Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nigahdan əvvəl tibbi müayinə
Nigahdan əvvəl tibbi müayinə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3233
Səs ver:
Hansı müayinələr aparılmalıdır?
Öz övladının sağlamlığına və taleyinə laqeyd yanaşan insanı təsəvvür etmək çətindir. Övladlara qayğı onlar dünyaya gəldikdən sonra deyil, ailə planlaşdırılması mərhələsində başlamalıdır. Valideynlərin sağlamlığı onların gələcək övladlarının sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir.
Sağlam və möhkəm ailənin yaradılması üçün nigaha daxil olan şəxslər, bir-birinin sağlamlığı haqqında məlumatlı olmalıdırlar, əks halda arzu olunmaz problemlər meydana çıxa bilər ( cinsi yolla keçən infeksiyalar, sonsuzluq, xəstə uşaqların dünyaya gəlməsi ).

Tibbi genetik məsləhətlərə göstərişlər :
• Qohum nigahı ;
• Ailə üzvlərində və ya qohumlarda anadangəlmə inkişaf qüsurların və ya irsi xəstəliklərin ( talassemiya, hemofiliya, Daun sindromu və s. ) mövcudluğu ;
• Kişinin yaşı 45-dən yuxarı, qadının yaşı 18-dən aşağı və ya 35-dən yuxarıdırsa ;

Ginekoloq və uroloqun qəbulu
Nigaha daxil olan şəxslər- məsləhət üçün qadınlar ginekoloqa, kişilər isə uroloqa və ya androloqa müraciət etməlidirlər. Bu profilaktik diaqnostika və müalicə üçün imkan yaradır.

Funksional və laborator diaqnostika
Nigaha daxil olanlar ultrasəs müayinəsindən, və bir sıra cinsi yolla keçən infeksiyalar, o cümlədən hepatitlər, sifilis və HİV müayinələrindən keçmələri məsləhətdir.
Nigaha daxil olan şəxslərin tibbi müayinələrinin nəticələri tibbi sirrdir, və müayinənin nəticəsi şəxsin icazəsi olmadan qarşı tərəfə açıqlanmır.

Toya hazırlaşan gənclər!
Siz tam müayinə olunub, lazım gələrsə yüksək ixtisaslı mütəxəssislər tərəfindən müalicə oluna bilərsiz.


Şərhlər:
Baxılıb: 3233
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz