Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Autizm - özünə qapanma
Autizm - özünə qapanma
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5785
Səs ver:
Autizm sözü sizə tanışdırmi? Həkimlərdən, bu problemlə məşqul olan digər mütəxəssislərdən, yaxın əhatə-qohum, tanış, qonşulardan başqa bu sözlə yaxından tanış olanlar –autizm diaqnozu qoyulmuş uşaqların ailə üzvləri üçün bu söz həyatlarının bəlkə ən böyük faciəsinin adıdır.

Autizm - latınca "autos" – öz sözündən yaranıb, özünə qapanma mənasını daşıyır.
Bəlkə kimsə Qollivudda çəkilmiş məhşur "Yağış adamı” filmini xatırlayır. Filmin əsas qəhrəmanı uşaqlıqdan autuzm diaqnozu qoyulmuş bir insandır, maraqlıdırsa filmi tapıb baxa bilərsiz.

Deyirlər ki, autizm xəstəlik deyil inkişaf qüsurudur. Adətən həyatın birinci 3 ilində özünü biruzə verir.
Səbəbləri - xəstəliyin yaranmasında irsi-genetik meyl şübhəsiz ki, böyük rol oynayır. Lakin qalan faktorlar: infeksiyalar, vaxtından əvvəl doğuş, dölün hipoksiyası, çəkinin azlığı, ekologiyanın gündən günə pisləşməsi, doğuş travmaları, döğuşdan sonra keçirilmiş infeksiyalar və bir çox başqası xəstəliyə TƏKAN rolu oynayır. Autik uşaqların sayının gün-gündən artması, bütün dünyada bu problemə diqqətin yönəlməsinə səbəb olub.

Autizmin ələmətləri –bunları bilmək erkən diaqnoz qoymaq, müalicəyə başlamaq üçün cox vacibdir.
Əsaslardan başlayaq—autik uşaq digər uşaqlardan fərglidir. Bəzən autizm barədə "fərqli uşaqliq” kəlməsini işlədirlər. Bu fərq nədir?

AUTİK UŞAQLAR BAŞQALARI İLƏ ÜNSİYYƏT QURA BİLMİRLƏR, BACARMIRLAR VƏ İSTƏMİRLƏR!!!
Autizm diaqnozu qoyulmuş uşaq ilk növbədə ətrafdakı insanlarla, hətta öz valideynləri ilə belə ünsiyyət qura bilmir. Ətrafında baş verən hadisələri başa düşə bilmir. Ona müraciət etdikdə uşaq heç bir reaksiya verməyə bilər. Buna görə bəzən səhvən onların kar olduğu düşünülə bilər. Autik uşaqlar yaşıdlarıyla oynaya bilmir, insanların gözlərinə baxmır, onlara kiminsı toxunmasını sevmir, hətta valideynlərinin onları qucaqlamasını ,oxşamasını rədd edir. Nitq inkişafı adətən ləngiyir və ya heç olmur. Çox erkən yaşlarında valideynlər uşağın"qeyri adi”olduğunu hiss edə bilərlər. Artıq 1 yaşa qədər autizmin bəzi əlamətləri özünü göstərə bilər. Lakin adətən əsas əlamətlər uşağın 2-3 yaşlarında özünü tam göstərir.
Autizmin müxtəlif ağırlıq dərəcələri ola bilər. Autizm zamanı əqlin və nitqin inkişafının geri qalması ağır ağıl zəifliyinə gətirib çıxara bilər Bəzən isə belə uşaqlar yuksək intellektə və hətta hər hansı bir sahədə qeyri adi istedada malik olur. Autik uşaqlardan bəzən gözəl musiqiçi, rəssam, alim yetişə bilər. Autizm ilk növbədə uşağın dünya ilə, ətraf ilə ünsiyyətini pozur və həyata, cəmiyyətə adaptasiya olmasına imkan vermir. Autiklər cansız əşyalara daha çox maraq göstərirlər, cox vaxt eyni hərəkəti dayanmadan təkrarlayırlar, məsələn oturduqları yerdə yellənirlər, və ya fırlanırlar, buna stereotip hərəkətlər deyilir. Ətrafda nəyinsə dəyişməsini sevmirlər. İstənilən dəyişikliyə qəzəb, aqressiya ilə cavab verirlər. Musiqini adətən çox sevirlər. Eyni mahnıları dinləyir, kliplərə, reklamlara baxmağı çox sevirlər.
Bir daha- autizmin əsas problemi ünsiyyət problemidir. Sanki biz autik uşaqlarla ünsiyyət qura bilsək, bir birimizdən nə istədiyimizi başa düşsək, qalan problemlər asan həll olar.

Müalicə əsasən xüsusi metodikalarla uşağın dünya ilə, insanlar ilə ünsiyyətini yaratmağa, yaşamağı öyrətməyə yönəlir. Əgər uşaqda qəzəb, aqressiya, narahatlıq varsa dərman müalicəsi də tətbiq oluna bilər.

Bir daha gənc ailələrə autizmin əsas əlamətlərini xatırlatmaq istəyərdik.
1. Başqa insanlara qarşı marağın olmaması.
2. Başqasının gözünə baxa bilməmək.
3. Başqa uşaqlarla oynaya bilməmək.
4. Başqa isanlarla ünsiyyəti yarada bilməmək, ünsiyyətdən qaçmaq.
5. Səbəbsiz gülmək, ağlamaq.
6. Eyni sözü və/ və ya eyni hərəkəti təkrarlamaq.
7. Hər hansı bir dəyişikliyə qarşı güclü neqativ reaksiya vermək.
8. Tək qalmağı sevmək.
9. Təmasdan və qucağa alınmaqdan xoşlanmamaq.
10. Öz istəklərini hərəkətlərlə bildirmək.
Məsələn- yemək istəyəndə anasını dartaraq yemək olan yerə aparır,anasının əliynən nəsə etməyə şalışır.


Şərhlər:
Baxılıb: 5785
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz