Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Osteoxondroz - onurğa sütunun yırtığı
Osteoxondroz - onurğa sütunun yırtığı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2278
Səs ver:
Osteoxondroz, disk hernisi Disk iki qisimdən meydana gələr. Diskin ortasındakı qisim jelatin kimi yumşaq və ətrafındakı anulus fibrosus halqa şəklində bunu qucaqlamışdır. Disk gənc insanlarda bir muko glukosakkarid törəməsi olan glikosaminoglikanlardan meydana gələr. Bu maddə suyu özünə çəkər və bağlar, beləcə elastik bir quruluşa sahib olar. Diskdə damar və sinir yoxdur, yəni onun bəslənməsi fərqlidir. Hərəkət etdikcə onurğalardan ehtiyacı olan mayeni alır. Adam yaşlandıqca glikosaminoglikan yerinə bir polisakkarid-protein kompleksi olan dermatan sülfat meydana gələr. Dermatan sülfat suyu özünə daha az çəkər və bağlar. Bu səbəblə də diskin ortasındakı nukleus pulposus qisimi büzülər.
Disk hernisi (Osteoxondroz) nədir? Osteoxondroz ümumiyyətlə diyar (lomber bölgəsi) və az olaraq da boyunda görülsə bunada boyun yırtığı deyilir. Osteoxondroz ümumiyyətlə 30-50 yaşları arasında görülər, diyar tez-tez görülməsinin səbəbi bura həddindən artıq ağırlığın yüklənməsidir. Diskin ortasındakı jelatinimsi qisimdən qopan parçalara sequester deyilir və bunlar ümumiyyətlə sinirləri sıxıştırararaq ağrıya səbəb olarlar.
Disk sallanması (prolapsus): Diskin təzyiqə dözə bilməyərək bir qisiminin spinal (onurğa) kanala doğru sallanması səbəbiylə spinal kanaldan keçən sinir dəstələri sıxışar. Buda zamanla iltihablanmalara və ağrılara səbəb olar. Diskin normal qalınlığı 4-6 mm. dir, əgər disk öz təbii quruluşunu qorusa ki, bu ümumiyyətlə mümkün deyil.

Diskin sallanmadan əvvəl çıxıntı etməsi (protrusion): Disk ətrafındakı qisimin boşalması səbəbiylə ortasındakı jelatinimsi təbəqə üzərində həddindən artıq təzyiq minər və buna dözə bilməyən jelatin yüngül çıxıntı edər. Bu çıxıntı sinirləri sıxıştırar və buda əsəbi ağrılara səbəb olar. Diskin sallanması (prolapsus) və ya diskin çıxıntı etməsinin (protrusion) bir çox səbəbi ola bilər. Bunların başında yaşlanma ara toxuma zəifliyi və qəzalar Osteoxondroz meydana gəlməsində ən böyük faktorlardır.

Osteoxondroz əlamətləri (semptom): Osteoxondroz bəzən özünü göstərmədən yavaş yavaş irəliləyə bilər, bəzənsə onurğalardan çıxan sinirləri və ya onurğa içindən keçən sinir dəstəsini sıxıştıraraq narahatlıqlara səbəb olar.

1-) Sinir köklərinin sıxışmasıyla ortaya çıxan narahatlıqlar: Qol və ya qıçlarda çox sıx bir ağrı, qarışqalanma və ya keylik kimi vəziyyətlər ortaya çıxar. Siyatik olaraq bilinən narahatlıqda diyarın ayaqlara qədər uzanana sinir sıxışması nəticəsində meydana gələr.
2-) Onurğasılığının sıxışması nəticəsində ortaya çıxan narahatlıqlar: Onurğasılığının sıxışması nəticəsində qol və qıçlardakı narahatlıqların yanında mesane, makat və cinsi orqanlarda keylik hiss edilər. Bu vəziyyətdə mütləq həkimə gedilməlidir.
3-) Sinir dəstəsinin (cauda equina) sıxışması nəticəsində ortaya çıxan narahatlıqlar. Buna qısaca cauda sindromuda deyilir: Sinir dəstəsinin sıxışması nəticəsində mesane və son bağırsaq (rektum) artıq idarə edilə bilməz. Cinsi orqanlarda və qıçlarda iflic görülə bilər. Bu vəziyyətdə mütləq həkimə baş vurulmalıdır.

Osteoxondroz diaqnozu: Xəstəliyin keçmişinin (Anemnez) həkim tərəfində yaxşı bilinməsi lazımdır, beləcə həkim xəstəliyin hansı mərhələdə olduğu təsbit edilər, lakin bəzən buda kafi gəlməyə bilər. Bu səbəblə komputertomografi, rentgen və ya MRin çəkilməsi gərəyə bilər. Ancaq bu şəkildə xəstəliyin hansı dövrədə olduğu aydın olar və ona uyğun bir müalicə tətbiq olunar. Nə kimi tədbirlər alına bilər? Onurğada problem çıxması çiyin, kürək və bel əzələlərinin vəziyyətinə çox bağlıdır, çünki əzələlər möhkəm güclü olduqca onurğalara düşən yükdə azalar.

1-) İş yerində bant və ya masa başında çalışarkən beli çox məcbur etmədən iş imkanı nizamlanmalıdır.
2-) Çox kilolar onurğalar üçün çox böyük ağırlıq meydana gətirər, bu səbəblə çox kilolardan qaçınılmalıdır.
3-) Kürsüyə oturunca doğru oturmaq gərək həddindən artıq önə, yanlara və ya arxaya sallanmaq belə zərər verə bilər.
4-) Ağır yükləri qaldırmamalı və ya parça parça qaldırmalıdır.
5-) Ağır yükü qaldırarkən qətiliklə qıçları düz tutaraq əyilib qalxılmalıdır.
6-) Daşınan yükün tək tərəfli daşınmaması lazımdır.
7-) Yükün mümkün olduqca bədənə yapışıq daşınması daha uyğundur.

Osteoxondroz müalicəsi: Osteoxondroz iflic və ya mesane narahatlığına səbəb olmursa əvvəlcə dərmanlarda və ya masajlarda müalicə sınağı edilər. Əgər ağrılar artar və iflic olma təhlükəsi meydana çıxınca o zaman mütləq əməliyyat lazımdır. Diskdən qopan jelatin zamanla quruyaraq büzülər və buda ağrıların yaxşılaşmasına və ya azmasına səbəb olar. Bu vəziyyətin düzəlməməsi halında həkimə getmək lazımdır. Xəstənin əməliyyat keçirməsi və ya olmaması ekspert həkimlərinin verəcəyi qərara bağlıdır.

1-) Ağır iflic və ya iflic olma vəziyyətinin gerbi halında mütləq əməliyyat lazımdır.
2-) Sinir dəstəsinin (cauda equina) sıxışması halında mütləq əməliyyat lazımdır.
3-) Ağrılar azalır iflic olma vəziyyəti artırsa əməliyyat lazımdır.
4-) Onurğa iliyi üzərində təzyiq (sıxışma) olursa əməliyyat lazımdır. əməliyyat tələb etməyən vəziyyətlərdə isə, gicitkən-, hərbə-, söyüd-, ayrı kökü-, civanperçemi-, və atkuyruğu otu preparatları ilə müalicə edilə bilər. Ayrıca balıqla müalicədə edilə bilər, lakin balıqla müalicə üçün işin eksperti olmaq lazımdır.


Şərhlər:
Baxılıb: 2278
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz