Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dar şalvar, dikdaban ayaqqabı: xəstəliyi özümüz dəvət edirik? - FOTO
Dar şalvar, dikdaban ayaqqabı: xəstəliyi özümüz dəvət edirik? - FOTO
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 10878
Səs ver:
http://imgs.su/tmp/1318498045-656.jpg

Hər birimizin geyim dolabında bir dənə də olsa dar geyimimiz var. Ya şalvar, ya ətək, ya da dar köynək. Bəzilərimizin isə dolabı sadəcə, dar geyimlərlə doludur. Biz, buna bəzən dəb, bəzən stil, bəzən də imic deyirik. Maraqlıdır, geyimlərimizin bizdə açdığı izlər barədə bir şey bilirikmi? Bilənlərlə işimiz yoxdur, bilməyənlər üçün bu yazımızın maraqlı olduğunu düşündük.

Şalvarın qısa tarixi

Bəzən deyirlər ki, şalvar qadın geyimi deyil. Mentalitet məsələsini ortaya qoyan bəzi mühafizəkarlar bunun bizim millətə xas geyim olmadığını iddia edirlər. Tarixə ilk şalvar geyən qadın kimi Fransalı müğənni-aktrisa Sarah Bernhard düşsə də, tarixdən itirilən həqiqətlərimizin bir çoxu kimi, bu məsələdə də dərinliyə varanda həqiqəti öyrənmək olur.
Belə ki, mövzu ilə bağlı bir sıra mənbələrə müraciət edəndə bəlli oldu ki, tarixdə ilk dəfə şalvarı məhz Şərq qadınları geyiniblər. Hətta bəzi qaynaqlarda yazılan məlumatlara görə 3 min il bundan əvvəl şalvarı Assur padşahının həyat yoldaşı Semiramida dəbə salıb. Şalvarın qadın qarderobuna tam şəkildə keçməsi isə XX əsrdə baş verib.

Bu gün bir çox məsələdə özümüzə örnək götürdüyümüz Avropada orta əsr xanımı şalvar geyinsə, dərhal tonqalda yandırardılar. Ona görə də avropalı qadınlar uzun ətəklər və donlarda gəzirdilər. Hətta dizdən donlar altından belə, şalvar geyinmək onların ağır cəzalandırılması ilə nəticələnə bilərdi. Nə isə, mövzumuz bu deyil, bu yazımızda dar geyimlərin, xüsusilə də dar şalvarların, normal olmayan ayaqqabıların insan orqanizminə zərərindən danışacağıq.

Araşdırmalar düşündürücü nəticələr üzə çıxarır

Kanadada aparılan bir araşdırma zamanı məlum olub ki, yeni evlənən gənclərin 15-20 faizində bu səbəbdən sonsuzluq yaranır. Sonsuzluğa, yüzdə 40 faiz kişi, yüzdə 40 faiz qadın, yüzdə 20 faiz isə hər ikisinin səbəb olduğu aşkarlanıb.

Həkim-terapevt Sahilə Hüseynova deyir ki, bel onurğamızdan çıxan iki sinir var, əgər bunlar təzyiq altında qalsa, istiqamət aldığı ayağımızda ağrıların meydana gəlməsinə səbəb olur. Nisbətən çəkisi çox olan insanlarda, hamilə qadınlarda və şəkər xəstələrində bu cür problem daha çox qabarır. Məhz buna görədir ki, belə insanlara həkimlər dar geyimlərdən uzaq olmağı məsləhət görürlər. Xüsusilə də, hamiləlik dövründə qadınlara boş alt paltarından, düz donlardan istifadə etmək tapşırılır. Hamiləliyin 7-ci ayından sonra, ən əsası, son aylarda körpənin başının aşağıya doğru çevrilməsi ilə əlaqədar olaraq qadınlara qarın və bel nahiyəsini sıxacaq paltarlar geyinmək məsləhət görülmür.

Dar şalvarların kişilərə zərəri

Kişilərin dar şalvar geyməsi isə kişi yumurtalıqlarının (xayaların) bədənə daha yaxın yerdə dayanmasına səbəb olur. Yumurtaların bədəndən daha az temperaturda olması lazımdır, amma dar geyim onları bədənə sıxdığı üçün bədənin temperaturu ilə uyğunlaşır. Bu həm də bəzi hallarda sonsuzluğun başlıca səbəblərindən biri ola bilər.

Dar geyim geyinən kişilərin sonsuzluğunun eyni zamanda bir səbəbi də o geyimlə saatlarla oturaraq işləməsidir. Uzun yol sürücüləri, kompyuter arxasında uzunmüddətli işi olanlar da bu qəbildən olanlardır. Dar geyimlər hüceyrələri korlaşdırır, zəiflədir. Bu cür geyimlərin qan dövranına maneə törətdiyi və bunun da toxumaların və hüceyrələrin korlanmasına səbəb olduğu bildirilir.

Dar şalvarların qadınlara zərəri

Qadınların uzun müddət dar şalvar geyməsi damarların sıxılaraq qeyri-normal vəziyyət almasına səbəb olur. Bu cür geyimlər mütəmadi geyinilərsə, rəhm və yumurtalıq xərçənginə də səbəb ola bilər. Daha çox dəbdə olan dar cins şalvarlar əsasən bel və mədənin aşağı bölgəsini həddindən artıq sıxdığına görə mədə yırtılmasına, mədə xorasına - qastritə səbəb ola bilər.

Əsasən qış aylarında geyilən neylon və sintetik parçalardan hazırlanmış geyimlərin də sağlamlıq baxımından təhlükəli olduğu bildirilir. Tül corablar, günlük həyatımızda istifadə etdiyimiz kapron corablar da bu qəbildən olanlardır. Əsasən də revmatizm - yel xəstəliyindən şikayəti olanlar bu cür geyimlərlə öz xəstəliklərini daha da qüvvətləndirirlər.

Eyni zamanda dar geyimlərin digər bir zərəri də qan dövranına maneə törətməsidir. Bu geyimə görə bədənin bəzi bölgələrinə gec çatan qan insanın üşüməsinə səbəb olur.
Qadınların ayaq hissədən daha çox üşüməsi və soyuqlaması bir çox xəstəliyə səbəb olur. El arasında bir məsəl də var, "ayağını isti saxla, başını sərin". Mütəxəssislər bildirir ki, xüsusilə gənc qızlar buna diqqət etməlidirlər. Amma gözəl olmaq, incə və zərif görünmək məqsədi ilə paltarlar diqqətli seçilmir. Gənc qızların istifadə etdiyi dar paltarların parçaları bədənə yapışdığı üçün soyuq hava birbaşa bədənə təsir edir. Halbuki gen-bol bir şalvar arada hava boşluğu yaradır və çöldəki soyuq hava birbaşa bədənə təsir etmir. Tez-tez sidiyə gedən, qarın boşluğunda sancılar olan və cinsi orqanından maye gələn qadınlar bu xəstəlikləri məhz dar geyimin sayəsində qazanırlar.

Dikdaban, darpəncəli ayaqqabılardan uzaq olun

Hər birimiz həyatımızda bir dəfə də olsa küçədə gedərkən bir qadının dikdaban ayyaqqabıda ayağının büdrəməsini və topuğunun burxulmasının şahidi olmuşuq. Ortopediya mütəxəssisi Sahib Həsənovun sözlərinə görə bu cür burxulmalar topuq nahiyəsinə su yığılması və sümük boşluğuna da səbəb ola bilər.

Araşdırmalar zamanı məlum olub ki, qadınlar qıçlarının daha uzun görünməsi, boyunun olduğundan hündür görünməsi və dəblə ayaqlaşmaq üçün dikdaban ayaqqabı geyirlər. Hətta 25-30 sm-lik dikdabanda gəzə bilən qadınlar da var. Ortopediya mütəxəssisi bildirdi ki, qadın elə ayaqqabı geyməlidir ki, bir-iki saatdan sonra günün bitməsini və evə gedib ayaqqabıları çıxarmağı arzulamamalıdırlar:

"Qadınlar mümkün qədər, ən çox, 5 sm dabanı olan ayaqqabı geyməlidirlər. Dabanın hündürlüyü artdıqca pəncənin narahatlığı da bir o qədər artır. Nəticədə pəncəyə və barmaqlara daha çox yük düşür və barmaq əyrisi kimi problemlər yaranır. Hələ keçən il Rusiyada 1900 adam arasında aparılan bir araşdırma zamanı məlum oldu ki, onların 29 fazində gənc yaşda dikdaban ayaqqabı çox geydiyi üçün ayaq və sinir problemləri yaranıb".

Dikdaban sevənlər üçün bəzi xırda detallar

Məlumat üçün qeyd edim ki, dikdaban ayaqabı geymək istəyən, amma bunu bacarmayan qadınlar üçün Koreyada xüsusi kurslar açılıb. Biz dikdaban ayaqqabını necə geymək lazım gəldiyini öyrətmək fikrində deyilik, çünki bunun zərərini bilirik. Amma dikdabanlardan vaz keçə bilmədiyiniz halda, sizə yararlı olacaq bəzi məsləhətlərimiz var. Bu, ortopediya həkimi ilə müəyyənləşdirilmiş kiçik bir siyahıdır.

1. Əgər hündürdaban ayaqqabıdan əl çəkə bilmirsinizsə, o zaman seçim çox olan mağazaya gedin, sizə ən uyğyn olan ayaqqabını seçməkdə tənbəllik etməyin.

2. Ayaqqabının içinə silikon döşəməlik yerləşdirin, bu, sizi yıxılma və topuq burxulmalarından qoruyacaq.

3. Qalın dabanlı dikdabanlar seçin, ayaqqabının dabanı nə qədər qalın olsa, üzərində daşıdığı ağırlığı da bir o qədər rahatlıqla bərabər yayar.

4. Ayağınız ağrımağa başlarsa, mütləq həkimə gedin.

Qadın olsun, kişi olsun, insan Tanrının yer üzünə ən böyük lütfüdür. Yer üzünü bəzəyən də insandır, qarşısıalınmaz təhlükələri yaradan da. Süni vasitələrlə, əcaib geyimlərlə, qeyri-normal ayaqqabılarla bu gözəlliyə xələl gətirən də, elə insandır. Süni gözəllik üçün sağlamlığımızdan keçməyə dəyərmi?

http://imgs.su/tmp/1318497800-656.jpg

http://imgs.su/tmp/1318497837-656.jpg

http://imgs.su/tmp/1318497869-656.jpg

http://imgs.su/tmp/1318497902-656.jpg

http://imgs.su/tmp/1318497941-656.jpg



Şərhlər:
Baxılıb: 10878
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz