Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Beyin qan dövranı çatışmazlığı
Beyin qan dövranı çatışmazlığı
Göndərən: Anuka
Şərhlər:
Baxılıb: 2789
Səs ver:
Beyin hüceyrələrin (neyronların) normal fəaliyyəti üçün çoxlu enerji tələb olunur.

Bu enerjini beyin qan dövranı sistemindən alır. Lakin bəzi hallarda beyinin normal qan təchizatı müxtəlif səbəblərə görə pozulur və nəticədə "beyin qan dövranı çatışmazlığı" inkişaf edir.

Hal hazırda "beyin qan dövranı çatışmazlığı" əliliyin əsas səbəblərindən biri sayılır. İldən ilə belə xəstələrin sayı sürətlə artır. Bu pozulma hətta orta yaşlı insanlarda müşahidə  olunur.

Pozulmanın inkişaf etmə səbəbləri:
- damarların aterosklerozu,
- xroniki stress,
- hipertoniya xəstəliyi,
- şəkərli diabet xəstəliyi,
- baş travmaları,
- xroniki yorğunluq sindromu,
- osteoxondroz və skolioz.

Beyin qan dövranı çatışmazlığı ilk mərhələlərdə özünü bu kimi simptomlarla büruzə verir:
- tez yorulma,
- emosional dəyişkənlik,
- diqqətsizlik,
- yuxunun pozulması,
- baş ağrıları. Tez-tez təkrarlanan baş ağrıları çox ciddi simptom sayılır.
- başgicəllənməsi,
- yaddaşın pozulması,
- qulaqlarda küy, cingilti.

Lakin vaxt keçdikcə xəstəlik daha da ağırlaşır ki, nəticədə xəstədə ağıl zəifliyi, parkinson sindromu və s. ağır psixiki pozulmalar inkişaf edə bilər. Xəstə evdən çıxarkən aza bilər, onun yaddaşı çox zəifləyir, xəstə öz qohumalarını və yaxınlarını tanımır və s.

Beyin qan dövranı çatışmazlığı insult kimi ağır pozulmanın əsas səbəbi sayılır.

Bu səbəbdən özünüzdə yuxarıda sadaladığımız ilk simptomları müşahidə etdikdə, dərhal nevroloqa müraciət edin.

İlkin mərhələlərdə bu pozulmanın inkişafını dayandırmaq və hətta tam aradan qaldırmaq mümkündür. Xəstəyə xüsusi qan dövranı yaxşılaşdıran, sakitləşdirici preparatlar, vitaminlər təyin olunur. İqloterapiya (iynəbatırma), aromaterapiya, hirudoterapiya (zəli ilə müalicə), kurortlarda müalicə və s. istifadə olunur.

Müalicədən əlavə xəstə öz həyat tərzində müəyyən dəyişikliklər etməlidir: gecə 8-9 saat yatmalı, ağır yükləmələrdən və streslərdən uzaq olmalı, işləyərkən fasilələr etməlidir. İnsan tez-tez açıq havada olmalı, idmanla məşğul olmalı, siqaret çəkməsindən imtina etməlidir (siqaretlər beyin damarların sıxılmasına səbəb olur). Pəhriz də böyük rol oynayır: karbohidratların, duzun və yağların qəbulunu azaltmaq lazımdır. Balıq və digər dəniz məhsulları, süd məhsulları, bitki yağları (xüsusilə zeytun, kətan, balqabaq yağı), sıyıqlar ("herkules", yumru düyü, qarabaşaq), meyvə-tərəvəz pəhrizdə əsas yer tutmalıdır. Qoz-fındıq, pomidor, acı şokolad, giləmeyvələr (qara qarağat, qaragilə), brokkoli kələmi, yaşıl çay və təbii qəhvə beyinin fəaliyyətini yaxşılaşdırır.

Beyinə də, digər orqanlara və sistemlərə kimi, müntəzəm gərginliklər lazımdır. Sadə sözlərlə desək - beyini daim işlətmək lazımdır. Həkimlərin müşahidələrinə görə, daim əqli fəaliyyəti ilə məşğul olan insanlarda (alimlər və s.) qocalıq deminsiyası (ağıl zəifliyi) kimi ağır pozulmaya çox nadir hallarda rast gəlinir. İnsan daim kitab oxumalı, krossvord həll etməli və s. əqli fəaliyyəti ilə məşğul olmalıdır.


Şərhlər:
Baxılıb: 2789
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz