Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəkərli diabetin ilkin simptomları
Şəkərli diabetin ilkin simptomları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1686
Səs ver:
İldən ilə şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların sayı bütün dünyada sürətlə artır.

Müasir tibbdə bu ən ciddi problemlərdən biri sayılır.

Hər il bütün dünyada xəstələrin sayı 6-10% artır, hər 10-15 ildən bir xəstələrin sayı 2 dəfə artır. Bəzi hesablamalara görə, hal hazırda bütün dünyada 200 mln.-dan artıq şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar var.

Bu xəstəlikdən heç bir insan sığortalanmayıb. Şəkərli diabet hər bir insanda və hər yaş dövründə inkişaf edə bilər.

Şəkərli diabetin erkən aşkar olunması çox vacibdir. Uzun müddət ərzində inkişaf edən və aşkar olunmayan şəkərli diabet müxtəlif ağır fəsadlara, o cümlədə diabetik komaya, səbəb ola bilər.

Xəstəliyin ilk simptomlarını hər bir insan bilməli və özündə bu simptomları (və ya onlardan bəzilərini) müşahidə etdikdə, dərhal endokrinoloqa müraciət etməlidir.

Beləliklə, şəkərli diabetin ilk simptomları bunlardır:

- İnsan ağızda daim quruluq hiss edir və susuzluqdan əziyyət çəkir, gün ərzində 3-5 l və daha artıq maye qəbul edir.

- İnsan daha tez-tez sidik ifraz edir (xüsusilə gecə saatlarında).

- Bəzi insanlarda iştaha kəskin şəkildə artır. Onlar həddən artıq çox qida qəbul etməyə başlayır (xüsusilə şirin qidaları). Lakin onların çəkisi artmır, əksinə azalır.

- Xəstənin dərisi qaşınır (xüsusilə aralıq nahiyyəsində).

- İnsan tez yorulur və yuxululuq hiss edir.

- Dəridə göbələk xəstəlikləri və çibanlar tez-tez olur.

- Görmə qabiliyyəti birdən-birə azalır.

Ümumillikdə isə 40 yaşına çatmış hər bir insan 1 ildə 2 dəfə qanda şəkərin səviyyəsini profilaktik olaraq yoxlamalıdır. Bu xəstəliyin erkən aşkar olunmasına kömək edir.

Qanda şəkərin (qlükozanın) normal göstəricisi 5,5 mmol/l-ə kimidir.
Sağlam olun!


Şərhlər:
Baxılıb: 1686
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz