Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Öd daşı xəstəliyi
Öd daşı xəstəliyi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1665
Səs ver:
Öd daşı xəstəliyi – öd kisəsinin ən çox yayılmış xəstəliklərindən biridir. Xəstəlik öd kisəsində, qara ciyərdəki öd yollarında, ümumi öd axarında daşların əmələ gəlməsi ilə xarakterizə olunur.

Öd daşları – bərkimiş törəmə olub ölçüsü - diametri üzrə 1 neçə santimetr, sayı bir ədəddən bir neçə min ədədə qədər, çəkisi isə 30 qramadək ola bilir. Öd daşları kimyəvi tərkibinə görə, əsasən xolesterindən, az hallarda öd piqmentlərindən və kalsium duzlarından ibarət olur.

Öd kisəsində daşların əmələ gəlməsi uzun müddətli durğunluq zamanı ödün sıx hissəciklərinin çökməsi nəticəsində baş verir. Bu daşlar öd kisəsinin normal fəaliyyət göstərməsinə mane olur.

Öd daşı xəstəliyinin risk faktorları

- qadın cinsinə mənsub olmaq. Cinsi hormon olan estrogenlərin təsirindən irəli gələrək, cinsi yetkinlik yaşından sonrakı bütün yaş qrupuna aid olan qadınlarda öd kisəsində daşın əmələ gəlməsinə meyllilik olur;
- yaşın 40 və ondan artıq olması;
- artıq çəkinin olması. Öd kisəsində xolesterin daşlarının əmələ gəlməsi üçün əsas risk faktorlarından biri də piylənmədir. Bu isə xolesterinin daha çox sintez və ifraz olunması ilə əlaqədardır;
- çəkinin az bir müddət ərzində azalması. Səbəbindən asılı olmayaraq (ya pəhrizin köməkliyi ilə, ya çəkini aşağı salan preparatlar vasitəsi ilə, ya cərrahi yolla) kəskin arıqlama orqanizmə bu prosesə uyğunlaşmağa vaxt vermir və orqanizm lazım olan fermentləri əvvəlki həcmdə olmaqla istehsal edir ki, bunun da nəticəsində onların konsentrasiyası artır. Ödün artması isə öd daşı xəstəliyinin yaranmasına gətirib çıxara bilər;
- hamiləlik. Hamiləlik zamanı və həmçinin daxilə qəbul edilən hamiləlik əleyhinə dərman preparatlarından istifadə edilməsi zamanı qanda esterogen və progesteronun miqdarı artır. Bu hormonlar isə maddələr mübadiləsi sistemində dəyişikliklərə səbəb olaraq öd daşlarının əmələ gəlməsinə köməklik edir;
- hormonal dərman preparatlarının qəbul edilməsi;
- qida qəbulunda yağlı qidalara (yağlı ət, balıq, heyvani piylər və s.), tərkibində xolesterinin miqdarı yüksək olan qidalara üstünlük verilməsi, qida rasionunda bitki sellülozunun (meyvə və tərəvəzlər) az olması;
- irsi faktor (ən yaxın qohumlarda öd daşı xəstəliyinin olması). Əgər sizin valideynlərinizdə öd daşları aşkar edilmişdisə, sizin də öd daşı xəstəliyinin daşıyıcısı olmaq riskiniz iki dəfə artıq olur;
- şəkərli diabet. Şəkərli diabet zamanı öd kisəsində durğunluq yaranır. Öd uzun müddət ərzində öd kisəsində qaldıqda öd daşları əmələ gəlir;
- qara ciyər sirrozu. Qara ciyər sirrozu olan şəxslərdə öd kisəsinin funksiyası pozulduğu və qara ciyərin xəstəliyi nəticəsində qanda estrogenlərin də səviyyəsi artdığı üçün öd kisəsində daşların əmələ gəlmə riski 10 dəfə artır;
- qanda xolesterinin səviyyəsini aşağı salan dərmanların qəbul edilməsi;
- az hərəkətli həyat tərzi. Aparılan tədqiqatlara əsasən, gün ərzində icra olunan 30 dəqiqəlik aerobika hərəkətlərinin köməkliyi ilə öd daşı xəstəliklərinin 1/3 hissəsinin qarşısını almaq olar.

Öd kisəsinin daşı xəstəliyinin əlamətləri

Əksər hallarda öd kisəsində olan daşlar əlamətsiz keçir, bunlara "lal daşlar” da deyirlər. Belə daşlar təsadufən aparılan ultrasəs və ya rentgen müayinəsi nəticəsində aşkar olunur. Belə daşlar öz daşıyıcılarını uzun illər ərzində, bəzən isə bütün ömürləri boyu da narahat etmirlər. Bəzən isə - doyunca yemək yedikdən sonra, bədən xeyli silkələndikdə və ya digər bu kimi səbəblərin təsiri nəticəsində belə xəstələrdə öd daşı tutmaları (sancıları) baş verir. Bu zaman daş öd kisəsi yoluna keçərək onun yolunu bağlayır və ödün öd kisəsindən axınının qarşısını alır. Nəticə etibarı ilə bu, öd kisəsinin divarının gərilməsinə və kəskin ağrının baş verməsinə səbəb olur. Sancı zamanı ağrı sağ körpücük nahiyəsinə, sağ qola, sağ süd vəzisi və sağ kürək nahiyəsinə "yayılır”, dəfələrlə təkrar olunaraq bir neçə saat ərzində davam edir. Bir çox hallarda ağrı o dərəcədə kəskin olur ki, xəstələr "təcili yardıma” müraciət etməli olurlar.

Əgər öd yolunda olan daş (ölçüsü nisbətən kiçik olan) öd yollarından keçərək "müvəffəqiyyətlə” onikibarmaq bağırsağa düşərsə, sancı öz-özünə keçib gedir və daş nəcislə xaric olur.

Öd daşı xəstəliyinin əlamətləri aşağıdakılardır:
- sağ qabırğaaltı nahiyədə ağırlıq hissiyyatı;
- ağızda aclıq hissiyyatı;
- meteorizm, ürəkbulanma;
- üşütmə, temperaturun bir qədər yüksəlməsi;
- doyunca yedikdən, yağlı, qızardılmış qida, alkoqol qəbulundan sonra gəyirmənin olması;
- sarılıq (daş ümumi öd yolunu tutduqda) və nəcisin gil rəngində olması.

Bütün bu əlamətləri nəzərə aldıqdan sonra həkim-qastroenteroloq xəstəyə öd daşı xəstəliyi diaqnozunu qoya bilər.
Sağlam olun!


Şərhlər:
Baxılıb: 1665
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz