Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağ cigər xəstəlikləri
Ağ cigər xəstəlikləri
Göndərən: Kasablanka
Şərhlər:
Baxılıb: 8457
Səs ver:
Ağ ciyərin iltihabı zamanı sinə ağrılarını kəsmək üçün, lavandanı qaynadıb suyunu içirlər. Bu zaman sinəyə nərgiz yağı sürtmək də müsbət tə”sir göstərir. Gül yağını arpa horrası ilə qatıb yemək iltihaba qarşı xeyirlidir. Bu zaman susuzluğu yatırmaq üçün şirin nar şirəsi içmək faydalıdır. Sədəfotunu quru şüyüd ilə qaynadıb içmək iltihab və yara üçün yaxşı əlacdır. Ispanaq yemək bəlğəmli iltihaba qarşı çox yaxşıdır. Ağ ciyərdə köhnə yara olarsa, hər səhər yarım çay qaşığı qatran içmək lazımdır. Ağ ciyər iltihabı, sinə yarası və vərəm əleyhinə, ulaq südü ən tə”sirli və sınanmış dərmanlardan sayılır. Ağ ciyər vərəmi üçün ən yaxşı, sınanmış dərmanlardan biri də kirpi ətidir. Bu cəhətdən təzə ana südü də çox faydalıdır. Temperaturlu iltihab zamanı inək südünü bişirib, ilıq halda içmək çox faydalıdır.
Paxladan alınmış unu gül yağı ilə qatıb içmək, plevrit və sətəlcəmə qarşı faydalı dərmandır. Bu zaman razyana toxumunu və ya kökünü qaynadıb içmək böyür ağrısını sakitləşdirir. Xına yarpağı, ağ mum və gül yağından abarət tərkib düzəldib ağriyan yerlərə yəpitmə qoymaq da yaxşı tə”sir göstərir. Bənövşə şərbəti sətəlcəm və plevrit üçün xeyirlidir.
Ağciyər xəstəlikləri zamanı 30q kərəviz yarpağını, bir qədər süd əlavə edilmiş 1L suda qaynadıb işlətmək məsləhətdir. Bu zaman kələm, yerkökü, kahı və bitki yağı işlətmək, 10q təzə kəklikotunu dəmləyib istifadə etmək münasib sayılır. Həmçinin 30q şalğamı 1L suda və ya süddə qaynadır, bir qədər də şəkər qatıb işlədirlər.
Ağ ciyər narahatlığı zamanı səhərlər acqarına kök şirəsi içirlər. Onu təklikdə və ya südlə işlətmək olar. Profilaktik tədbirlərdən biri də zeytun yağı işlətməkdir. Bir qaşıq quru neylufər çiçəyini 1 fincan qaynanmış suda dəmləyib, gündə 2 – 3 dəfə içirlər. Bənövşə də bu baxımdan faydalı hesab edilir. Əncir, xurma, kişmiş və innab ağ ciyər üçün münasib meyvə kimi tanınır. Onları eyni miqdarda götürüb 1L suda qaynadaraq istifadə edirlər. Bu baxımdan əncirin əhəmiyyəti daha çoxdur, onu südlə işlətmək məsləhətdir.
Qanlı öskürək. Bu zaman yulğun saqqızı çeynəmək faydalıdır. Yumurta ağını ilıq halda içmək tə”sirli vasitələrdən biri hesab edilir. Nar çiçəyinin suyunu ilıq halda içmək də müsbət tə”sir göstərir. Nar qabığını yandırıb döyür, onun ununu sirkə ilə qatıb xəstənin sinəsinə sürtürlər. Faydalı dərmanlardan biri də keçi, dəvə və qiyun südüdür. Nanə suyunu sirkə ilə qatıb içmək, qanlı öskürəyə qarşı yaxşı dərman hesab edilir. Abqora da eyni tə”sirə malikdir. Qanlı öskürmə iltihab prosesi ilə yanaşı baş verərsə, gülxətmi toxumunu qaynadıb içmək lazımdır. Qaynadılmış və yaxud közdə bişirilmiş heyva daha xeyirlidir.
Bronxit. Bənövşə çiçəyinin qaynanmışı bronxitə qarşı faydalıdır. Bunun üçün 50q qurudulmuş çiçəyi 1L suda od üzərində qızdırır, qaynamağa başlayan kimi götürüb bir müddət dəmə qoyur, sonra onu bal ilə bir qədər şirinləşdirib işlədirlər. Bronxit zamanı quru xaşxaşın qabığını (10 q-dək) 200q suda 5 dəq qaynadır, sonra süzərək bal qatıb şirinləşdirir, gün ərzində ondan az-az içirlər.
Su tərəsi bəlğəmgətiricidir və bronxit üçün məsləhətdir. Sinəni yumşaltmaq üçün əncirdən də istifadə edirlər. Gülxətminin, kəklikotunun dəmlənib içilməsi xəstəyə yaxşı tə”sir göstərir. Bronxit zamanı zeytun yağından, süddən çox istifadə etmək lazımdır. Şirinbiyanın kökünü qaynadıb işlətmək də bronxları səkitləşdirir və öskürəyi azaldir. Kələmin iri, bərk yarpaqlarını od üzərində bişirir, gündə 3 dəfə sinə üzərinə döşəyib yun parça ilə bağlayırlar. Şiddətli bronxitə belə təpitmənin tə”siri böyükdür.
Astma və nəfəs yolları. Çiyələk yarpağını qaynadaraq şirinbiyanla işlətmək astma zamanı faydalıdır. Zirinc şərbəti böhranlı təngnəfəslik zamanı məsləhət görülür. O, xəstəliyin şiddətini zəiflədir, nəfəsalmanı sakitləşdirir, tənzimləyir. Şərbət belə hazırlanır: 500q təzə dərilmiş zirinci 2–3 saat ərzində, 2L suda isladır, sonra şirəsini çıxarıb 500q şəkər qataraq mülayim od üzərində şəkər həll olunana qədər saxlayırlar. Qaynamamışdan qabağ onu götürmək lazımdır. Həmin şirəni süzür, bir qədər də qaynanmış su ilə qatır, alınan şərbəti gündə 3 dəfə, hər dəfə 30 – 150q olmaqla işlədirlər.
Astma zamanı limon işlətmək də faydalı sayılır. Bir sıra hallarda isə portağal pəhrizindən istifadə edirlər. Çox yağlı xörəklərdən, yağlı ətdən pəhriz saxlamaqla ardıcıl olaraq bir müddət portağal şirəsini limon şirəsi ilə qatıb işlətmək məsləhət görülür. Həmin şirəyə azacıq şəkər və ya bal qatmaq daha yaxşıdır. Lavandanın çiçəyinin dəmləməsi də bu baxımdan əlverişlidir. 10q çiçəyi 1L qaynar suda dəmləyir, bir qədər də bal qatıb hər gün yemək arasında 1 fincan içmək məsləhət görülür.
Başqa məsləhətdər: 1 qaşıq razyanı 1 fincan qaynanmış suda 10 dəq dəmləyib bir qədər bal qataraq işlətmək olar. Öskürəkli astma zamanı bölğəm gələrsə, 1 həftə kərəviz suyu içmək lazımdır. Kərəviz şirəsini limon şirəsi ilə qatıb, gündə yemək arası 3 dəfə işlədirlər: 60 q qurudulmuş kökünü 1L yarımqaynar suda 12 saat saxlayır, sonra süzüb bir qədər bal qataraq hər gün yeməkdən qabağ 1 fincan içirlər.
Yerkökü şirəsi, süd, cə”fəri və kahı da təngnəfəslik zamanı işlədilə bilər. Portağal qan dövranı və nəfəsi təmizləyir. Şirin limon, qovrulmuş xiyar və kahı tumu, balqabaq aşı nəfəs yolları üçün faydalıdır.
Heyva mürəbbəsi öskürəyi sakitləşdirir, sinəni yumşaldır və nəfəsalmanı yaxşılaşdırır. Təzə kicitkən yarpağını bişirib yemək sinə və nəfəs yolları üçün xeyirlidir. Nəfəs yollarının təmizlənməsi üçün gülxətminin dəmləməsindən istifadə etmək məsləhətdir.
Bir neçə damcı limon şirəsini ovucun içinə damcıladıb buruna çəkmək, sonra burunun içini kərə və ya bitki yağı ilə yağlamaq baş zökəminə qarşı faydalı hesab olunur. Nərgiz çiçəyini iyləmək soyuqdəymənin qarşısını alır. Qış zamanı çoxlu şalğam işlədənlər tez-tez soyuqlamazlar. Zökəm və soyuqdəymənin müaicəsi üçün istifadə etmək məsləhət görülür.
Qızdırma və tərləmə. Bədəndə qızdırmanın olması onun xəstəliyə qarşı müqavimət göstərməsini sübut edir. Orta əsr təbabətində, qızdırma hallarında bir sıra təbii vasitələrdən istifadə edilir. Ümumiyyətlə həkimlər hər şeydən əvvəl, bədəndə olan suyun – mayenin tarazlığını qoruyub saxlamağı məsləhət bilirlər. Tərləmə zamanı bədəndən maye ifraz olunur ki, bunun da müqabilində bədən həmin miqdarda maye qəbul etməlidir. Başqa bir tərəfdən bədən müqavimətini güçləndirən qida maddələri işlətmək, rahat və yumşaq yataqdan istifadə etmək məsləhətdir.
Növbə ilə təkrarlanan qızdırmalar zamanı limon şirəsi içmək faydalıdır. Portağal və naringi şirəsi də qızdırma hallarında xeyirlidir.
Qızdırması olanlar moruq şərbəti içməlidirlər. Bu şərbəti hazırlamaq üçün, 500q moruğa bir az şəkər qatıb mülayim od üzərində bir qədər bişirir və süzürlər.
Çiyələyi sıxıb şirəsini bir az su ilə qatışdırır, iltihabla bağlı olan qızdırma zamanı içirlər. Şirin biyanın kökünü suda bişirib yemək qızdırmanı yatırır, bu xüsusilə zökəmdən olan qızdırma üçün faydalıdır.
Zökəm və qızdırma zamanı çobanyastığı çiçəyindən istifadə etmək çox tə”sirli vasitələrdən biridir. 100q qaynar suda 1 xörək qaşığı quru çobanyastığı çiçəyini bir müddət dəmə qoyur, sonra süzüb təmizləyir, bir qədər bal və ya nabat ilə şirinləşdirib, hər 2–3 saatdan bir fincanın üçdə biri qədər içirlər.
Bədmüşkün çiçəyi, yarpağı və hətta qabığı, qızdırmanı aşağı salmaq xassəsinə malikdir. Qızdırma hallarında 10q kəklikotunu 1 fincan qaynar suda dəmləyib içmək xeyirlidir. Tez-tez dəyişən qızdırma zamanı yabanı kasnının kökündən 20–30q 1L suda qaynadıb içir, üçgündən bir təzələnən qızdırma zamanı isə təzə kasnını sıxıb, suyundan 5 gün ərzində hər gün acqarına 1 fincan içirlər. Qızdırma tamamilə kəsilməyincə turş şey yeməkdən pəhriz saxlamaq, sadə xörəklər (düyü, aş, süd, firni, umac və s.) yemək lazımdır.
Tərləmə nəticəsində bədəndə olan bir sıra lazımsız maddələr ifraz olunduğundan, bədəni limon ilə masaj etmək dəridəki məsamələri fəallaşdırır və tərləmə prosesinə kömək edir. Tərləmək üçün moruqdan istifadə etmək, çətinliklə tərləyənlər üçün limon şirəsini bal ilə qatıb işlətmək lazımdır. Zəncəfil də tərlətmə xassəsinə malikdir. Bunun üçün 4–8 q zəncəfili 0.5L suda 10 dəq dəmləyib içirlər. Tərləmək üçün boymadərən, cökə ağacının çiçəyi də faydalıdır.
Əlləri nəm olan və tez-tez tərləyən adamlarda qan azlığı vardır. Belələri əllərini qoz ağacı yarpağının dəmləməsi ilə yumalıdırlar.


Şərhlər:
Baxılıb: 8457
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz