Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Otit - qulağın iltihabı
Otit - qulağın iltihabı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2570
Səs ver:
Qulağın müəyyən şöbəsinin iltihabi prosesi otit adlanır. Burdan belə nəticəyə gəlmək olar ki, insanın qulağı anatomik cəhətdən bir neçə şöbəyə bölünür və hər bir şöbənin də özünəməxsus funksiyaları və xəstəlikləri vardır. Beləliklə, qulaq üç hissədən ibarətdir: xarici, orta və daxili qulaq. Xarici qulaq əsasən dəri ilə örtüldüyündən, dəriyə xas olan iltihabi proseslərə (sızanaq, furunkul və s.) burada da rast gəlmək mümkündür.

Qulağa birbaşa aid olan xəstəliklər daxili və orta otitlərdir. Daxili otitlərə az rast gəlinsə də, bu çox təhlükəli xəstəlikdir. Xəstəlik əsasən sərbəst əmələ gəlmir, daha çox orta otitin və ümumi infeksion xəstəliklərin ağırlaşması hesab olunur. Çox zaman bir və ya hər iki qulaqdan ifrazatın olması və ağrı məhz orta otitlə bağlı olur. Orta otitlər daha çox yayıldığına görə, "otit" termini işlənərkən də əksərən orta qulağın iltihabı nəzərdə tutulur.

Səbəbləri və növləri
Orta qulaq iltihabının əmələ gəlməsi tez-tez yuxarı tənəffüs yollarında baş verən iltihabi xəstəliklərlə əlaqədar olur. Qeyd etdiyimiz kimi burada da ümumi infeksion xəstəliklər, məsələn, kəskin respirator virus infeksiyası və immun sistemin zəifləməsi mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, burun-udlaqda baş verən hipertrofik rinit, adenoid və burun çəpərinin əyriliyi kimi patologiyalar da otitlərin əmələ gəlməsinə zəmin yaradır. Orta qulaq əsasən təbil boşluğundan ibarət olduğundan iltihabın bir səbəbi də bu boşluqda təzyiqin dəyişməsidir. Məsələn, suda üzərkən və ya suya baş vurarkən, hündürlüyə qalxarkən (enərkən) atmosfer təzyiqinin kəskin dəyişməsi təbil boşluğundakı təzyiqə təsir edir və nəticədə buradakı selikli qişanın zədələnməsinə və iltihabi prosesin yaranmasına səbəb olur.

Otitlər, daha çox uşaqlarda müşahidə olunur. Bu da onların burun-udlağının anatomik quruluşundan, immunitetlərinin zəif olmasından və bir sıra digər subyektiv səbəblərdən asılıdır.

Gedişinə görə kəskin və xroniki otitlər ayırd edilir. Kəskin otit dedikdə, eşitmə borusu da daxil olmaqla orta qulağın bütün hissələrində gedən iltihabi proses nəzərdə tutulur.

Simptomları
Xəstələrin şikayətləri qulaqda və qulaqətrafına yayılan ağrılar, qulağın tutulması, eşitmənin zəifləməsi, küy, temperatur və bəzən qulaq pərdəsinin deşilməsi ilə müşahidə olunan ifrazatın və irinin gəlməsindən olur. Lakin xəstədə bu göstərilən şikayətlərin hamısı eyni zamanda müşahidə olunmaya da bilər.

Diaqnostikası
Həkim bilavasitə otoskopiya etməklə təbil pərdəsinin vəziyyətinə və şikayətlərə əsasən rəy verməlidir. Əgər yuxarıda sadalanan simptomlar müşahidə olunarsa və bundan öncə xəstə soyuqdəyməyə məruz qalıbsa, o zaman diaqnozu təyin etmək çətinlik törətmir. Şikayətlərdən əlavə mütləq audioqramma aparmaq və bəzən qulaqdan yaxma götürüb mikrobları yoxlamaq lazım gəlir.

Müalicəsi
Yerli və ümumi aparılır. Yerli olaraq antiseptik məhlullar, antibiotik damcılar, ağrıkəsicilər və iltihab əleyhinə hormonlar istifadə olunur, qulağı isti saxlamaq və burun tənəffüsünü yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirilir. Ümumi şəkildə isə antibakterial terapiya, sulfanilamid preparatları və immunitetin yüksəlməsinə kömək edən vasitələrdən istifadə olunur. Bununla yanaşı, burun tutulmasına səbəb olan faktorlar  (adenoidlər, burun çəpərinin əyriliyi, allergik rinitlər və s.) varsa, onlar da aradan qaldırılmalıdır. Əgər aparılan müalicə fonunda yaxşılaşma müşahidə olunmazsa, əksinə, prosesin xronikləşməsi və beyindaxili ağırlaşma əlamətləri müşahidə olunarsa irinin cərrahi yolla xaric edilməsi vacibdir.


Şərhlər:
Baxılıb: 2570
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz