleri
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 5318
Səs ver:
http://imgs.su/tmp/1320871218-656.jpg

Böyrəklərin fəaliyyətinin son nəticəsi mürəkkəb bioloji maye olan sidiyin əmələ gəlməsidir. Onun tərkibi 150 üzvi və qeyri-üzvi kimyəvi maddələrdən ibarətdir. Gün ərzində yaşlı adamda 1 — 1,5 l sidik əmələ gəlir, bunun da miqdarı qəbul olunan mayenin miqdarından asılıdır. Sidiyin gündəlik miqdarının 500 ml aşağı düşməsi və ya 2000 ml çox artması patoloji hal kimi qiymətləndirilir. Sağlam şəxslərdə sidik ilə gün ərzində 20 — 35 q karmabid, 0,5 — 1,4 q sidik turşusu, 1 — 2 q kreatinin, 10 — 100 mq zülal, 8 — 18 q natrium xlorid, 5 q natrium, 3 q kalium, 100 — 300 mq kalsium, 60 — 120 mq maqnezium və s.xaric olur.
Sidiyin əmələ gəlməsi çox mürəkkəb proses olub, bu məsələnin bütün tərəfləri axıra qədər açılmamış qalır. Müasir teoriyaya görə sidik əmələgəlmə prosesi yumaqcıq filtrasiyası, kanalcıq reabsorbsiyası və sekresiyasından ibarətdir, ona görə onu filtrasion – reabsorbsion – sekresion teoriya da adlandırırlar. Bu nəzəriyyəyə görə, sidiyin əmələ gəlməsi yumaqcıq filtrasiyasından başlayır. Əmələ gələn ultrafiltrat (ilk sidik) böyrək kanalcıqlarına keçərək, onun bir hissəsi reabsorbsiyaya məruz qalır. Ultrafiltratın tərkibi zülalsız qan plazmasının tərkibinə uyğundur. Proksimal kanalcıqlarda suyun çox miqdarının (60 — 80 %) reabsorbsiyasından başqa qlükoza və zülal tam sorulur, natriumun 70 — 80 %, kaliumun 90 – 95 %, sidik cövhərinin 60 %, çoxlu miqdarda xlor, fosfat ionları, aminturşular və b. Maddələr reabsorbsiya olunur. Kreatinin reabsorbsiya olunmur. Proksimal kanalcıqdan keçən ultrafiltrat izoosmolyarlığını saxlayır, yəni onun osmalyarlığı plazmadakına bərabər olur. Buna səbəb su ilə yanaşı başqa osmotik aktiv maddələrin proporsional miqdarda reabsorbsiya olunmasıdır.
Distal kanalcıqlarda da suyun və natriumun reabsorbsiyası davam edir, amma bu zaman geri sorulan suyun və natriumun miqdarı bədən tələbatına uyğun gəlir. Bədənin, dehidratasiya zamanı (məsələn, isti iqlim şəraitində, çox tərləyəndə) kanalcıqdakı su çox sorulur, natrium isə reabsorbsiya olunmur, nəticədə sidiyin miqdarı azalır, amma tərkibindəki osmotik aktiv maddələrin konsentrasiyası artmış olur. Orqanizmin hiperhidratasiyası zamanı distal kanalcıqlarda natrium çox reabsorbsiya olunur, amma suyun reabsorbsiyası azalır və bu səbəbdən də aşağı nisbi sıxlıqlı çoxlu miqdarda sidik ifraz olur. Beləliklə, proksimal kanalcıqlarda suyun məcburi (obliqat), distal kanalcıqlarda isə seçici (fakultativ) reabsorbsiyası baş verir.
Son illər sidiyin əmələ gəlməsində kanalcıq sekresiyasının da iştirak etdiyi sübuta yetirilmişdir. Belə ki, yumaqcıq filtratında olmayan bəzi maddələr son sidikdə tapılır və bu da həmin maddələrin ancaq sekresiya yolu ilə sidiyə keçməsini göstərir. Sübut olunmuşdur ki, bəzi yad maddələr (penisillin, kontrast maddələr və s.), kanalcıq epitelisində əmələ gələn ammonyak və hidrogen, kalium ionları kanalcıqda sekresiya olunurlar. Bu proseslərdə iştirak edən aldosteron və ADH təsir mexanizmi, antinatriuretik və antidiuretik reflekslərin baş vermə mexanizmlərinin aydınlaşdırılması sidik yaranma prosesinin mahiyyətini xeyli işıqlandırmışdır.


Şərhlər:
Baxılıb: 5318
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz