Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İmmunitet nədir?
İmmunitet nədir?
Göndərən: Rufush Aliyeva
Şərhlər:
Baxılıb: 1300
Səs ver:
Müasir immunologiyanın başlanğıcı XVIII əsrin sonu hesab olunur və onu ingilis həkimi Edvard Cennerin adı ilə bağlayırlar.
Cenner ilk dəfə olaraq bir neçə şəxsə çiçək ("ospa”) peyvəndi vurmağa cürət edib. Nəticədə onlar bu xəstəliyə tutulmayıblar.

Bu tibb tarixində çox böyük nəaliyyət hesab olunur, çünki o zaman çiçək xəstəliyi xeyli sayda insanların vəfat etməsinə səbəb olurdu. XVIII əsrdə hər il çiçək xəstəliyindən yalnız Qərb Avropada 400 mindən artıq insan ölürdü.
Məhz bu yolla "vaksinasiya” (latın dilində olan "vaccus” – "inək" sözündəndir) prosedurun əsası qoyulmuşdur. İlk dəfə peyvənd üçün Cenner inək çiçəyi xəstəliyinin preparatını istifadə etdiyi üçün texnikanın adı da bu heyvanla əbədi olaraq bağlandı. Termin "vaksinasiya" bizim hazırki dövrümüzə qədər "yaşamışdır”. Sonradan vaksinasiya üzrə eksperimentləri fransız mikrobioloqu Lui Paster və digər alimləri davam etdirmişlər.
"İmmunitet” termini isə rus alimi İ.İ.Meçnikov və fransız mikrobioloqu L.Paster tərəfindən təklif edilmiş və mənası latın dilində olan "immunis” sözündəndir. Qədim Romada bəzi dövləti mükəlləfiyyətlərindən azad edilmiş şəxslər belə adlandırılıdı.
Əvvəllər "immunitet” adı altında orqanizmin yalnız infeksion xəstəliklərə tutulmamaq qabiliyyəti nəzərdə tutulurdu. Ancaq XX əsrin ortalarından etibarən, ingilis alimi P.Medavrın apardığı elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, immunitet insan orqanizmini onun üçün qenetik olaraq yad hesab edilən istənilən hüceyrələrdən - infeksiyalar, mikroblar, göbələklər, parazitlər, transplantasiya üçün istifadə edilən istənilən yad toxumalar, həmçinin insanın özünün mutasiyaya uğramış hüceyrələrindən də (həmçinin xərçəng hüceyrələrundən) qoruyur.

İmmunologiya (immunitet barədə olan elm) – cavan hesab edilən elmlərdən olub hal-hazırda inkişaf etməkdə davam etsə də, insanın immun sisteminin bir çox sirləri hələ də gizli olaraq qalmaqdadır.

İnsan orqanizminin bir sıra daxili və xarici düşmənləri vardır. Ona görə də immun sistemi olmadan insanın yaşaması sadəcə olaraq mümkün olmazdı.

İnsanın daxili təhlükəsizliyini təmin etmək üçün orqanizmin daxilində "gəzən” – hərəkət edən bir sıra xüsusi hüceyrələrmövcuddur. Onlar rastlaşdıqları hər bir hüceyrənin "molekulyar pasportunu” yoxlayaraq "yad” hüceyrələri aşkar edib onları məhv edirlər. Bu proseslər bizim iradəmizdən asılı olmayaraq baş verir və əksər hallarda biz bunları hiss etmirik. Bu çox vacib olan bir proseslərdir. Çünki, hər bir dəqiqə ərzində insan orqanizminə qida, hava, dəridəki mikroçatlardan və zədələnmiş sahələrdən müxtəlif zərərli mikroorqanizmlər (viruslar, bakteriyalar, göbələklər, toksinlər və s.) daxil olur ki, bir çox hallarda onlar nəinki bizim sağlamlığımıza, hətta həyatımıza da təhlükə yaradırlar.

Bəzi hallarda bizim orqanimimizdə xarici düşmənlərdən əlavə daxili düşmənlər də yaranır. Bildiyimiz kimi insan orqanizmindəki hüceyrələr daim yenilənir – "qocalmış” köhnə hüceyrələr ölür və onların yerinə isə yeni "cavan” hüceyrələr yaranır. Məhz bu yenilənmə prosesi zamanı bölünən hüceyrələrin genetik aparatında müəyyən "səhvə” yol verilir. Hüceyrələrin hər 10000 bölünməsi zamanı 1 belə "səhvə” yol verilə bilər. Xarici və daxili mühitin zərərli faktorların təsiri nəticəsində (radiasiya, bəzi dərmanların  uzun müddət ərzində qəbul edilməsi və s.) belə "səhvlərin” sayı arta bilər. Bu "səhvlər” nəticəsində yaranmış hüceyrələr ya məhv olurlar, ya da dəyişilərək bədxassəli (xərçəng) hüceyrələrinə də çevrilə bilərlər. Məhz bu zaman, sağlam insanın immuniteti növbəti "yoxlama” zamanı bu dəyişilmiş hüceyrələri taparaq məhv edir.

Ancaq müxtəlf xəstəliklər, stesslər, natamam qidalanma, radiasiya, yaşın artması və bu kimi digər mənfi faktorların təsirindən orqanizmdə müəyyən pozulmalar baş verir ki, bunun da nəticəsində immun sistemi də müəyyən dərəcədə zədələnmiş olur. Bu isə, "səhv” bölünmə nəticəsində yaranmış patoloji hüceyrələrin aşkar edilməməsi ehtimalını xeyli dərəcədə artırır. Bu "mutant-hüceyrə” isə bölünməyə başlayaraq özünə bənzər hüceyrələrin yaranmasına səbəb ola bilər ki, bu da sonda xərçəngin inkişaf etməsi ilə nəticələnə bilər!

Bəzi hallarda, müəyyən olunmayan səbəblər nəticəsində, immun sisteminin hüceyrələri orqanizmin sağlam hüceyrələrini "yad” kimi qəbul edərək məhv etməyə başlayırlar. Bu proses - "autoimmun patologiya” adlanır.

Bəzi hallarda isə, immun sistemi tamamilə zərərsiz maddələri "düşmən” kimi qəbul edərək onlarla "vuruşmağa” başlayır. Bu halda orqanizmdə allergik reaksiya baş verir və nəticədə insan orqanizmi xeyli zərər çəkir.

Beləliklə, insanın immun sistemi – çox mürəkkəb və çox mükəmməl bir sistem olub, orqanizm üçün "yad” və təhlükəli hesab edilən istənilən substansiyaların tanınması və məhv edilməsi funksiyasını daşıyır. Bundan başqa, immun sistemi orqanizmin hüceyrə və toxumalarının normal şəkildə inkişaf etməsinə nəzarət edərək, onlar üçün nəzərdə tutulan genetik proqramdan kənara çıxmağa imkan vermir. Yəni, xərçəng hüceyrələrini, qocalmış, ölmüş hüceyrələri məhv edir və məhv olmuş hüceyrələrin üzərinə düşən vəzifələri tam şəkildə icra edə bilən cavan "ardıcılların” yetişdirilməsi mexanizmini tənzimləyir.


Şərhlər:
Baxılıb: 1300
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz