Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Batıq dişlər və ağızdakı "minalar"
Batıq dişlər və ağızdakı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1629
Səs ver:
Süd dişləri artıq öz işini bitirdiyində, sağlam bir düzülüşdə onların yerinə gəlməsi lazım olan köpək dişləri zaman keçdikcə diş ətində "batıq" qala bilir.

DentGroupdan Ortodontist Dr. Dünya Çapan, uzun müddət fərq edilməyən ya da  zamanında müdaxilə edilməyən "batıq" dişləri, "minaya" bənzədərək, bəzi vəziyyətlərdə kist meydana gətirə biləcəkləri xəbərdarlığını edir. Batıq dişlər, estetik problemlər yaratdığı kimi, implant müalicəsini də zaman keçdikcə çətin ya da qeyri-mümkün hala gətirə bilir.

BAtıq qalmış köpək dişləri, zamanından əvvəl çəkilmiş süd dişlərindən və ya diş düzülməsindəki yer darlığından qaynaqlana bilir.
Bəzi vəziyyətlərdə süd dişlərində ibarət olan iltihablanmaların da köpək dişlərinin batıq qalmasına səbəb ola bildiyini yazan DentGroup Ortodonti Mütəxəssisi Dr. Dünya Çapan,  "bu vəziyyətdə süd dişlərinin nə qədər əhəmiyyətli olduğu ortaya çıxmaqdadır" deyir.

Xəstənin ilk müayinəsində ağızda süd köpək dişi varsa batıq köpək dişinin varlığından şübhələniləcəyini ifadə edən Ortodontist Dr. Dünya Çapan, batıq dişin ağız içi müayinə əsnasında əl ilə  damaqdan təsbit edilə biləcəyini, bunun mümkün olmadığı vəziyyətlərdə isə mütləq rentgen çəkilməsi lazım olduğunu ifadə edir. "Batıq dişin sümük içində tam harada olduğu, digər dişlərin köklərinə nə yaxın olduğu, damaq tərəfindəmi mövqelənmiş olduğu kimi mövzuların hamısı 3 ölçülü göstərmə üsulları ilə təsbit edilər" deyən Dr. Çapan, "Gömük dişlərin qalması bəzi vəziyyətlərdə kist meydana gətirmə riski yaradar" xəbərdarlığını edir.

Batıq qaldığında hər vaxt itirmə riski daşıyar
DentGroupdan Ortodontist Dr. Çapan, bu dişlərin yol aça biləcəyi digər problemləri də belə sıralayır: " Batıq dişin olduğu bölgədə implant tətbiqi rdilməyə bilər. Süd dişləri daimi köpək dişinin görünüşündən daha kiçikdir. Yəni normal bir köpək dişi kimi estetik bir görünüş verməz. Bununla yanaşı, müdaxilə edilmədiyində həyat boyu ağızda qala bilərkən,  hər vaxt da dişi itirmə riskini bərabərində daşıyar."

Batıq dişlərin, ortodontik müalicə ilə yerlərinə gətirilə biləcəyini, bu mümkün deyil isə bir cərrahı əməliyyat ilə çəkilə biləcəyini izah edən Ortodontist Dr. Dünya Çapan, "Buna qərar verə bilmək üçün köpək dişlərinin poziyonu qiymətləndirilər " deyir.  Dr. Çapan müalicə variantlarını belə izah edir: "Köpək dişinin kökü orijinal yerinə nə qədər yaxındısa, ağızda olması lazım olan yerə gətirmə şansı o qədər artmaqdadır. Bəzi vəziyyətlərdə çox içəridə ola bilər və davam etdirilməyə bilər. Bu dişlər sinus boşluğuna da yaxın olsa, əməliyyatla da alınmaya bilərlər.


Şərhlər:
Baxılıb: 1629
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz