Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Haymoritin profilaktikası
Haymoritin profilaktikası
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 4143
Səs ver:
Haymorit təhlükəli və çətin müalicə olunan xəstəlikdir. Bu xəstəliyi "tapmaq" asandır, lakin ondan "canını qurtarmaq" heç də asan deyil.
Müalicə olunmayan və ya düzgün müalicə olunmayan haymorit tez bir zamanda xroniki mərhələsinə alır. Haymoritlə "tanış olan" bu xəstəliyin necə üzücü olduğunu bilir - baş ağrıları, iybilmə və dadbilmənin tam pozulması, iştahasızlıq, burun tənəffüsünün mümkünsüzlüyü (insan daim ağızla nəfəs almağa məcbur olur) və s.
Bəzi sadə profilaktik qaydalarına riayət edərək biz bu xəstəliyin inkişaf etmə riskini (və ya xroniki haymorit olanlarda - kəskinləşmə riskini) azalda bilərik.

1. Bir çox hallarda haymorit müalicə olunmamış zökəm (rinit) və ya düzgün və axıra gədər müalicə olunmamış və fəsadlaşmış yuxarı tənəffüs yolları infeksiyalarından sonra inkişaf edir. Bu səbəbdən həm rinit, həm də yuxarı tənəffüs yolları infeksiyaları mütləq və vaxtında müalicə etmək lazımdır. Gözləməyin ki, hər şey "özü özündən keçəcək", mütləq həkimə müraciət edin.
Zökəm bir çox insanlar fikirləşdiyi kimi "ziyansız" xəstəlik deyil. Zökəmin fonunda asanlıqla haymorit inkişaf edə bilər.
Zökəm zamanı burunun selikli qışası ödemləşir (şişir) və bunun nəticəsində burun ətrafı boşluqlarında maye yığılır. Bu maye xaricə ifraz olunmadıqda burada durğunluq yaranır. Bu isə burada mikrobların çoxalması və nəticədə haymoritin inkişafı üçün ən yaxşı şəraitdir.

2. Allergiya da burunun selikli qişasının ödeminə səbəb olur. Bu səbəbdən allergiya ilə daim mübarizə aparmaq lazımdır (allergiyaya səbəb olan maddələrdən uzaq olmaq, allergiyanın kəskinləşməsi zamanı lazım olan müalicə almaq, özünə hipoallergen şərait yaratmaq və s.).

3. Qış aylarında biz daim kondisioner və digər istilik sistemlərindən istifadə edirik. Bunlar isə evin havasını qurudur. Nəticədə burun boşluğunda olan selik qatılaşır və onun xaricə ifraz olunması çətinləşir. Bu şəraitdə haymoritin inkişaf olunmasının (və ya kəskinləşməsinin) riski artır.
Qış aylarında evinizdə hər gün bütün səthləri nəm əsgi ilə silin, evin havasını gün ərzində bir neçə dəfə dəyişin və evə havanı nəmləndirən xüsusi cihaz alın.

4. Dişlərdə kariesin olması haymoritin inkişafı üçün ciddi risk faktoru sayılır. Bu səbəbdən ağız boşluğunuza daim nəzarət edin. İl ərzində 2 dəfədən az olmayaraq stomatoloqun müayinəsindən keçin. Hər qida qəbulundan sonra ağız boşluğunuzu xüsusi diş eleksirləri və ya müalicəvi bitkilərin dəmləmələri (çabanyastığı, sdazı otu, ürvə, evkalipt) ilə yaxşı yaxalayın.

5. Haymorit daha tez-tez hallarda immun sistemi zəif olan insanlarda inkişaf edir. Bu səbəbdən daim immun sisteminizi möhkəmləndirin (düzgün və xeyirli qidalanın, idmanla məşğul olun, kifayyət qədər yatın və dincəlin, streslərdən uzaq olun və s.).
Ümumi immunitetdən əlavə yerli immuniteti də möhkəmləndirin. Söhbət burun boşluğunun selikli qışasından gedir. Bunun üçün burunun selikli qişasını gün ərzində bir neçə dəfə dəniz suyu ilə yuyun. 1/2 çay qaşığı dəniz duzunu (apteklərdə satılır) 250 qr ilıq qaynanmış suda həll edin və bu su ilə burun boşluğunuzu gündə bir neçə dəfə yuyun (iynəsiz şpris və ya ən kişik şırnaq - "sprinsovka" istifadə edin). Hazır preparatları da (məsələn, "akvamaris" və ya "dolfin") istifadə etmək olar.

6. Hər zaman havaya uyğun geyinin. Soyuqlama haymoritin kəskinləşməsinə təkan verir. "Gözəlliyə" və ya "dəbə" görə baş örtüklərindən imtina etməyin.

7. Soyuqdəymə zamanı seliyin yığılmasından bu kimi asan üsulla qurtarmaq olar. Burun ətrafı boşluqlarının sahələrini yüngül masaj edin. Masaj zamanı (allergiya olmadığı halda) xardal yağından istifadə edin.

8. Tənəffüs gimnastikasından istifadə edin. Bir burun yolunu barmaqla sıxın, digərindən isə dərin nəfəs alın və sonra havanı ağzınızdan buraxın. Bu gimnastikanı hər burun yolu üçün 8 dəfə edin. Gün ərzində bunu 6 dəfədən az olmayaraq edin. 

9. Haymoritin xroniki formasında xüsusi immun preparatlarının istifadəsi çox yaxşı effekt verir. Adətən "bronxo-munal" (həblər) və "İRS-19" (burun üçün sprey) kimi preparatlar təyin olunur. Bu preparatların təsir mexanizmi peyvəndə oxşayır. Nəzərinizə çatdıraq ki, bu preparatları yalnız həkimin təyini ilə qəbul etmək olar.


Şərhlər:
Baxılıb: 4143
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz