Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bagirsagin mualicesi
Bagirsagin mualicesi
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 13930
Səs ver:
http://imgs.su/tmp/1320484418-656.jpg

Hal-hazırdakı dövrümüzdə insanlar bağırsaq xəstəliklərindən çox əzab çəkirlər.Ya bağırsağı yumaqla,ya başqa bir çarə ilə canlarını müəyyən müddət qurtara bilirlər.Mən sizə təbii yolla bağırsaq xəstəliklərindən can qurtarmağın yollarını öyrədəcəm.

       Yarpızın yarpaqlarını xırdalayıb 2 xörək qaşığı, yarım litrlik çaynikdə dəmləmək və ondan gündə bir neçə dəfə,hər dəfədə yarım stəkan içmək bağırsaq ağrılarının kəsilməsi üçün faydalı hesab edilir.

        Heyvanı təmizləyib qaynadırlar,sonra sıxıb suyunu çıxarırlar.Bu sudan adi qayda üzrə araq çəkirlər (gülab kimi).Bu araqdan gündə 1 neçə dəfə,yarım stəkan qəbul etmək bağırsaq xəstəliklərinə kömək edir və bağırsaq sancılarının kəsilməsinə səbəb olur.

       Bağırsaqda yara olduğunu müəyyənləşdirdikdən sonra,onu belə müalicə etmək olar:Şüyüdü sıxmaqla,ondan bir stəkan şüyüd suyu əldə etmək lazımdır.Onu 5 çay qaşığı təmiz balla (beçə balı olsa daha yaxşı olar) yaxşıca qarışdırmaq,alınan mayedən səhər və axşam yarım stəkan qəbul etmək,öz müsbət nəticəsini göstərəcəkdir.

        Bağırsaq xorası xəstəliyi adama əzab-əziyyət verən əlamətlərdəndir.Onu dəf etmək üçün ulularımız sadə,lakin kəsərli vasitələrdən istifadə etmişlər.Bu məqsədlə bağayarpağını döyüb,sıxıb suyunu çıxarmaq və onu eyni miqdarda balla qarışdırıb imalə etmək məsləhət görülmüşdü.Bununla yanaşı həmin qarışıqdan bir neçə gün səhərlər acqarına  yarım stəkan içmək vacib sayılır.Müalicə 3-4 gün davam etməlidi.

          Bağırsaq xəstəliklərinin ən əlverişli dərmanlarından biri də zəncirotu sayılır.Ulularımız məsləhət görmüşlər ki,zəncirotunun  xırdalanmış kökündən 2 çay qaşığı götürüb  bir stəkan qaynadılıb soyudulmuş suda (yəni dağ suda) 8 saat saxlayın,sonra onu süzüb təmizləyin.Ondan gündə 3 dəfə yeməkdən qabaq yarım stəkan için.Onun şəfaverici əhəmiyyətini dərhal hiss edəcəksiniz.

        Əgər bağırsağınızda yara varsa,xalq təbabətinin  sehirli təsirindən istifadə etməyi unutmayın.Bir dəstə qurudulmuş əvəliyi ovxalayın.Onu bir litr inək südü ilə qarışdırıb qaynadın.Bu qaynamadan gündə 3 dəfə,hər dəfədə bir stəkan için.Bu müalicəni 15 gün davam etdirin .Nəticədə  həmin bəladan xilas olacaqsınız.

        Yoğun bağırsaqda iltihab prosesi başlayıbsa onun qarşısını almaq üçün turkəçarə dərmanları da kara gəlir.Belə ki,dərgil (itburnu) yağı qarışdırılmış ilıq su ilə imalə etmək və bu müalicəni bir neçə gün davam etdirmək sizə şəfa verəcəkdir.

        Onikibarmaq bağırsağın xəstəliyinə  düçar olanlar belə etsələr yaxşı olar:əriyin tumunu (çəyirdəyini) çıxardıb onun lətini əzib,şirəsini çıxarmaq və gündə bir neçə dəfə,hər dəfədə yarım stəkan içmək xeyirli nəticəyə gətirib çıxarır.Bu məqsədlə vaxt aşırı ərik yemək də məsləhət görülür.

        Rus xalq təbabətçiləri ta qədimdən  qarın ağrısının belə bir müalicəsini tətbiq edirlər:Əvvəlcə isti suya bir qədər bitki yağı qarışdırıb imalə edirlər.Sonra xəstəyə istiotlu nanə və ya zirə içirdirlər.Bundan sonra qarın nahiyəsini kamfora spirti ilə ovxalayırlar.Bu müalicə bir neçə dəfə təkrar edildikdən sonra  ağrılar sakitləşir.

        Qarın ağrısı zamanı başqa bir mülicə də tövsiyyə olunur.Narın qabığını qaynadırlar və onu tənzifdən keçirirlər,ona özü miqdarda şəkər qarışdırıb gündə 3 dəfə,hər dəfədə yarım stəkan içirlər.Bir neçə gündən sonra qarın ağrıları kəsiləcəkdir.

        Əzgili (yabanı əzgil daha yaxşı olar) qaynadıb suyunu tənzifdən keçirib,şüşə qaba yığmaq lazımdır.Qarın ağrısı zamanı həmin sudan yeməkdən sonra gündə 3 dəfə,hər dəfədə 1 çay qaşığı içmək qarın ağrısının qənimidir.     



Şərhlər:
Baxılıb: 13930
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz