Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ürəyiniz sağlamdırmı?
Ürəyiniz sağlamdırmı?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2803
Səs ver:
Bütün dünyada ölümün ən yayılmış səbəbi ürək-damar sistemi xəstəlikləri sayılır.

Bu xəstəliklərə əsasən yaşı 30-40 yaşından yuxarı olan kişilər və 60 yaşından yuxarı olan qadınlar meyilli olur. Lakin bu o demək deyil ki, ürək xəstəlikləri daha cavan insanlarda inkişaf edə bilməz. Təəssüf ki, bir çox xəstəliklər kimi, ürək xəstəlikləri də getdikcə "cavanlaşır".

Yalnız nadir ürək xəstəlikləri simptomsuz inkişaf edir. Əksər hallarda ürək fəaliyyətin pozulmaları asta-asta inkişaf edir və bu proses özünü müəyyən simptomlarla büruzə verir. Bu səbəbdən bu simptomları bilmək və onlar meydana çıxdıqda dərhal həkimə müraciət etmək lazımdır.

Yadınızda saxlayın! Ürək nahiyəsində ağrılar əmələ gəldikdə, onlara dözmək lazım deyil. Bu təhlükəli ola bilər! Dərhal işinizi dayandırın, oturun və ya daha yaxşı uzanın. İşemik xəstəliyi olan insanlar mütləq özləri ilə nitroqliserin gəzdirməli və ağrılar əmələ gəldikdə dərhal bu dərmanı qəbul etməlidir.

Beləliklə, ürək xəstəliklərin simptomları:

1. Sinədə ağrılar. Bu ürək xəstəliklərin ən səciyyəvi simptomudur. Ürəkdə normal qan dövranı pozulduqda, ürək əzələsi oksigenin çatışmazlığından əziyyət çəkməyə başlayır və bunun nəticəsində ağrı əmələ gəlir. Ürək ağrıların xüsusiyyətləri:

- bu ağrıalr gərginik (insan qaçdıqda, pilləkənlə qalxdıqda, tez-tez gəzdikdə və s.), həyacan zamanı, arterial təzyiq artdıqda əmələ gəlir.

- insan oturan və uzanan kimi ağrı tez keçir. Bu kömək etmədikdə, nitroqliserin (nitrosprey, nitromint, nitrokor və s.) qəbul etdikdən bir neçə dəqiqədən sonra ağrı keçir.

- ağrı ürək nahiyəsində, döş sümüyü arxasında əmələ gəlir, sol kürək nahiyəsinə, çənəyə, sol qola yayılır.

- ağrı güclü sıxıcı, daha ağır hallarda - kəskin və yandırıcı olur. Bəzi hallarda ürək ağrısı özünü qeyri-adi "aparır" diş, osteoxondroz ağrısına, qastrit tutmasına (mədə nahiyəsində ağrı, qıcqırma), güclü qarın ağısına bənzəyir, ürəkbulanması və qusma ilə müşahidə olunur, insan çox həyacanlı olur, birdən ölümnən qorxmağa başlayır.

2. Təngnəfəslik.
Təngnəfəslik havanın çatışmazlığı hissidir. Güclü fiziki gərginliklər zamanı təngnəfəslik təbii haldır. Bunun nəticəsində fəal işləyən əzələlər əlavə oksigenlə təmin olunur.

Lakin əgər təngnəfəslik cüzi fiziki gərginlik zamanı əmələ gəlirsə, bu ürəkdə olan pozulmalara işarə edir.

Həkimlər belə bir test istifadə edirlər. Əgər insan orta templə 3-4-cü mərtəbəyə qalxdıqda onda güclü təngnəfəslik əmələ gəlirsə, insan dayanmağa və bir qədər dincəlməyə məcburdursa, bu normal deyil və bu halda insan mütləq kardioloqun müayinəsindən keçməlidir.

Əgər ürək ağrısı və ya təngnəfəslik sakit vəziyyətdə (insan oturduqda və ya uzandıqda), nitroqliserin və s. bu kimi preparatların qəbulundan 3-5 dəqiqə sonra keçmirsə, bu miokard infarktın əlaməti ola bilər. Bu halda dərhal "təcili yardım" çağırmaq və 1/2 həb aspirin qəbul etmək lazımdır.

3. Aritmiya.
Əgər nəbz ritmik deyilsə, ürək səbəbsiz olaraq qəflətən tez-tez (taxikardiya), sonra isə asta-asta (bradikardiya) döyünürsə, bu aritmiyanın əlamətidir. Aritmiya ürək xəstəliklərin əlamətidir.

4. Keyimə hissi.

Qollarda (adətən sol qolda), sinədə, aşağı çənədə fiziki gərginlik və ya həyəcan zamanı əmələ gələn keyimə hissi ürək fəaliyyətinin pozulmasının əlaməti ola bilər.

5. Ödemlər.
Ödemlər də ürək xəstəliklərin simptomu ola bilər. Miokardın funksiyası pozulduqda, ürək qanı orqanizm böyü dövr etmək çatdırmır ki, qanın axma sürəti azalır. Nəticədə mayenin bir hissəsi ümumi qan döranından ətraf toxumalara keçir ki, bu onların həcminin artmasına səbəb olur.

Ürək xəstəlikləri ilə bağlı olan ödemlər bütün bədəndə müşahidə oluna bilər. Lakin bədənin aşağı hissəsində bu ödemlər daha gözəçarpan olur. Əgər insanın baldırları, topuqları şişirsə (bu zaman ayaqlar daha "yumru" görünür, corabları cıxardıqdan sonra ayaqlarda dərin iz qalır), insan barmaqlarını sıxa bilmirsə, üzük barmaqdan çıxmırsa, bu ödemlərin əlamətləridir.

Bu əlamətlərdə əlavə səbəbsiz yorğunluq, yuxuda xorultu, uzun müddət ərzində keçməyən quru öskürək, tərləmənin artması (tər soyuq və yapıqnan olur) da ürək xəstəliklərin simptomarı ola bilər.

Sağlam olun!
Öz səhhətinizə qarşı diqqətli olun! Allah hamıya can sağlığı versin! Amin!


Şərhlər:
Baxılıb: 2803
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz