Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Laparoskopik xolesistektomiya
Laparoskopik xolesistektomiya
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2389
Səs ver:
Laparoskopik xolesistektomiya əməliyyatı ümumi narkoz altında aparılır, yəni xəstə yatır və heç bir ağrı hiss etmir. Qarın divarında 5-10 mm uzunluğunda 4 kəsik aparılır. Bu kəsiklərdən qarın boşluğuna troakarlar daxil olur. Troakarlar boruya bənzəyir və onların içi ilə əməliyyat zamanı istifadə olunan alətlər daxil olunur. Troakarlardan biri ilə optik sistemin bir hissəsi qarın boşluğuna daxil olunur. Bu sistem manitor vasitəsi ilə qarın boşluğunda baş verən hadisələri izləməyə imkan verir. Cərrah alətləri troakarlar vasitəsi ilə qarın boşluğuna salır və monitora baxaraq əməliyyatı həyata keçirir .
Qarın boşluğunda rahat işləmək üçün steril qaz (CO2) vurulur. Bu zaman manitorda qarın boşluğu orqanları çox aydın görünür. Adətən öd kisədə xroniki iltihab olduğu üçün bitişmələr əmələ gəlir. Cərrah əvvəl bu bitişmələri aralayır bundan sonra öd kisəsini qanla təchiz edən öd kisə arteriyasını və öd kisənin ümumi öd axacağı ilə birləşdirən öd yolunu ayırır, sonra bunların üzərinə titan klipslər qoyulur və kəsilir.

Bundan sonra cərrah elektrokoaqulyator vasitəsi ilə öd kisəsini qara ciyərdən ayırır və qarın boşluğundan (göbək nahiyyəsindən ) çıxarlır. Budan sonra açılmış kiçik dəliklərə tikiş qoyulur və əməliyyat sona çatır . Bu əməliyyat 30 dəqiqə davam edir. Xəstədə qan itirmə olmur, əməliyyatdan sonrakı dövr çox rahat keçir .

 


Laparoskopik əməliyyatın üstünlükləri nədir ?
1. Əməliyyatdan sonra ağrı bir gün və çox cüzi olur.
2. Xəstə narkozdan ayılan kimi gəzir və özünə qulluq edə bilir.
3. Stasionarda qalma müddəti çox qısalır (1-4gün)
4. Əmək qabiliyyəti çox qısa müddətə bərpa olur.
5. Əməliyyatdan sonrakı yırtıqların əmələ gəlmə riski sıfır dərəcəyə düşür .
6. Laparoskopik əməliyyat kosmetik əməliyyatdır, bir neçə aydan sonra heç bir izi qalmır.

 


Əməliyyatdan sonrakı dövr:
Əməliyyatdan sonra xəstə maye qəbul edə bilər . (narkozdan ayıkan kimi)
Əməliyyat gününün axşamı xəstə personalın köməyi ilə yataqdan durub gəzməlidir.
Əməliyyatın ikinci günündən az miqdarda yumşaq qida qəbul edə bilər, mayeni çox qəbul etməsi məsləhətdir .
Tikişlər anbulator şəraitdə ( 7-10) gündən sonra götürülür.
Laparoskopik əməliyyatlar öd daşı xəstəliyinin bütün formalarında və ağırlaşmalarında oluna bilər:
1. Kalkulyoz xolesistit (öd daşı xəstəliyi)
2. Xroniki xolesistit
3. Kəskin xolesistit
4. Mexaniki sarılıq və öd yollarında daşların olması

Bəs mənfi cəhətləri və fəsadları varmı?
Qeyd etmək lazımdır ki, laparoskopik əməliyyatların uğurlu keçməsi üçün 2 şərt vacibdir.
1. Laparoskopi avadanlığının və alətlərin keyfiyyəti
2. Səriştəli, laparoskopla işləmə təcrübəsi olan yüksək kvalifikasiyalı cərrah
Bu şərtlər daxilində laparoskopik əməliyyatlarda heç bir fəsad və ağırlaşma gözlənilmir.

Əlaqə nömrəsi: 055-395-44-55 070-395-44-55





Şərhlər:
Baxılıb: 2389
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz