Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Öd kisəsi polipi
Öd kisəsi polipi
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1511
Səs ver:
Öd kisənizdə polipmi müəyyən olunub?
Əgər sizdə və ya yaxınınzda polip müəyyən olunmuşdursa, buyurun, bu xəbəri oxuyun. Xəbərdə öd kisəsi poliplərinin tipləri, xərçəngə çevrilib çevrilməməsi və mualicəsi haqqında, xüsusən hansı poliplərə əməliyyata ehtiyac var, hansı poliplərə əməliyyata ehtiyac yoxdur suallarına cavab verilmişdir.

Öd kisəsi polipləri öd kisəsi selikli qışasından başlanğıc götürən şişlərdir. Böyük əksəriyyəti xoş xassəli və zərərsizdir. Öd kisəsi polipiləri adətən digər problemlər ilə əlaqədar aparılan qarın boşluğunun ultrasəs muayinəsi zamanı müəyyən olunur. İnsanların 1-4%-də müəyyən olunur.

Öd kisəsi polipinin 5 növü mövcuddur:
1. Xolesterol tipli öd kisəsi polipləri -  bu tip poliplər öd kisəsi poliplərinin 60 %-ni təşkil edir. Adətən saplı qurluşda və ölçüsü 2-20 mm arasındadır. Qanda xolesterol səviyyəsi ilə bu poliplər arasında əlaqə elmı tədqiqatlar ilə müəyyən olunmamışdır. Bu poliplər daha çox 40-50 yaş arasında qadınlarda müəyyən olunur və çox hallarda klinik əlamətləri olmur. Bu tip poliplərin öd kisəsi xərçənginə çevrilmə ehtimalı yoxdur. Bu poliplər olan öd kisəsində xarakterik çiyələk görünüşü mövcud olur.

2. Adenomiyomalar  -  Öd kisəsi poliplərinin 25%-ni təşkil edirlər. Ölçüləri 10-20 mm arasında dəyişir. Bu tip poliplər xərçəngə çevrilmir. Onlar öd kisəsində baş vermiş iltihabi prosesə cavab olaraq yaranır.

3. İltihabi öd kisəsi polipləri - Bu tip poliplər adətən öd daşı xəstəliyində əziyyət çəkən xəstələrdə olur. Ölçüləri  5-10 mm olur. Bütün öd kisəsi poliplərinin 10 %-ni təşkil edir. Bu tip poliplər də xərçəngə çevrilmir.

4. Adenomalar - bu tip öd kisəsi polipləri 4 % hallarda rast gəlinir və xərçəngönü proses hesab olunur. Adenomaların 25 % xərçəngə çevrilir. Ölçüsü 12 mm olan adenomalar xərçəng hüceyrəsinin daşıyıcısıdır. Ölçüsü 10 mm-dən böyük olan adenoma tip öd kisəsi poliplərinin 25-75 % öd kisəsi xərçənginin yaranmasına səbəb olur.

5. Qarışıq tip poliplər - Qarışıq tip poliplər müxtəlif qaynaqlı və qurluşludur. Nadir təsadüf olunurlar.

Öd kisəsi poliplərinin muayinəsi, cərrahi əməliyyatın ehtiyac olub-olmamasının müəyyən olunması və müşahidəsində ultrasəs muayinəsi (USM) və komputer tomoqrafiya (KT)  müayinəsi faydalıdır.

Müalicə

Təsdiq olunmuş müalicə - öd kisəsi polipləri üçün laporoskopik xolesistektamiayadır. Lakin bütün öd kisəsi polipləri zamanı cərrahi mualicəyə ehtiyac yoxdur.

Aşağıdakı hallarda cərrahi əməliyyatın icrası vacibdır:

1. Əgər xəstədə öd kisəsi polipi klinik əlamətlər ilə özünü büruzə verirsə laproskopik xolesistektamiya icra olunur.

2. Əgər xəstənin yaşı 50-dən yuxarı və xəstədə öd kisəsində poliplə yanaşı öd daşıda müəyyən olunmuşdursa, laproskopik xolesistektamiya icra olunur.

3. Əgər xəstədə öd kisəsi polipi 10 mm-dən kiçikdirsə, 6 ay ara ilə müşahidə məqsədi ilə USM icra olunur, dəyişiklik qeyd olunmursa, əməliyyat icra olunmur. Əgər surətli artım qeyd olunarsa, laporoskopik xolesistektamiya icra olunur.

4. Əgər öd kisəsində polip sayi 3 və daha çoxdursa, bu zaman polipin ölçüsündən aslı olmayaraq laproskopik xolesistektamiya icra olunur.

5. Əgər xəstədə öd kisəsi polipi 10 mm-dən böyük, ölçüsü sürətlə artırsa, klinik əlamətlər varsa, öd kisəsində poliplə bərabər öd daşı varsa, xəstədə laproskopik xolesistektamiya icra olunur.

6. Əgər xəstədə öd kisəsində 1-2 ədəd 10 mm-dən kiçik, klinik əlamətlər verməyən, polip ölçüləri 6 ay müşahidə zamanı böyümürsə, poliplə bərabər öd kisəsində digər patoloji proses qeyd olunmursa, xəstədə xolesistektamiya əməliyyatına ehtiyac yoxdur.

7. Əgər xəstədə öd kisəsinin bəd xassəli şişinə şübhə varsa, zamanı uzatmadan açıq xolesistektamiya icrası məsləhətdir.


Şərhlər:
Baxılıb: 1511
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz